Məhkəmə qərarları › İş №2-1(114)-2170/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2170/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2170/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkilii X1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 12.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyətində və faktiki istifadəsində olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsində 0,0765 ha torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 43.2 kv.m ümumi, 30.2 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı, 2 nömrəli mənzilə dair "xxxx" QSC-yə verilmiş 29.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak ********** qeydiyyat nömrəli, 31.10.19-cu il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən iddiaçının adına Dövlət Reyesterində mülkiyyət hüququ ilə onun mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən mənzilə dair üçüncü şəxs "xxxx" QSC-yə 29.01,2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi üçün cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqanın 27.09.2021-ci il tarixli məktubu ilə ona rəsmi cavab verilmiş, "xxxx" QSC-yə ünvan 1 ünvanda yerləşən mənzilə dair çıxarış verilməsinin qanuni olması əsaslandırılaraq mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olmağım izah edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı 20.09.2021ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, onun adına olmuş ********** qeydiyyat nömrəli, 31.10.19-cu il tarixli çıxarışın ləğv edildiyi halda müvafiq qərarın nömrəsi, tarixi və adı göstərilməklə bu barədə məlumatın verilməsi, eləcə də həmin qərarın ona rəsmi qaydada təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 27.09.2021-ci il tarixli **********16 nömrəli məktubu ilə ünvan 2 ünvanında yerləşən mənzilə dair dövlət reyestrindən verilmiş çıxarışın ləğvi ilə bağlı məlumatlar iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh orqana çıxarışın ləğv edilməsi ilə bağlı deyil, çıxarışın ləğv edilməsinə əsas olmuş qərar barədə məlumatın verilməsi ilə bağlı müraciət etmişdir. Bu səbəbdən də cavabdeh orqanın 27.09.2021-ci il tarixli **********16 nömrəli məktubu imtina xarakterli akt hesab edilə bilməz. Çünki inzibati orqan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya müraciəti əsasında müvafiq məlumatları təqdim etmişdir. Bu hal iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar