Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2186/2024 23.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 və üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayonu Qızılca bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 01 nömrəli qərarı ilə Xanlar (indiki Göygöl) rayonunun Qızılca kəndində bələdiyyənin ehtiyat fondundan alğısatqı predmeti olan 0.10 ha torpaq sahəsinin X1 qərara alınmışdır.
2. Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 90 nömrəli sərəncamı ilə X6 Xanlar rayonu Qızılca bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 01 nömrəli qərarı ilə sex tikintisi aparmaq məqsədilə satılmış 0.10 ha torpaq sahəsində inşa edilmiş sahəsi 593,0 kv.m və 163,8 kv.m olan iki daşkəsən sexi, 89,9 kv.m emalatxanadan və 20,8 kv.m anbardan ibarət dəzgah sexi, 12,0 xidmət otağından, ümumi sahəsi 18,6 kv.m olan sanitar qovşağından ibarət köməkçi bina, ümumi sahəsi 26,6 kv.m vaqon-ev və 21.1 kv.m müdir otağından, 9,2 kv.m mühasibatxanadan, 8,1 kv.m xidmət otağından, 6,1 kv.m dəhlizdən və 1,6 kv.m sanitar qovşağından ibarət idarə binasının rəsmiləşdirilməsi qərara alınmışdır.
3. xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən X2 rayon DTİ və MHQİ-nin verdiyi xx.xx.2006-cı il tarixli 58 nömrəli arayışa və xx.xx.2004-cü il tarixli 233 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xanlar Gəncə-Daşkəsən yolunun sağında 1000 kv.m torpaq sahəsində yerləşən daş sexini İddiaçı2 satmışdır.
4. Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı ilə İddiaçı2 Xanlar rayonu Quşqara bələdiyyəsinin qəsəbə daxili ərazidəki yararsız torpaq sahəsindən 1.70 hektar ayrılıb daş sexinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar rayonu, Quşqara kəndində yerləşən 1.7 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar rayonu, Quşqara kəndində Gəncə-Daşkəsən yolunun sağ tərəfində mülkiyyətində olan 1.70 ha ha torpaq sahəsində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksi (daş sexi) üzərində İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar rayonu, Quşqara kəndində Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksi (daş sexi) 190.000 manat kredit müqabilində İddiaçı2 tərəfindən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına, X8 yekunları barədə xx.xx.2012-ci il tarixli, 36/02 saylı protokola, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli müqaviləyə və Göygöl rayon dövlət notariat kontoru tərəfindən təsdiqedilmiş xx.xx.2011-ci il tarixli, 7E-2-1496 reyestr nömrəli hərracın yekunları barədə şəhadətnaməyə əsasən sözügedən əmlak kompleksinə dair X7 xx.xx.2012-ci il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)- 531/2013 saylı qətnaməsinə əsasən Xanlar rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində 1.70 ha torpaq sahəsində yerləşən 441 kv.m ümumi, 403 kv.m əsas, 37.8 kv.m köməkçi sahədən ibarət olan (Daş sexi) əmlak kompleksinə dair X11 ilə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, əmlakın yenidən açıq hərraca çıxarılması qət edilmişdir. Qeyd olunan qətnaməyə, açıq hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli, 46/01 nömrəli protokola, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, Göygöl rayonu Quşqara kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" ASC-nin adına xx.xx.2016-cı il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir.
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.70 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
11. İddiaçı1 və İddiaçı2 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) "xxxx" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə (**********) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(043)-1282/2018 nömrəli qərardadı ilə İddiaçı1 və İddiaçı2 iddia ərizəsi baxılmamış saxlanılmışdır.
12. İddiaçı2 Gəncə İnzibati Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 1000.0 kv.m torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi, 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(114)-623/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-698/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-623/2021 nömrəli qərardadı ləğv edilmiş, iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-332/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)- 231/2022 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-332/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-231/2022 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1261/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-231/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(114)-1651/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-95/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1651/2022 nömrəli qərarı ləğv edilmiş və iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
14. İddiaçı1 və İddiaçı2 Göygöl rayonu ərazisində yerləşən 1.70 ha torpaq sahəsinin dəyərinin ödənilməsinə və alğı-satqı etdikləri 0.10 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş və həmin orqan xx.xx.2024-cü il tarixli 3-21- 3-02/2-KOL-100-8/2023 nömrəli məktubla bildirmişdir ki, sözügedən 0.10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (daş sexi) Göygöl rayon dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli 4Ə/1-155 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 satılmışdır. Lakin əmlak kompleksinin yerləşdiyi həmin 0.10 ha torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamış və alğı-satqı müqaviləsinin predmeti olmamışdır. II. Məhkəmədə icraat
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu (Xanlar) Quşqara kəndində Gəncə-Daşkəsən yolunun sağ tərəfində xx.xx.2006-cı ildə daşınmaz əmlakın AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 adına X3 alğı-satqı etdiyi Göygöl (Xanlar) rayonu Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən 1000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini edilməsini xahiş etmişlər.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2006-cı ildə daşınmaz əmlakın AN-1 № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X3 Göygöl (Xanlar) rayon Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən 1000,0 kv m. torpaq sahəsində yerləşən daş sexini İddiaçı2 adına 5500 manat ödəməklə almışlar. Həmin vaxtdan sahibkar kimi qara mərmər yönümlü daş istehsalı ilə məşğul olurdular. Fəaliyyətlərini genişləndirmək məqsədi ilə xx.xx.2006-cı ildən Göygöl (Xanlar) rayonu Quşqara Bələdiyyəsinin 16 saylı qərarı ilə Quşqara Bələdiyyəsinin qəsəbə daxili ərazisindəki 1.70 ha xüsusi mülkiyyətləri kimi İddiaçı2 adına alğı-satqı yolu ilə 7062 manat 92 qəpik ödəməklə almışlar. Torpaq xüsusi mülkiyyətləri idi. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli 2(102)- 3734/11 saylı qətnaməsində yerləşən daş sexinin hərraca çıxarılması qeyd edilmiş, müddət keçdikdən sonra yenidən "xxxx" ASC qətnaməyə düzəliş edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli 8(043)-296/2014 saylı, 22 may 2012-ci il tarixli 8(043)-97/2012 saylı qərardadı ilə 1.70 ha torpaq sahəsinin “Daş sexinə” aid olması, eyni zamanda əmlak satıldıqdan sonra mülkiyyətlərindən çıxarılması qərara alınmışdır. Hesab edirlər ki, 1.70 ha torpaq sahəsinin Ali Məhkəmənin qərarından sonra qətnaməyə düzəliş edilməsi düzgün deyildir. Necə ola bilər ki, Ali Məhkəmənin qərarı ilə qanun qüvvəsini almış qətnaməyə düzəliş edilsin. Bu əsassızdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmuru Ülvü Əlizadə 21 iyun 2019-cu ildə akt əsasında 441 kv.m sahədə yerləşən “Daş sexini” "xxxx" ASC-yə təhvil vermiş akt etmişlər. Həmin vaxt DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X16 iştirak etmiş, ”Bank Respublika” ASC-nin nümayəndəsi X12 təhvil verilmişdir. İşin icraatına xitam verilmişdir. X10 çıxarış almaq üçün Gəncə İnzibatı Məhkəməsində iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsi iddianı təmin etməmiş, apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi iş № 2-1(104)-95/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 2-1(114)-165/2022-ci il tarixli qərardadı ilə X4 mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iddiasını mümkün saymamışdır. Hesab edirlər ki, X3 xx.xx.2006-cı ildə alğı-satqı etdikləri 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları tanınmalı, İddiaçı2 adına çıxarış verilməlidir. Bu barədə 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişlər və imtina almışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Dövlət Arxiv İdarəsindən xx.xx.2021-ci ildə aldıqları №05/01-R-32 /13 saylı məktubda qeyd etmişlər ki, xx.xx.2006-cı il tarixli 4Ə/155 reyestr nömrəsi ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Ona görə də hesab edirlər ki, alğı-satqı etdikləri 0.10 ha torpaq sahəsinə dair çıxarış verilməlidir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər
18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraat iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək hazırlıq icraat iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, digər iddiaçı və cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin mümkünsüzlüyü və ya üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, X6 məxsus olan (xx.xx.2004-cü il tarixli, 78 reyestr nömrəli qeydiyyat vəsiqəsi) Qızılca nümayəndəliyi Gəncə-Daşkəsən yolunun sağ tərəfində 1000 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksi (Daş sexi) Göygöl rayon dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə/1-155 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 satılmışdır. Əmlak kompleksinin yerləşdiyi 1000 kv.m torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamış və alğı-satqı müqaviləsinin predmeti olmamışdır. Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 nömrəli qərarı, Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli aktı, Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, 727 nömrəli aktına əsasən İddiaçı2 daş sexinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.70 ha torpaq sahəsi (əmlak kompleksinin (daş sexi) yerləşdiyi torpaq sahəsi) ayrılmışdır. Qeyd edilən sənədlərə əsasən İddiaçı2 torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli, **********69 reyestr nömrəli çıxarış verilmişdir. Həmin 1.70 ha torpaq sahəsi və 441 kv.m ümumi, 403 kv.m əsas, 37.8 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə (Daş sexinə) üzərində İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (vahid əmlak kimi) xx.xx.2008-ci il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Vətəndaşın iddia etdiyi 1000 kv.m torpaq sahəsi əmlak kompleksinin yerləşdiyi və mülkiyyətində olan 1.70 ha torpaq sahəsinin sərhədləri daxilində olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına, X8 yekunları barədə xx.xx.2012-ci il tarixli, 36/02 saylı protokola, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2012-ci il tarixli müqaviləyə və Göygöl rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 7E-2-1496 reyestr nömrəli hərracın yekunları barədə şəhadətnaməyə əsasən sözügedən əmlak kompleksinə dair X7 xx.xx.2012-ci il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)- 531/2013 saylı qətnaməsinə əsasən Xanlar rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində 1.70 ha torpaq sahəsində yerləşən 441 kv.m ümumi, 403 kv.m əsas, 37.8 kv.m köməkçi sahədən ibarət olan (Daş sexi) əmlak kompleksinə dair X11 ilə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, əmlakın yenidən açıq hərraca çıxarılması qət edilmişdir. Qeyd olunan qətnaməyə, açıq hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli, 46/01 nömrəli protokola, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, Göygöl rayonu Quşqara kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" ASC-nin adına xx.xx.2016-cı il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı1 və İddiaçı2 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) "xxxx" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə (**********) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(043)-1282/2018 nömrəli qərardadı ilə İddiaçı1 və İddiaçı2 iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı2 Gəncə İnzibati Məhkəməsində 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “1000.0 kv.m torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi, 1.70 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbi” ilə iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-623/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-1(104)-698/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2-1(114)-623/2021 nömrəli qərardadı ləğv edilmiş, iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-332/2022 nömrəli qərardadı ilə İddiaçı2 iddiası mümkün sayılmamışdır. X5 xx.xx.2022-ci il tarixli, 2-1(104)-231/2022 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-332/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)- 231/2022 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1261/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, X5 xx.xx.2022-ci il tarixli, 2-1(104)-231/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Xanlar rayon dövlət notariat kontorunda xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş 4Ə-1-155 nömrəli işin materiallarından müəyyən olunur ki, həmin müqavilə ilə tərəflər arasında 1000,0 kv.m torpaq sahəsində yerləşən yalnız daş sexi alıcıya satılmışdır. Həmin müqavilədə həmçinin müəyyən olunmuşdur ki, sözügedən daş sexi satıcıya Xanlar rayon DTİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli 233 nömrəli qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur. Qeyd olunan qeydiyyat vəsiqəsi ilə isə keçmiş mülkiyyətçi X4 yalnız daş sexi üzərində hüquqları 09 nömrəli reyestr kitabında 78 nömrəli qeydiyyata alınmışdır. Bu hal onu deməyə əsas verir ki, sözügedən 1000,0 kv.m torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ qeydə alınmadığından həmin sahə istənilən şəxsin iradəsindən asılı olmayaraq alğı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Eyni zamanda müqavilənin özündə də torpaq sahəsinin satılması qeyd edilməmişdir. Odur ki, hazırda iddiaçıların sözügedən torpaq sahəsinin öz adına qeydə alınmasını tələb etmək üçüh subyektiv hüquqa malik deyildir.
23. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
24. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən daş sexində "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, o da həmin MMC-nin direktoru olduğundan heab edir ki, onun da hazırkı tələbi irəli sürməyə, iddiaçı qismində çıxış etməyə hüququ var.
25. Üçüncü şəxsin nümayəndəsi X13 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
26. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
27. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
29. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
30. Məhkəmə ilk növbədə İddiaçı1 münasibətdə qeyd edir ki, iş materialları ilə onun ümumiyyətlə mübahisəli 1000 kv.m və ya daş sexinə hər hansı hüquqlarının olması müəyyən edilmədiyindən İddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
31. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X6 məxsus olan (xx.xx.2004-cü il tarixli, 78 reyestr nömrəli qeydiyyat vəsiqəsi) Qızılca nümayəndəliyi Gəncə-Daşkəsən yolunun sağ tərəfində 1000 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksi (Daş sexi) Göygöl rayon dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə/1- 155 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 satılmışdır. Əmlak kompleksinin yerləşdiyi 1000 kv.m torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamış və alqı-satqı müqaviləsinin predmeti olmamışdır.
32. Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 nömrəli qərarı, Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli aktı, Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, 727 nömrəli aktına əsasən İddiaçı2 daş sexinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.70 ha torpaq sahəsi (əmlak kompleksinin (daş sexi) yerləşdiyi torpaq sahəsi) ayrılmışdır. Qeyd edilən sənədlərə əsasən İddiaçı2 torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli, **********69 reyestr nömrəli çıxarış verilmişdir.
33. Həmin 1.70 ha torpaq sahəsi və 441 kv.m ümumi, 403 kv.m əsas, 37.8 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə (Daş sexinə) üzərində İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (vahid əmlak kimi) xx.xx.2008-ci il tarixli, **********69-12301 reyestr nömrəli çıxarış verilmişdir. Vətəndaşın iddia etdiyi 1000 kv.m torpaq sahəsi əmlak kompleksinin yerləşdiyi və mülkiyyətində olan 1.70 ha torpaq sahəsinin sərhədləri daxilində olmuşdur.
34. Həmçinin, İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndi kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(114)-1651/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-95/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1651/2022 nömrəli qərarı ləğv edilmiş və iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
35. Qeyd olunan işin Gəncə Apellyasiya Məhkəməsində icraatı zamanı, məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin təyinatının müəyyən edilməsi və üçüncü şəxs "xxxx" ASC-nin hüquqları ilə yüklü edilib-edilməməsinin müəyyən edilməsi üçün mütəxəssis tədqiqatı təyin edilmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, əraziyə baxış keçirilərkən naturada təqdim olunan sahə 17 sot 62 kv.m təşkil edir.Həmin torpaq sahəsinin **********69-12301 reyestr nömrəli çıxarış və həmin çıxarışa dair tərtib olunmuş texniki pasporta əsasən "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 1.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir və naturada təqdim olunan sahəsinin 4 metr kənardan, hava məkanından elektrik xətti keçir.
36. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-95/2023 nömrəli qərardadında (5-ci vərəq, 3 və 4-cü abzaslar) qeyd edilmişdir ki: “Göründüyü kimi, mütəxəssis tədqiqatı ilə iddiaçının iddia etdiyi və naturada təqdim etdiyi 0.10 ha torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş vəsatətin dəlilləri ilə də müəyyən edilir ki, iddiaçı məhz qeyd edilən torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasını mübahisələndirir. Lakin iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüquqları artıq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda eyd edilən halları iddia tələbini mümkünsüz edir.”
37. Göründüyü kimi, hazırkı İddiaçı2 adına qeydə alınmasını tələb etdiyi 1000 kv.m torpaq sahəsini aldığı X10 (ilkin mülkiyyətçi) eyni tələblə məhkəmədə iddia qaldırmış və həmin işin icraatı zamanı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli 1000 kv.m (0.10 ha) torpaq sahəsi hazırda "xxxx" ASC-nin mülkiyyətində olan dax sexinin yerləşdiyi 1.70 ha torpaq sahəsinin daxilində yerləşir.
38. Ona görə də, iddia mümkün hesab edilə bilməz.
39. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
40. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva