Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-217/2024 10.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Göygöl rayonu Yeni Qızılca bələdiyyəsi, Gəncə şəhəri Nizami bələdiyyəsi, X13 və X14) qarşı Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 20 ha torpaq sahəsi üzərində onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayonu Rafiq Məmmədov adına kolxozun xx.xx.1994-cü il tarixli 13 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, kolxozun “Quru dərə” adlanan torpaq sahəsindən 20,0 hektar, o cümlədən 16 hektar dinc, 4 hektar örüş ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsulları ilə əlaqədar olaraq verilməsi qərara alınmışdır.
2. Xanlar rayon X10 xx.xx.1995-ci il tarixli 55 nömrəli sərəncamı ilə Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı ilə əlaqədar olaraq verilməsi üçün komissiyanın yaradılması və müvafiq yer seçilməsi üçün lazım olan yer quruluşu sənədlərini hazırlayıb rayon Xalq X4 Heyətinə təqdim edilməsi qərara alınmışdır.
3. Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının əkilməsi ilə əlaqədar olaraq verilməsi haqqında 1995-ci il tarixli aktdan görünür ki, Xanlar Rayon Xalq X4 Heyətinin xx.xx.1995-ci il tarixli 55 nömrəli sərəncamına əsasən Xanlar rayon R.Məmmədov adına kolxozunun torpaq sahəsindən 20,0 hektar, o cümlədən 10,0 hektar dinc, 10,0 hektar örüş ayrılıb “Min xidmət” kiçik müəssisəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Həmin sahə Gəncə-Daşkəsən şosse yolunun sağ hissəsində “Quru dərə” adlanan sahədə yerləşir.
4. Xanlar rayon X10 xx.xx.1995-ci il tarixli 7 nömrəli protokol qərarı ilə R.Məmmədov adına kolxozun ərazisindən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 20,0 ha torpaq sahəsi “Şöhrət” kəndli fermer təsərrüfatı Xanlar rayon “Min xidmət” kiçik müəssisəsinin daimi istifadəsinə ayrılmış və həmin torpaq sahəsinə dair Б-000153 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktı tərtib edilmişdir.
5. Xanlar rayon X10 xx.xx.1995-ci il tarixli 3 nömrəli qərarı ilə Xanlar rayon XDS-nin Rəyasət Heyətinin 28..07.1995-ci il tarixli 07 saylı qərarına əsasən R.Məmmədov adına kolxozun torpaq sahəsindən “Min xidmət” kiçik müəssisəsinə ayrılmış 20 hektar torpaq sahəsinin “Min xidmət” kiçik müəssisəsinin “Şöhrət” kəndli fermer təsərrüfatına keçməsi ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq “Şöhrət” kəndli fermer təsərrüfatına verilməsi qərara alınmışdır.
6. Xanlar rayon X10 xx.xx.1995-ci il tarixli 8 nömrəli protokoluna əsasən “Min xidmət” kiçik müəssisəsi “Şöhrət” kəndli fermer təsərrüfatı adına keçirilmişdir.
7. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı protokol qərarına əsasən R.Məmmədov adına kolxozun ərazisində yaradılmış “Kamal”, “Ozal”, “Qaranquş”, “Şamxal”, “Şöhrət”, “Fərid”, “Bərəkət-96”, “Ruhin” kəndli fermer təsərrüfatlarının “Nur-N”, “Rəşad”, “Əli-Əkbər”, “İ-ni”, “Səməd” kiçik müəssisələrinin təsisçiləri və üzvlərinin sayına uyğun olaraq adambaşına düşəcək norma daxilində torpaq payı normasının özlərində saxlanılması, artıq qalan torpaq sahələrindən püşk ardıcıllığı ilə əvəzləşdirilərəcək torpaq sahələrinə qatılmaqla yanaşı ümumi püşk atma yolu ilə torpaq payı alacaq vətəndaşlar arasında bölünməsi, kolxozun ərazisindən qərarla daimi və icarəyə verilmiş torpaq sahələrinə dövlət aktı almayan özəl qurumların istifadəsində olan torpaq sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 11-12-ci maddələrinə uyğun olaraq verilməsi, kolxozun özəlləşən torpaq sahələrinə qatılmaqla ümumi püşk atma qaydasında vətəndaşlar arasında bərabər şəkildə bölünməsi qərara alınmışdır.
8. Göygöl rayon X18 rayon R.Məmmədov adına torpaq kolxozun torpaq sahəsindən ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə əlaqədar olaraq protokolundan xx.xx.2021-ci il tarixli 57 nömrəli arxiv çıxarışından görünür ki, Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən 20 hektar ayrılıb, o cümlədən 10 hektar örüş, 10 hektar dinc “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün verilməsi qərara alınmışdır.
9. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 106 nömrəli məktubunda qeyd edilir ki, X21 16 mart 2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra təsisçisi olduğu “Şöhrət” kəndli fermer təsərrüfatı Xanlar rayonu “Min xidmət” kiçik müəssisəsindən miras qalmışdır. İddiaçı onun qanun üzrə vərəsəsi müəyyən edilmişdir.
10. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 523 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı 16 mart 2003-cü ildə vəfat etmiş X11 vərəsəsidir.
11. İddiaçı Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2022-ci il tarixli **********30 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə göstərilən 20.0 ha torpaq sahəsinin bir hissəsinin faktiki olaraq başqa şəxslərin istifadəsində olduğu, digər hissəsinin isə mülkiyyət hüququ qeydiyyata alınmış başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
12. X11 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X15 Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2022-ci il tarixli **********97 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı, təqdim edilmiş sənədlərdə göstərilən 20.0 ha torpaq sahəsinin yerləşdiyi ərazinin mübahisəli olduğu, belə ki, 11.6 ha hissəsinin digər şəxslərə məxsus olan kənd təsərrüfatı pay torpaq sahələri və digər təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü, 7.94 ha hissəsinin Göygöl rayon Yeni Qızılca bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı örüş və ümumi istifadədə olan yol ərazisinə aid olmaqla yanaşı faktiki olaraq digər şəxslərin istifadəsində olduğu, yerdə qalan 0.46 ha hissəsinin isə Gəncə şəhəri Nizami bələdiyyəsinin yaşayış məntəqələri torpaqlarına aid olduğu müəyyən edilmişdir.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-6659/2023 nömrəli cavab məktubuna əlavə edilmiş: Xanlar rayonu Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə X7 Xanlar rayonu Qızılca bələdiyyəsinin ərazisindəki əkinə yararlı torpaq sahəsindən 2,28 hektar ayrılıb kənd təsərrüfatı və tikinti işlərinin görülməsi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 116 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 343 saylı sərəncamı ilə Gəncə şəhər sakini X7 məxsus Xanlar rayonu, Qızılca kəndi ərazisində yerləşən 2,28 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsullarının, iri və xırda buynuzlu mal-qaranın satışı üçün bazar tikintisinin aparılmasına və istifadəsinə icazə verilməsi qərara alınmışdır. Xanlar rayonu Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 nömrəli qərarı ilə Xanlar rayonu Qızılca bələdiyyəsinin ərazisindəki əkinə yararlı torpaq sahəsindən 2.28 hektar ayrılıb X2 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmış və və həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 117 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 342 saylı sərəncamı ilə Xanlar rayonu, Mollacəlilli kənd sakini X8 məxsus Xanlar rayonu, Qızılca kəndi ərazisində yerləşən 12200 kv.m torpaq sahəsində kənd təsərrüfatı məhsullarının, iri və xırda buynuzlu mal-qaranın satışı üçün bazar tikintisinin aparılmasına və istifadəsinə icazə verilməsi qərara alınmışdır. Xanlar rayonu Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 nömrəli qərarı ilə Xanlar rayonu Qızılca bələdiyyəsinin ərazisindəki əkinə yararlı torpaq sahəsindən 10600 kv.m ayrılıb X2 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmış və və həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 115 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
14. Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-37-8/2024 nömrəli cavab məktubundan bildirilmişdir ki, aparılan araşdırma zamanı “Şöhrət” kəndli fermer təsərrüfatının və “Min xidmət” kiçik müəssisəsinin ləğv olunması barədə məlumat aşkar edilmədi.
15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-1150/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, arxivdə aparılmış araşdırma zamanı “Şöhrət” kəndli fermer təsərrüfatına dair məlumat aşkar edilməmişdir.
16. Məhkəmənin sorğusuna 12 saylı Ərazi vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-17386/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Göygöl rayonu ərazisində “Min xidmət” kiçik müəssisəsi adlı hüquqi şəxsin qeydiyyata alınması barədə heç bir məlumat aşkar edilməmişdir. “Şöhrət” Kəndli (Fermer) Təsərrüfatı (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, xx.xx.2005-ci il tarixdə isə vergi orqanında uçota alınmışdır. II. Məhkəmədə icraat
17. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və həmin publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, inzibati orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişlə ona bildirilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə göstərilən 20 ha torpaq sahəsinin bir hissəsinin faktiki olaraq başqa şəxslərin istifadəsində olduğu, digər hissəsinin isə mülkiyyət hüququ qeydiyyata alınmış başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edilmişdir. Halbuki, vərəsəsi olduğu atası X16 verilmiş "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" dövlət aktından görünür ki, Xanlar Rayon X10 xx.xx.1995-ci il tarixli 7 nömrəli protokoluna əsasən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 20 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi cizgidə göstərilən sərhəd daxilində faktiki istifadələrində olmuş və örüş kimi istifadə edilmişdir. Bir müddət, yəni atasının vəfatından sonra kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə istifadələrində olan torpaq sahəsində olarkən torpağın bir hissəsinin zəbt edildiyini görmüş və dəfələrlə torpağını qanunsuz zəbt edən şəxs və ya şəxslərlə bilavasitə ünsiyyətdə olmaq, onların torpağa dair hər hansı mülkiyyət hüququnun olub-olmamasını araşdırmaq istəsə də, bu mümkün olmamışdır. Sonradan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon Dövlət Arxivinə müraciət edərək Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən dövlət aktı əsasında onlara məxsus torpaq sahəsinin arxiv sənədlərini əldə edərək bilavasitə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan araşdırma apararkən 20 ha torpaq sahəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından qismən imtina edərək ona şifahi olaraq bildirilmişdir ki, həmin torpağın bir hissəsinə dair artıq çıxarış verildiyindən guya ona hazırda 8.4 ha torpaq sahəsinə dair çıxarış verilə bilər və bunun üçün o, notarial qaydada razılıq ərizəsini təsdiq edərək onlara təqdim etməlidir. Lakin, o, əsaslı olaraq ilkin hüquqmüəyyənedici sənədlər əsasında faktiki mülkiyyətində olan 20 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. Təəssüf ki, inzibati orqan yuxarıda qeyd edilən əsaslarla onun torpaq üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
20. Məhkəmənin hüquqi yardımından sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkil olan nümayəndəsi Vəkil1 ərizə təqdim edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin saxlanılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
21. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkil olan nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşən 20 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Yeni Qızılca bələdiyyəsi, Gəncə şəhəri Nizami bələdiyyəsi, X13 və X14 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
24. İddiaçının vəkil olan iddiaçının nümayəndəsi və üçüncü şəxs X13 məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxslər və cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişlər.
25. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır. Aparılan araşdırma zamanı, ərizəyə hüquqmüəyyənedici sənəd olaraq X11 adına verilmiş "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" Б № 000153 nömrəli Dövlət Aktı əlavə edilmişdir. Dövlət aktında 20.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadəyə verildiyi qeyd edilmişdir. Ərizənin icrası ilə bağlı torpaq sahəsinə müayinə baxışı keçirilmiş, təqdim edilmiş sənədlərdə göstərilən 20.0 ha torpaq sahəsinin yerləşdiyi ərazinin mübahisəli olduğu, belə ki, torpaq sahəsinin 10.0 ha hissəsinin digər şəxslərə məxsus olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri və digər təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü, 9.33 ha hissəsinin Göygöl rayonu Yeni Qızılca bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı örüş və ümumi istifadədə olan yol ərazisinə aid olmaqla yanaşı faktiki olaraq digər şəxslərin istifadəsində (heyvanların alqısatqı bazarı kimi istifadə olunur və ərazidə bazarın fəaliyyətinə uyğun müəyyən tikinti işləri aparılmışdır) olduğu, yerdə qalan 0.67 ha hissəsinin isə Gəncə şəhəri Nizami bələdiyyəsinin yaşayış məntəqələri torpaqlarına aid olduğu müəyyən edilmişdir. Dövlət Aktı barədə elektron baza materiallarında məlumat olmadığı üçün torpaq sahəsinin sərhədləri təqdim olunmuş Dövlət Aktında göstərilən cizgiyə əsasən texniki vasitələrdən istifadə edilərək təxmini (cizginin miqyası düzgün göstərilmədiyi üçün) müəyyənləşdirilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi də daxil olmaqla Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə Xanlar rayonu Qızılca Bələdiyyəsinin adına xx.xx.2006-cı il tarixində JN 1-1, KOD ********* nömrəli Dövlət Aktının işlənildiyi (ümumi torpaq sahəsi 3164.06 ha) müəyyən edilmişdir. X11 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X24 20.0 ha torpaq sahəsinin çıxarışlarla üst-üstə düşən hissəsi çıxılmaqla yerdə qalan 8.4 ha torpaq sahəsinə çıxarış və texniki pasportun verilməsinə razı olmaları barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq ərizənin icrasından imtina edilmiş və bu barədə ərizəçiyə xx.xx.2022-ci il tarixli, **********97 nömrəli bildiriş göndərilmişdir. Həmçinin Xanlar (Göygöl) Rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə Qızılca bələdiyyəsinin ərazisindən X3 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün 2.28 ha torpaq sahəsinin, Xanlar (Göygöl) Rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə Qızılca bələdiyyəsinin ərazisindən X2 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün 2.28 ha torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. X8 verilmiş 2.28 ha torpaq sahəsi iki hissədən (1.06 ha və 1.22 ha) ibarətdir. Həmin torpaq sahələrinə dair "Torpaqların alqı-satqısına dair" Akt və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən Dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 115, 116 və 117 nömrələrlə uçota alınmış "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Qeyd olunan plan və ölçüsü sənədləri ərazi idarəsinə xidməti istifadə üçün verilmiş elektron xəritə materiallarında öz əksini tapmamışdır. Xanlar (Göygöl) rayonu Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 və 07 saylı qərarlarının nüsxəsi ərazi idarəsinə təhvil verilmişdir, arxiv sənədlərində mövcuddur, həmin qərarlar əsasında tərtib edilmiş "Torpaqların alqı-satqısına dair" aktlar ləğv edilmiş DT və XK tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş "Alqı-satqı aklarının qeydiyyatı kitabında qeydə alınmışdır. X7 verilmiş 2.28 ha torpaq sahəsi bütövlüklə, X8 verilmiş 2.28 ha torpaq sahəsinin isə 1.22 ha hissəsinə dair tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının X11 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X15 qeydiyyata alınması üçün müraciət etdiyi 8.4 ha torpaq sahəsi ("Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" Б № 000153 nömrəli Dövlət Aktında qeyd edilmiş 20.0 ha torpaq sahəsinin yerdə qalan hissəsi) ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunan ərazidən heyvanların alqı-satqısı bazarı kimi istifadə olunur. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 12 sentyabr 2007-ci il tarixli, 343 saylı sərəncamı ilə X7 məxsus 2.28 ha torpaq sahəsində iri və xırda buynuzlu mal-qaranın satışı üçün bazar tikintisinin aparılmasına icazə verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 12 sentyabr 2007-ci il tarixli, 342 saylı sərəncamı ilə X8 məxsus 2.28 ha torpaq sahəsində iri və xırda buynuzlu mal-qaranın satışı üçün bazar tikintisinin aparılmasına icazə verilmişdir. Həmçini ərazinin planı Xanlar rayonunun baş memarı ilə razılaşdırılmışdır.
27. İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Üçüncü şəxs X13 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
29. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
30. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
31. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Xanlar rayon X19 İcraiyyə Komitəsinin xx.xx.1995-ci il tarixli 7 nömrəli protokoluna əsasən “Min Xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən 20 ha torpaq sahəsi verilmişdir.
32. İddiaçı Xanlar rayon X19 İcraiyyə Komitəsinin xx.xx.1995-ci il tarixli 7 nömrəli protokoluna və Б-000153 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktına istinad edərək, mərhum atasına ayrılmış 20 ha torpaq sahəsinin atasının vəfatından sonra onun sahibliyində və istifadəsində olduğunu iddia edərək, torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir.
33. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
34. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
35. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alıması üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın imtinası nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
36. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
37. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən araşdırma aparılmış və sorğulara cavab məktubları ilə müəyyən edilmişdir ki, Xanlar rayon X10 xx.xx.1995-ci il tarixli 7 nömrəli protokol qərarı ilə R.Məmmədov adına kolxozun ərazisindən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 20,0 ha torpaq sahəsi Xanlar rayon “Min xidmət” kiçik müəssisəsinin daimi istifadəsinə ayrılmış və həmin torpaq sahəsinə dair Б-000153 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktı tərtib edilmişdir. Daha sonra Xanlar rayon X10 xx.xx.1995-ci il tarixli 3 nömrəli qərarı ilə Xanlar rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 07 saylı qərarına əsasən R.Məmmədov adına kolxozun torpaq sahəsindən “Min xidmət” kiçik müəssisəsinə ayrılmış 20 hektar torpaq sahəsi “Min xidmət” kiçik müəssisəsinin “Şöhrət” kəndli fermer təsərrüfatına keçməsi ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq “Şöhrət” kəndli fermer təsərrüfatına verilmişdir.
38. Daha sonra Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı protokol qərarı ilə R.Məmmədov adına kolxozun ərazisində yaradılmış “Kamal”, “Ozal”, “Qaranquş”, “Şamxal”, “Şöhrət”, “Fərid”, “Bərəkət-96”, “Ruhin” kəndli fermer təsərrüfatlarının “Nur-N”, “Rəşad”, “Əli-Əkbər”, “İ-ni”, “Səməd” kiçik müəssisələrinin təsisçiləri və üzvlərinin sayına uyğun olaraq adam başına düşəcək norma daxilində torpaq payı normasının özlərində saxlanılması, artıq qalan torpaq sahələrindən püşk ardıcıllığı ilə əvəzləşdirilərəcək torpaq sahələrinə qatılmaqla yanaşı ümumi püşk atma yolu ilə torpaq payı alacaq vətəndaşlar arasında bölünməsi, kolxozun ərazisindən qərarla daimi və icarəyə verilmiş torpaq sahələrinə dövlət aktı almayan özəl qurumların istifadəsində olan torpaq sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 11-12-ci maddələrinə uyğun olaraq verilməsi, kolxozun özəlləşən torpaq sahələrinə qatılmaqla ümumi püşk atma qaydasında vətəndaşlar arasında bərabər şəkildə bölünməsi qərara alınmışdır.
39. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mərhum atasına deyil, onun təsisçisi olduğu “Min xidmət” kiçik müəssisəsinə ayrılmışdır. Həmin müəssisə isə “Şöhrət” kəndli fermer təsərrüfatına keçdiyinə görə, həmin torpaq sahəsi “Şöhrət” kəndli fermer təsərrüfatına verilmişdir. Respublikada gedən torpaq islahatı zamanı isə təsərrüfatın torpaq sahəsi onun təsisçisi və üzvlərinə pay torpağı şəklində pay normasına uyğun ayrılmaqla, yerdə qalan torpaq sahəsi dövlət və bələdiyyənin mülkiyyətinə keçmişdir.
40. “Torpaq islahatı haqqında” Qanuna görə: Maddə 11.3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə 12.1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
41. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı protokol qərarında “Şöhrət” kəndli fermer təsərrüfatının təsisçisi qismində X9, üvzləri qismində isə X6, X22, X17 və X12 qeyd edilmişdir.
42. Görünüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mərhum atasının adına hüquqmüəyyənedici sənəd mövcud deyil.
43. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
44. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
45. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum atası X1 torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırkı iddiaçı da həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva