Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2191/2024 19.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X9 və onun vəkil olan nümayəndəsi X13, üçüncü şəxs (digər üçüncü şəxs X10 qanuni nümayəndəsi) X14 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X9, X20, X22, X29 və X8 ona məxsus olan Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən X6 adına DTİ və MHQİ-si tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 248 nömrəli qeydiyyat vəsiqəsi və 503-1/453 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
2. Tovuz rayon dövlət notariat kontorunun 25 aprel 1989-cu il tarixli, 2661 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yuxarıda qeyd edilmiş əmlaka dair X16 adına eyni nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir.
3. X16 adına DTİ və MHQi-si tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 24 nömrəli qeydiyyat vəsiqəsi və 503-1/454 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
4. Qeyd edilən fərdi yaşayış evi eyni torpaq sahəsi üzərində yerləşdiyi üçün X16 adına hər iki əmlaka birlikdə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
5. Tovuz rayon notariat kontorunun 03 iyun 2022-ci il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin əmlaka dair X15 adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
6. Tovuz rayon notariat kontorunun 21 yanvar 2022-cı il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yuxarıda qeyd edilmiş əmlaka dair İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-2171/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-4295/2024 nömrəli cavab məktublarına əlavə edilmiş sənədlərə əsasən əsasən ünvan 3 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
8. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1955-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X20, xx.xx.1979-cu il təvəllüdlü X22, xx.xx.1982-ci il təvəllüdlü X29 və xx.xx.2006-cı il təvəllüdlü X5 şəhəri, Fariz Ələkbərov küçəsi, 14 ünvanında qeydiyyatdadır.
9. İddiaçı üçüncü şəxslər X9, X20, X22, X29 və X8 ona məxsus olan ünvan 4 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Tovuz rayon PŞ-nə təqdim etdiyiniz ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda adları qeyd olunan vətəndaşlar Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanında qeydiyyatdadırlar. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarıla bilər: 1. Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə, 3. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Odur ki, Tovuz rayon PŞ-nə təqdim etdiyi ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda adları qeyd olunan vətəndaşlar Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyil.
10. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 2333 nömrəli və xx.xx.2024-cü 2427 nömrəli arayışlarından görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuş X9 və xx.xx.1982-ci il tarixdə anadan olmuş X30 həqiqətən ünvan 6 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar.
11. Tovuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(62)-1352/2011 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 100,7 kv.m, yaşayış sahəsi 56,1 kv.m və köməkçi sahəsi 44,6 kv.m olan mərhum X16 evindən X7 və X18 istifadə hüququnun tanınması qət edilmişdir.
12. Məhkəmənin sorğusuna Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli /1- 413/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçılar X7 və qeyrisinin cavabdeh X23 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 26 dekabr 2011-ci il tarixli 2-1(062)-1352/2011 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
13. Məhkəmənin sorğusuna Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-79-1/1-24/2024 nömrəli cavab məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan məlum olur ki, tərəflərindən ünvan 9 ünvanda 2 (iki) ayrı-ayrılıqda fərdi yaşayış evi var. Fərdi yaşayış evinin birində İddiaçı istifadə edir və həmin evdə hal-hazırda kirayədə ayrı-ayrılıqda Sevil və Elnarə adlı iki şəxs yaşayır. F.Ələkbərov küçəsi, ev 14 ünvanında yerləşən digər fərdi yaşayış evində X9, X22, X30, X20, X17 yaşayır.
14. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-4236/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3/16-5/8-09-4295/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan arxiv məlumatlarına əsasən X6 adına DTİ və MHQİ-si tərəfindən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə 248 nömrəli qeydiyyat vəsiqəsi və 503-1/453 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Tovuz rayon dövlət notariat kontorunun 25 aprel 1989-cu il tarixli, 2661 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yuxarıda qeyd edilmiş əmlaka dair X16 adına eyni nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. Əlavə olaraq bildirilir ki, X16 adına DTl və MHQi-si tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 24 nömrəli qeydiyyat vəsiqəsi və 503-1/454 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Yuxarıda qeyd edilən fərdi yaşayış evi eyni torpaq sahəsi üzərində yerləşdiyi üçün X16 adına hər iki əmlaka birlikdə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz rayon notariat kontorunun 03 iyun 2022-ci il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yuxarıda qeyd edilmiş əmlaka dair X15 adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz rayon notariat kontorunun 21 yanvar 2022-cı il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yuxarıda qeyd edilmiş əmlaka dair X11 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məlumat üçün bildirilir ki, X21 adına 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
15. ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair ev dəftərindən görünür ki, X9 xx.xx.1983-cü il tarixdən, X24 xx.xx.1996-cı il tarixdən və X30 xx.xx.1982-ci il tarixdən Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
16. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-114/2- 17082/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaşlar X9, X20, X22, X29 və X8 Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanına qeydiyyata düşməsi üçün əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyindən 5 (beş) il aktlaşdırılaraq məhv edilmişdir. II. Məhkəmədə icraat
17. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X9, X20, X22, X29 və X8 ona məxsus olan Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanında yerləşən mənzili var. Həmin ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Tanımadığı ailə üzvləri olmayan aşağıdakı şəxslər xəbəri olmadan evinə qeydiyyata düşüblər: 1.X9 - xx.xx.1955; 2.X20 - xx.xx.2009; 3.X22 xx.xx.1979; 4.X29 - xx.xx.1982; 5.X17 - xx.xx.2006. O, həmin şəxslərin evindən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə müraciət etsə də ona verilmiş 09 sentyabr 2023-cü il tarixli məktubda həmin şəxslərin evindən çıxarılmasının mümkün olmadığı qeyd edilib.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
21. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
22. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
23. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
24. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
25. Cavabdeh yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
26. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
27. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
28. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9, X20, X22, X29 və X17 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiklərii halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
30. İddiaçı, üçüncü şəxs X22 və onun vəkil olan nümayəndəsi X25 və üçüncü şəxs (digər üçüncü şəxs X10 qanuni nümayəndəsi) X22 məhkəmə iclasına gəlmişlər, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
31. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
32. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
33. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
34. Üçüncü şəxs X9 və onun vəkil olan nümayəndəsi X25 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.
35. Üçüncü şəxs X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı onun eltisi, yəni qayın arvadıdır. Mübahisəli ev mərhum qaynatasına məxsus olmuş, bir həyətdə iki ayrı ev yerləşmişdir. Gülüsüm öz ailəsi ilə 14 nömrəli evdə, o isə öz ailəsi ilə 14a nömrəli evdə yaşamışdır. Sonradan onların xəbəri olmadan hər iki ev iddiaçının adına vərəsəlik qaydasında qeydə alınmışdır. O, mübahisəli evə 1978-ci ildə gəlin köçmüş və həmin vaxtdan fasiləsiz olaraq sözügedən evdə yaşamışdır.
36. Üçüncü şəxs X7 vəkil olan nümayəndəsi X4 edənin suallarına cavab olaraq bildirmişdir ki, üçüncü şəxslərdən Zəkiyyə Həsənova 14a nömrəli evə 1978-ci ildə gəlin köçdüyü vaxtdan hazırkı günədək orada yaşamış, övladları – Şəfiqə, İradə və Şəbnəm də həmin evdə doğulub boya-başa çatmışdır. Raul və Leyla Şəfiqənin övladları, yəni Zəkiyyənin nəvələridir və onlar analarının qeydiyyat ünvanı üzrə həmin evə qeydiyyata düşmüşlər. Hazırda Şəfiqə və övladları yeni ev tikdirərək, ora köçmüşlər və mübahisə olunan evdə yaşamırlar. Evdə Zəkiyyə və İradə yaşayır. Üçüncü şəxslər məhkəmə qətnaməsindən sonra həmin evə qeydiyyata düşməmişlər. Onların həmin evə qeydiyyata alınmaları 1982-1983-cü illərə təsadüf edir. Həmin ildə isə ev qeydə alınmamış ev olmuşdur. Ona görə də, hesab edir ki, üçüncü şəxslərin mübahisəli evə istifadə hüquqları mövcuddur və həmin hüquqa xitam verilmədən qeydiyyatdan çıxarıla bilməzlər.
37. Üçüncü şəxs (digər üçüncü şəxs X10 qanuni nümayəndəsi) X22 məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, iddia tələbinin onun və övladlarının qeydiyyatdan çıxarılması hissəsində təmin edilməsinə heç bir etirazı yoxdur. Belə ki, o, yeni ev tikdirmişdir və hazırda övladları ilə birlikdə özünə məxsus evdə yaşayırlar, yəni mübahisəli evdən istifadə etmir. Tikdirdiyi ev qeydiyyata alınmadığına görə mübahisəli evdən qeydiyyatdan çıxmamışlar. Hazırda isə qeydiyyatdan çıxmağa hazırdır. Anası Zəkiyyə, bacısı İradə isə mübahisəli evdə yaşadığına və istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanındığına görə onların çıxarılması hissəsində tələbi əsassız hesab edir. Ona görə də, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Fərdi yaşayış evinə dair 248 nömrəli qeydiyyat vəsiqəsi və 503-1/453 inventar nömrəli texniki pasport; - Tovuz rayon dövlət notariat kontorunun 25 aprel 1989-cu il tarixli, 2661 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; - X16 adına 248 nömrəli qeydiyyat vəsiqəsi və 503-1/453 inventar nömrəli texniki pasport; - Fərdi yaşayış evinə dair 24 nömrəli qeydiyyat vəsiqəsi və 503-1/454 inventar nömrəli texniki pasport; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Tovuz rayon notariat kontorunun 03 iyun 2022-ci il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Tovuz rayon notariat kontorunun 21 yanvar 2022-cı il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-2171/2024 nömrəli və xx.xx.2024-cüil tarixli 3-21-3-37/2-4295/2024 nömrəli cavab məktubları və onlara əlavə edilmiş sənədlər; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 2333 nömrəli və xx.xx.2024-cü 2427 nömrəli arayışları; - Tovuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(62)-1352/2011 nömrəli qətnaməsi; - Məhkəmənin sorğusuna Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli /1- 413/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-79-1/1-24/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli akt; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-4236/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3/16-5/8-09-4295/2024 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş ev dəftəri; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-114/2- 17082/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
39. Məhkəmə proses iştirakçılarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
40. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı qızının adına qeydə alınmışdır. Üçüncü şəxslər xx.xx.1955-ci il təvəllüdlü X9, xx.xx.1979-cu il təvəllüdlü X22, xx.xx.1982-ci il təvəllüdlü X29, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2006-cı il təvəllüdlü X17 həmin evdə qeydiyyatdadırlar.
41. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
42. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
43. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
44. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
46. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
47. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxslər xx.xx.1955-ci il təvəllüdlü X9 iddiaçının qayın arvadı, xx.xx.1979-cu il təvəllüdlü X22 və xx.xx.1982-ci il təvəllüdlü X3 övladları, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2006-cı il təvəllüdlü X17 isə nəvələridir (X14 övladlarıdır).
48. ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair ev dəftəri ilə müəyyən edilir ki, X9 xx.xx.1983-cü il tarixdən, X24 xx.xx.1996-cı il tarixdən və X30 xx.xx.1982-ci il tarixdən Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2006-cı il təvəllüdlü X17 isə azyaşlı kimi valideynləri olan Tağızadə (Rəsulova) Şəfiqə Tahir qızınən yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
49. Üçüncü şəxslərin mübahisəli evdə faktiki olaraq yaşayıb-yaşamamaları istiqamətində verilmi sorğuya Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-79-1/1-24/2024 nömrəli cavab məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan məlum olur ki, tərəflərindən ünvan 9 ünvanda 2 (iki) ayrı-ayrılıqda fərdi yaşayış evi var. Fərdi yaşayış evinin birində İddiaçı istifadə edir və həmin evdə hal-hazırda kirayədə ayrı-ayrılıqda Sevil və Elnarə adlı iki şəxs yaşayır. F.Ələkbərov küçəsi, ev 14 ünvanında yerləşən digər fərdi yaşayış evində X9, X22, X30, X20, X17 yaşayır.
50. Eyni zamanda, Tovuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(62)- 1352/2011 nömrəli qətnaməsinə əsasən ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 100,7 kv.m, yaşayış sahəsi 56,1 kv.m və köməkçi sahəsi 44,6 kv.m olan mərhum X16 evindən X7 və X18 istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
51. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər 1982-1983-cü illərdə sözügedən evə qeydiyyata alındıqlarından və ev həmin vaxt müvafiq dövlət qeydiyyatına alınmadığına görə onların evdən istifadə hüquqlarının mövcud olub-olmaması mübahisəli hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından müəyyən edilməlidir.
52. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü və 53-54-cü maddələrinin qaydalarına uyğun həll edilməlidir.
53. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
54. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
55. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
56. Göründüyü kimi, mübahisəli ev hazırkı iddiaçının adına dövlət qeydiyyatına alınanadək (mülkiyyət hüququ əldə edənədək) üçüncü şəxslər X9, X22 və X2 evdən istifadə hüquqları yaranmışdır.
57. Digər tərəfdən, Tovuz Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2011-ci il tarixli 2(62)-1352/2011 nömrəli qətnaməsi ilə ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 100,7 kv.m, yaşayış sahəsi 56,1 kv.m və köməkçi sahəsi 44,6 kv.m olan mərhum X16 evindən X7 və X18 istifadə hüququnun tanınması qət edilmişdir.
58. Yalnız həmin hüquqa xitam verilməsi yaxud itirilməsi barədə məhkəmə qətnaməsi mövcud olacağı halda (yəni iddiaçı həmin şəxslərin istifadə hüquqlarının itirilməsi (və ya xitamı) barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmalı, həmin icraat zamanı adıçəkilən şəxslərin mübahisəli evə istifadə hüquqlarının olmadığı müəyyən ediləcəyi və iddia təmin ediləcəyi halda) həmin qətnamə onların qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.
59. Hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.
60. Lakin bununla yanaşı məhkəmə X14 özü və övladlarına münasibətdə iddianı qəbul edərək, qeydiyyatdan çıxarılmalarına razılığını, o cümlədən onların hazırda sözügedən evdə faktiki yaşamamalarını nəzərə alaraq, iddianın X20, X22 və X12 münasibətdə təmin edilməsi nəticəsinə gəlir.
61. Ona görə də, iddia qismən təmin edilməlidir.
62. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
63. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. X22, X20 və X8 Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia üçüncü şəxslər X9 və X19 Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi, ev 14 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva