Məhkəmə qərarları › İş №2-1(114)-218/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-218/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-218/2021 11.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X15) qarşı fərdi yaşayış evinin mülkiyyət hüququnun tanınması və atasının adına zəbtə salınmış 0,25 hektar torpaq sahəsinin ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus evin və evin yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi ailə üzvləri arvadı-X9, oğlu-X18, qızları-X12 və X13 daxil olmaqla adlarına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Aşağı-Öysüzlü kəndində 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 67 kv.m, ümumi sahəsi, 45 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi var. X2 onun evini və torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edir və mülkiyyətinə çıxarış almasına mane olur. Həmin fərdi yaşayış evinə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, lakin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşları ölçü işləri aparmaq üçün gələn zaman qardaşı Çingiz Zeynalov onlara ciddi müqavimət göstərmiş və onları təhqir edərək həmin ərazidə mülkiyyətinin olmadığını bildirmişdir. O, kənd İcra nümayəndəsinə və kənd bələdiyyəsinə müraciət edən zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair onda kadastr sənədi olduğu halda torpaq sahəsi mərhum atası X10 adına zəbtə salınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, ona məxsus evin və evin yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi ailə üzvləri arvadı-X9, oğlu-X18, qızları-X12 və X13 daxil olmaqla adlarına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.230817 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış, sözügedən torpaq sahəsinin 0.05 ha hissəsi Tovuz rayon notariat kontorunun xx.xx.2010-cu il tarixli 4Ə/3-401 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X6 və 0.09 ha hissəsi isə eyni müqavilə əsasında X1 və həmin mülkiyyətçilərin mülkiyyət hüququ müqavilə əsasında dövlət reyestrində qeydiyyatı aparılmışdır. İddiaçı adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1989-cu il tarixində Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində fərdi yaşayış evinə texniki pasport tərtib edilmiş və sözügedən yaşayış evinə dair 1 nömrəli qeydiyyat kitabının 97-ci səhifəsində 386 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. İddiaçının qeyd etdiyi X10 və ailə üzvlərinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra DT və XK-in Tovuz rayon şöbəsi tərəfindən təqdim edilən elektron siyahıda 0.32 ha torpaq sahəsinin olması qeyd edilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin 453 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra DT və XK-nin Tovuz rayon şöbəsi tərəfindən Xidmətin 15 saylı Tovuz Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarına sözügedən torpaq sahəsinə dair plan və ölçü sənədi idarənin arxivinə təhvil verilməmişdir. Həmçinin iddiaçının mülkiyyətində adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixində Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.0908 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. X5 mülkiyyətində adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 386 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində fərdi yaşayış evi qeydiyyata alınmışdır və həmin evə texniki pasport tərtib edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X24 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X15 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı tərəfindən Tovuz Rayon Məhkəməsində ona qarşı torpaqdan çıxarılma və qanunsuz istifadəyə son qoyulması tələbinə dair iş vardır. Həmin məhkəmənin icraatında olan mülki iş üzrə təyin edilmiş ekspertiza rəyi məhkəməyə daxil olmuş və məhkəmə baxışı xx.xx.2021-ci il tarixinə təyin olunmuşdur. Eyni şəxslər arasında eyni tələb üzrə olan işlərdə, yəni eyni tələblər arasında eyni və oxşar tələblər olduğundan işin nicraatının dayandırılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1989-cu il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, xx.xx.1989-cu il tarixli 502 nömrəli qeydiyyat vəsiqəsi, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 13 nömrəli arxiv arayışı, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli **********71 nömrəli bildiriş, Tovuz rayon İHB-nın Aşağı Öysüzlü kənd İcra nümayəndəsinin xx.xx.2020-ci il tarixli 967 nömrəli arayışı, 15 saylı Tovuz Ərazi İdarəsinin məktubu, xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi, 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubu, xx.xx.2010-cu il qeydiyyat tarixli ******* nömrəli çıxarış, AA 004128 nömrəli torpaq sahəsinin planı və ölçüsü, Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X17 məktubu, 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********92 nömrəli məktubu, AA 004133 nömrəli torpaq sahəsinin planı və ölçüsü, 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********24 nömrəli və xx.xx.2021-ci il tarixli **********64 nömrəli məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 13 nömrəli məktubundan görünür ki, Dövlət Arxivində saxlanılan 1996-2000-ci il tarixli 02 nömrəli təsərrüfatbaşına kitabın 189-cu şəxsi hesabında təsərrüfat vətəndaş İddiaçı adına olmaqla adına 0.25 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 67 kv.m, o, cümlədən yaşayış sahəsinin 45 kv.m olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1989-cu il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində İddiaçı adına bütövlükdə 16-75 X7 xx.xx.2001-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində ölmüşdür. Bu barədə kitabın 02 səhifəsində xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş keçmiş DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən təsdiq edilmiş Bərdə rayon Mirzalıbəyli kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısından görünür ki, həmin siyahıda X3 adı akt nömrəsi 21 olunmaqla ailə üzvlərinin sayı 3 olub qanuni istifadəsində 0.14 ha, zəbtində isə 0.09 ha torpaq sahəsi olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş fevral 2012-ci il tarixli aktdan görünür ki, Mirzalıbəyli kənd sakini İddiaçının DT və XK-nin Bərdə rayon şöbəsinə yazdığı şikayət ərizəsini yerində araşdırıb yoxlayan zaman məlum olmuşdur ki, Bərdə rayon Mirzalıbəyli kənd əhalisinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin şəhadətnamələndirilməsi məqsədilə ölçü aparılarkən İddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsi mütəxəssislər tərəfindən ölçülərkən 1:2000 miqyasında tərtib olunmuş yerquruluşu planında həyətin sxematik planı öz əksini tapmışdır. Ərizəçi tərəfindən həmin ərəfədə həyətin kimə məxsusluğuna dair mütəxəssislərə heç bir sənəd təqdim olunmadığından onun həyəti mexaniki səhv olaraq qonşusu X11 adına şəhadətnamələndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli JN-054A (KOD 61006028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə Bərdə rayon Mirzalıbəyli kənd sakini X11 və onun ailə üzvlərinin mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 09 nömrəli arayışdan görünür ki, iddiaçının Mirzalıbəyli kəndində 0.14 ha qanuni həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinə Lahiyyə İnstitutu tərəfindən yenidən sənədləşmə aparılarkən düzgün işlənməmiş, xəritədə iddiaçıya məxsus torpaq sahəsi X11 adına işlənmişdir. İş materiallarına əlavə edilmiş DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 111 nömrəli rəydən görünür ki, Mirzalıbəyli kənd sakini İddiaçının istifadəsində 0.14 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin vətəndaşın qanuni istifadəsində olması barədə (Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 452 saylı arayışı var). Vətəndaşın istifadəsində olan 0.23 ha torpaq sahəsi ərazidə islahat aparılan zaman 21 saylı mülkiyyətçi kimi subyektlər siyahısında qeyd olunaraq adına 0.14 ha qanuni, 0.09 ha zəbt torpağı kimi qeyd olunmuşdur. Dövlət Yerquruluşu Layihə İnstitutunun Bərdə rayonlararası yerquruluşu idarəsinin mühəndisləri ərazidə həyətyanı torpaqların inventarizasiyasını aparan zaman vətəndaşın istifadəsində olan 0.14 ha həyətyanı torpaq sahəsi səhv olaraq JN 054A saylı 61006028 kod olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qonşusu X11 adına işlənmişdir. Vətəndaşın istifadəsində olan 0.14 ha torpaq sahəsinə rəy tərtib olunarkən DT və XKnin Bərdə rayon şöbəsinin mütəxəssisləri əraziyə baxış keçirmiş və müəyyən olunmuşdur ki, həyətyanı torpaq sahəsi və zəbt torpağı İddiaçı məxsusdur və bələdiyyə fondu torpağı deyil. Həmin torpaq sahəsinə müvafiq sənədin verilməsinə DT və XK-nin Bərdə rayon şöbəsi etiraz etmir. İş materiallarına əlavə edilmiş DT və XK-si tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 17- 8/753 nömrəli məktubdan görünür ki, DT və XK-nin Bərdə rayon şöbəsinin məktubunda R.Bayramovanın mülkiyyətinə 0.23 ha (0.14 ha həyətyanı və 0.09 ha zəbt torpaq sahəsi) torpaq sahəsinin verilməsi göstərilməsinə baxmayaraq sənədlərə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 0.16 ha və yerquruluşu sxemində isə 0.14 ha olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mirzalıbəyli kənd əhalisinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin yerquruluşu planının bir hissəsinin sxemindən görünür ki, İddiaçının qanuni istifadəsində 0.14 ha torpaq sahəsi var. Cavabdeh etirazın dəlillərini xx.xx.2020-ci il tarixli **********74 nömrəli məktubunda aşağıdakı kimi göstərmişdir: Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-054A saylı şəhadətnaməsinin hansı əsasla X19 və ailə üzvlərinin adına işlənib hazırlanması onlara məlum deyildir. Sözügedən şəhadətnamənin ləğv edilərək iddiaçının adına sənədləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə və 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə uyğun deyildir. Üçüncü şəxs iddiaya münasibət bildirməmişdir. İşin yuxarıda şərh olunan faktiki hallarından görünür ki, hal-hazırda sözügedən torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir və o, həmin torpaq sahəsindən mübahisəsiz qaydada istifadə edir. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 564-cü maddəsinə əsasən kolxozçu heyətinin üzvü öldükdə heyətin əmlakı üçün vərəsəlik açılmır. Həmin maddə xx xxxxx 1997-ci il tarixdə ləğv edilmişdir. Həmin vaxtdan etibarən kolxozçu (kəndli) həyətinə vərəsəlik hüququnun qaydaları tətbiq olunur. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 20 nömrəli arxiv arayışından görünür ki, Bərdə rayon XDS-nin 1986-1990-cı illər üzrə 10 saylı təsərrüfatbaşına kitabın 519 saylı şəxsi hesabına əsasən vətəndaş mərhum X4 ailə başçısı olduğu 1990-1995-ci illər üzrə 11 saylı təsərrüfatbaşına kitabın 706 saylı şəxsi hesabına əsasən 1992-ci ildən X4 vəfat etdiyi təsərrüfatda ailə başçısı X7 olduğu, 2001-ci ildə S.Bayramova vəfat etdiyi təsərrüfatda ailə başçısının – İddiaçı olduğu qeyd olunub. Yuxarıda qeyd olunan Mülki Məcəllənin 564-cü maddəsinin tələbinə görə təsərrüfatın başçısı X8 1992-ci ildə öldükdən sonra təsərrüfatın vərəsəlik işi açılmadan Səmayə Bayramovanın adına keçməsi qanunauyğun olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Beləliklə iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı qanuni əsaslarla sözügedən torpaq sahəsinə sahiblik etdiyindən onun həmin torpaq sahəsinə dair sahiblik hüququ yaranmışdır. Müvafiq torpaq sahəsinə dair X19 və ailə üzvlərinə JN-054A (KOD 61006028) nömrəli şəhadətnamə ilə verilmiş 0.16 ha torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyatlarının ləğv edilməsindən imtina olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı JN-054A (KOD 61006028) nömrəli şəhadətnamə ilə X19 və ailə üzvlərinə verilmiş torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyatının ləğv edilməsi və həmin şəhadətnamə ilə verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə göstərilən 0.14 ha torpaq sahəsi üzərində mərhum anası X3 hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbində haqlıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində yerləşən evin və evin yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi ailə üzvləri arvadı-X9, oğlu-X18, qızları-X12 və X13 daxil olmaqla adlarına dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar