Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2168/2022 25.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdehlər Gəncə şəhəri Z.Məmmədov adına xəstəxanaya və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə aktın ləğv edilməsi, çağırış əmrinin icrasının dayandırılması və xəstəliyin dərəcəsinin təyin edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Gəncə şəhəri Z.Məmmədov adına xəstəxanaya və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, barəsində Gəncə şəhəri Z.Məmmədov adına xəstəxana tərəfindən tərtib edilmiş sağlamlıq vəziyyətinin müayinəsi barədə 12450 nömrəli aktın ləğv edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin çağırış əmrinin icrasının dayandırılaraq onun obyektiv müayinə olunması və xəstəliyinə düzgün diaqnoz qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın sağlamlıq vəziyyətinin müayinəsi barədə aktın ləğv edilməsi hissəsi ilə bağlı qeyd olunur ki, qeyd olunan akt “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə görə inzibati akt hesab olunmur və bu səbədən həmin aktın ləğvi tələbi inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan əlavə, iddia ərizəsində qeyd olunmuş cavabdehlər AR İPM-nin 30-cu maddəsinə görə müştərək hüquqi maraqlara malik deyildir və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1 və 30.2-cı maddələrinin tələblərinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmçinin qeyd olunmalıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “çağırış vərəqəsi” də inzibati akt hesab edilmir və şəxsin hərbi xidmətə çağırılması barədə xəbərdarlıq xarakterli sənəddir. Odur ki, iddianın bu hissəsi də inzibati məhkəmə icraatının predmeti hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Gəncə şəhəri Z.Məmmədov adına xəstəxanaya və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə aktın ləğv edilməsi, çağırış əmrinin icrasının dayandırılması və xəstəliyin dərəcəsinin təyin edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2168/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2168/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver