Məhkəmə qərarları › İş №2-1(114)-2191/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2191/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2191/2022 10.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi iddiaçının vəkili X10 iştirakı ilə, İddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızının Cavabdehnə qarşı (üçüncü şəxslər X13 və X23) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X13 və X16 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən mənzil Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderlə 6 nəfər ailə üzvü ilə birlikdə anası X14 verilmişdir. Həmin vaxtdan mənzildə o, anası X17, X2 və qardaşı X4 birlikdə yaşamışdır. X2 xx.xx.2006-ci il tarixdə, anası X17 isə xx.xx.2014-cü il tarixdə vəlat etmişdir. Hazırda həmin evdə o və qardaşı X4 ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər bacısı X1 uşaqları X13 və X23 formal olaraq həmin ünvanda olan mənzildə qeydiyyatdadırlar, lakin onlar heç vaxt həmin ünvanda yaşamamışlar. Belə ki, bacısı X5 da mübahisəli mənzildə heç bir vaxt yaşamamışdır. Sonuncu ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, hazırda üçüncü şəxslər də Bakı şəhərində yaşayırlar. Üçüncü şəxslər doğulan gündən hal-hazıra kimi bir gündə olsun həmin ünvanda yaşamamışlar, onlar formal olaraq həmin ünvanda qeydiyyatdadılar. Onların mübahisəli mənzildə yaşamadıqlarını qonşuları da təsdiq edirlər. Bu barədə akt tərtib edilmişdir. Məhkəməyə müraciət edərək X6 və X16 ünvan 4 ünvandakı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi (hakim Gündüz Şirinov) xx.xx.2022-ci il tarixli e-2(044)-619/2022 saylı qətnaməsində cavabdehlərin mübahisə predmeti olan evdə istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmadığı qeyd edilmişdir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili X18 iddianı müdafiə etmiş və əlavə olaraq üçüncü şəxslərin iddiaçının bacısı övladları olduğunu və hər ikisinin Bakı şəhərində yaşadıqlarını bildirmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2125 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında yaşayır, lakin X23 və X13 həmin ünvanda yaşamırlar. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X7 şəhəri, Yeni Gəncə massivi, ev 39, mənzil 9 ünvanında qeydiyyatdadır. -AZEMİS vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, X3 şəhəri, Yeni Gəncə massivi, ev 39, mənzil 9 ünvanında qeydiyyatdadır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X15 xx.xx.2021-ci il tarixli, 832(559)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderilə Yeni Gəncə massivi, ev 39, mənzil 9 X17 da daxil olmaqla 6 nəfərə sözügedən yaşayış sahəsi istifadəyə verilmişdir. -surəti işə əlavə edilmiş AZ-İ 662847 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X19 xx.xx.2014-cü il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-619/2022 nömrəli qətnamədən görünür ki, üçüncü şəxslərin ünvan 1-dan istifadə hüquqları olmaması müəyyən edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 120-17460Q-3222 nömrəli məktubunun məzmunundan görünür ki, X13 və X16 ünvan 1 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderilə Yeni Gəncə massivi, ev 39, mənzil 9 X17 və onun ailə üzvlərinə (İddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızına) istifadəyə verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-619/2022 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin sözügedən mənzildən istifadə hüquqları olmaması müəyyən edilmişdir. Buna görə də iddiaçı həmin mənzildə formal qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilərək, həmin şəxslərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının istifadəsində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X13 və X16 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar