Məhkəmə qərarları › İş №2-1(114)-217/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-217/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-217/2025 11.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayonu X4rşı (üçüncü şəxslər X10 və X14) qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Tovuz rayonu X4rşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi, X10) Tovuz rayonu X5 xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən üçüncü şəxs X6 verilmiş bütün sənədlərin etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayır. Tovuz Rayon X5 17 iyun 2005-ci il tarixli 11 saylı qərarı ilə ona Tovuz rayonu Yuxarı Öysüzlü kəndindən ev tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qanunla müəyyən olunmuş qaydada və məbləğdə torpaq sahəsinin dəyərini Bələdiyyənin hesabına ödədikdən sonra digər sənədləşmə işləri aparılaraq müvafiq akt və sxem tərtib edilməklə torpaq sahəsi ölçülüb iddiaçıya təhvil verilmişdir. Sonradan üçüncü şəxs tərəfindən torpaq sahəsi zəbt edilərək, orada yarımçıq tikili inşa edilmişdir. Tovuz rayonu X5 xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarı ilə Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini X16 ogluna 0.1 ha torpaq sahəsi qanunsuz olaraq verilmişdir. Belə ki həmin torpaq sahəsi daha əvvəl onun mülkiyyətinə qanuni şəkildə verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun iddia tələbi təmin edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-822/2024 nömrəli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətin təmin edilməsindən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-822/2024 nömrəli qərardadı ilə iş üzrə X10 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddia tələbi üzrə Tovuz rayonu X5 xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-217/2025 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə hazırlıq icraatı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Tovuz rayonu X5 07 iyun 2005-ci il tarixli 11 saylı qərarından Çıxarışdan görünür ki, İddiaçı bələdiyyənin prespektiv inkişaf üçün ayrılmış yerdən 0,10 ha həyətyanı məqsədilə torpaq sahəsinin satılması və ev tikdirməyə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan 10 iyun 2005-ci il tarixli aktdan görünür ki, X5 sədri X2 İranə Qəməd qızının iştirakı ilə akt tərtib edərək, Tovuz rayonu Yuxarı Öysüzlü bələdiyyəsi sədrinin 07 iyun 2005-ci il tarixli 11 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi ölçülüb verilmişdir. İş materiallarında olan Torpağın alqı-satqısına dair aktdan görünür ki, İddiaçı tərəfindən bələdiyyə hesabına 437.000 manat haqq ödənilmişdir. İş materiallarında olan Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 4YRA/Q-139/2023 nömrəli məktubundan görünür ki, X5 28 noyabr 2007-ci il tarixli 14 saylı protokolunda vətəndaş İddiaçı adı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Tovuz rayon Öysüzlü Bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş arayışdan görünür ki, İddiaçı 17 iyun 2005-ci il tarixli 11 saylı qərarla torpağın verilməsi barədə bələdiyyədə heç bir sənəd yoxdur. İş materiallarında olan Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48- 4YRA/2-02/2024 nömrəli məktubundan görünür ki, X5 Tovuz rayon Dövlət arxivində saxlanılan 07 iyun 2005-ci il tarixli 11 saylı protokolunda vətəndaşlara torpaq sahəsinin satılması barədə adlı siyahı qeyd edilməmişdir. X5 məhlə sənədlərinin əlavələrində vətəndaş İddiaçı torpaq sahəsinin satılması aşkar edilməmişdir. İş materiallarında olan Tovuz rayon X5 xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubundan görünür ki, İddiaçı adına 07 iyun 2005-ci il tarixli, 11 nömrəli qərara aid heç bir sənəd yoxdur. İş materiallarından görünür ki, İddiaçı bələdiyyənin perspektiv inkişaf üçün ayrılmış yerdən 0,10 ha həyətyanı məqsədilə torpaq sahəsinin satılması və ev tikdirməyə icazə verilməsi qərara alınmış, X5 sədrinin və İddiaçı iştirakı ilə akt tərtib edərək, Tovuz rayonu Yuxarı Öysüzlü bələdiyyəsi sədrinin 07 iyun 2005-ci il tarixli 11 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi ölçülüb verilmiş, İddiaçı tərəfindən bələdiyyə hesabına 437.000 manat haqq ödənilmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügədən 0,10 ha torpaq sahəsini İddiaçı ayrılmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2- 8398/2023 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Tovuz rayonu X5 28 noyabr 2007-ci il tarixli 14 saylı qərarı ilə, Yuxarı Öysüzlü kənd sakini X6 fərdi yaşayış evi tikmək üçün 1000 kv.m torpaq sahəsi ayrılmış, bununla bağlı X10 adına A № 337501 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, **********62 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. AN-İ No ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 Rayonu Yuxarı Öysüzlü kəndində mülkiyyətində olan 0,03 ha torpaq sahəsini 1000 (bir min manat) məbləğində X1. Yəni, iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,03 ha hissəsi X8 adına mülkiyyət hüquqları üzrə qeydə alınmış və **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən iddia tələbi ilə müraciət etmək üçün onun subyektiv hüququ yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Tovuz rayonu X4rşı (üçüncü şəxslər X10 və X14) qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar