Məhkəmə qərarları › İş №2-1(114)-2182/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2182/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2182/2022 25.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı Oktay oğlunun cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Oktay oğlu cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, özünün və mərhum bibiləri X1 və X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlakının sökülməsi nəticəsində dəymiş 150.000 manat ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın mümkünlülk şərtlərinə əməl edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki mübahisə ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. İddia ərizəsinə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətindən verilmiş imtina aktı əlavə edilmişdir, lakin hazırki tələb Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yönəlmişdir. Bundan başqa, ünvan 1 ünvana dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən görünür ki, sözügedən əmlak iddiaçının, eyni zamanda X1 və X2 ümumi birgə mülkiyyətindədir. Odur ki, iddiaçı öz adından hər üç mülkiyyətçiyə dəymiş ziyanı tələb etməkdə haqlı deyil. İddiaçıya izah olunur ki, dəymiş ziyanın həcmini dəqiqləşdirməklə məhz həmin həcmdə məbləğin ödənilməsi ilə bağlı səlahiyyətli cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidir. Həmçinin digər mülkiyyətçilərin vərəsələri olduğu təqdirdə cavabdehə birgə müraciət edə və birgə iddiaçılar qismində iddia qaldıra bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Oktay oğlunun cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş ziyana görə kompensasiyanın ödənilməsibarədə iddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar