Məhkəmə qərarları › İş №2-1(114)-2197/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2197/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2197/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və artıq tutulmuş pul məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Ələsgərov abit Ələs oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və artıq tutulmuş pul məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyası, daha sonrakı qərarı ilə xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Pensiya məbləği sonrakı illərdə dəyişdirilmiş, sonuncu dəfə pensiya miqdarının dəyişdirilməsi haqqında DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə 724,34 manat pensiya məbləği xx.xx.2020-ci il tarixədək İddiaçı ödənilmişdir.

3. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərara əsasən İddiaçı pensiyası 661,67 manat pensiya məbləğində müəyyən edilmişdir.

4. İddiaçı ərizəsinə əsasən onun pensiya məbləği yenidən hesablanmış və iddiaçıya xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 2212,04 manat əskik, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 498,15 manat artıq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 474,00 manat əskik, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 689,73 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir.

5. Bunun nəticəsində 1498,16 manat (2212,04+474,00-498,15-689,73) manat əskik vəsait cavabdeh orqan tərəfindən 2023-cü ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının pensiyasına əlavə edilərək ödənilməyə başlanılmışdır. II. Məhkəmədə icraat

6. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi İşlər üzrə Təyinat Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun razılığı və məhkəmənin qərarı olmadan cavabdeh tərəfindən onun pensiyasından qanunsuz tutulmuş 1188,48 manat pulun geri qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşları tərəfindən 2020-ci ilin sentyabr ayında yenidən haqq-hesab aparılmışdır. Həmin haqq-hesab edilərkən qeyriqanuni olaraq "Pensiya təyinatı haqqında" qanunu pozaraq onun razılığı olmadan pensiyanın hesablanması üçün götürülmüş 60 aylıq dövrü ləğv edib özü 60 aylıq dövr seçərək 1996-2000-ci illəri əhatə edən dövr üzrə bir çox səhv hesablamalara yol verərək haqq-hesab aparmışlar və həmin hesablanma ilə ona 564,12 manat artıq alınmış məbləğ çıxarmışlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq, artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin tutulmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, "xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 724,35 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 564,12 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq ona xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla tərəfimizdən artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyası 661,67 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. Qeyd edilənləri nəzərə alaraq, cavabdehə artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur". Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2208/2022 saylı 22 noyabr 2022-ci il tarixli qərarı ilə qeyd edilən iddia təmin edilməmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır: "qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı iş üzrə isə belə razılığın olması müəyyən edilməmişdir…Hazırkı iş üzrə müəyyən edilir ki, qanunsuz hesab edilən əlverişli inzibati aktın ləğvinə əsas olan "İnzibati icraat haqqında" Qanunun 67.6. maddəsində nəzərdə tutulan halların mövcud olması məhkəmə araşdırılması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən təqdim edilməmişdir…İnzibati orqan tərəfindən cavabdehə artıq ödənilmiş məbləğin geri qaytarılmasını zəruri edən əsas qismində yalnız pensiya məbləğinin düzgün hesablanmaması göstərilmişdir. Bu isə müvafiq əlverişli inzibati akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz." Bundan sonra onun ərizəsinə əsasən cavabdeh orqan yenidən haqq-hesab edərək xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 498,15 manat artıq ödənilmiş məbləğ, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il üçün bir neçə hallarda bilərəkdən səhv hesablama apararaq 689,73 manat artıq ödənilmiş məbləğ çıxarmışdır. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə xx.xx.2020-ci il tarixdə edilən dəyişikliklərə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında 15 ildən yuxarı xidmət illərinə görə hər ay 30% əlavə hesablanmalı olduğu halda bilərəkdən 7,5% əlavə hesablamışlar və ona görə də artıq alınmış məbləğ əmələ gəlmişdir. Pensiya təyinatı haqqında Qanunun 7.5. maddəsinə əsasən, artıq alınmış pensiyanın məbləği Qanunun 39-cu maddəsinə əsasən, pensiyaçının yazılı razılığına əsasən, yaxud məhkəmə qaydası ilə tutulur. Ancaq cavabdeh orqanın əməkdaşları heç bir qanuna məhəl qoymadan həmin səhv hesablama ilə hesablanmış 498,15 manat və 689,73 manat, ümumilikdə 1188,48 manat məbləği qeyri-qanuni olaraq 2023-cü ilin yanvar ayının pensiyasından çıxmışlar.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. İddiaçının yaşayış yeri olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə Gəncə şəhəri üzrə vergi orqanları işçilərinin aylıq vəzifə maaşları götürülməklə xx.xx.2013-cü il tarixdən sonrakı artımlar nəzərə alınmaqla və xidmət illərinə görə hesablanan əlavəni dövlət qulluğundan olduğu 17 il 5 ay 10 gün iş stajı nəzərə alınmaqla (vəzifə maaşının 30 %-i həcmində) xx.xx.2020-ci il tarixdən yenidən hesablanması, əskik ödənmiş vəsaitin bir dəfəyə hesabına köçürülməsi və qanunsuz tutulmuş 1187,88 manat məbləğin hesabına qaytarılması vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur.

16. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 2023-cü ilin yanvar ayında apardığı yenidən hesablamaya görə ona artıq ödənilmiş pul məbləği kimi 498,15 manat və 689,73 manat olmaqla, cəmi 1187,88 manat məbləğində hesablanmış pulun əskik kimi hesablanmış pul məbləğindən çıxılmasının qanunsuz hesab edilməsi və həmin məbləğin ona birdəfəlik şəkildə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni zamanda cavabdeh orqanın adını iddia ərizəsində düzgün qeyd etmədiyi üçün cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qeyd edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

20. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 2023-cü ilin yanvar ayının pensiyasından 1188,48 manat məbləğin tutulduğunu qeyd etmişdir. İddiaçıya Fondun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 24 noyabr 2006-cı il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə, 1 sentyabr 2016-cı il tarixdən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən əmək pensiyası 1 yanvar 2007-ci il tarixdən yenidən hesablanıb. Nəticədə məlum olub ki, 1 yanvar 2007-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 146,25 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 115,51 manat olmaqla, orta aylıq əmək haqqı 317,26 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (317,26 manat) 80 faizi - 253,81 manat məbləğində hesablanıb. 1 yanvar 2007-ci il tarixdə işləyən əmək pensiyaçısı olduğundan iddiaçının pensiyası 225,65 (253,81-28,16 (sığorta hissəsi)) manat məbləğində hesablanmalı olduğu halda, 219,50 manat məbləğində müəyyən edilməklə xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 184,50 manat əskik pul vəsaiti ödənilib. 1 iyul 2009-cu il tarixdən işləməyən əmək pensiyaçısı olduğu üçün iddiaçının əmək pensiyası 253,81 manat məbləğində hesablanmalı olduğu halda, 219,50 manat məbləğində müəyyən edilməklə xx.xx.2009xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 548,96 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 noyabr 2010-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 192,23 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 151,92 manat olmaqla orta aylıq əməkhaqqının 399,65 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (399,65 manat) 80 faizi - 319,72 manat məbləğində hesablanmalı olduğu halda, 280,81 manat məbləğində müəyyən edilməklə xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 1478,58 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 yanvar 2014-cü il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 304,42 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 239,63 manat olmaqla orta aylıq əmək haqqı 599,55 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (599,55 manat) 80 faizi - 479,64 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23982,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 24480,15 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 498,15 manat artıq pul vəsaiti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 noyabr 2010-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 192,23 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 151,92 manat olmaqla orta aylıq əməkhaqqının 399,65 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (399,65 manat) 80 faizi - 319,72 manat məbləğində hesablanmalı olduğu halda, 280,81 manat məbləğində müəyyən edilməklə xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 1478,58 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 yanvar 2014-cü il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 304,42 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 239,63 manat olmaqla orta aylıq əmək haqqı 599,55 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (599,55 manat) 80 faizi - 479,64 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23982,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 24480,15 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 498,15 manat artıq pul vəsaiti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 17 il 5 ay 10 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,25 faiz təşkil edir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 335,25 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 263,92 manat olmaqla orta aylıq əmək haqqı 654,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (599,55 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (654,67 manat) arasındakı fərq məbləğinin (55,12 manat) 57,25 faizi-31,56 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (479,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 511,20 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9201,60 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 8783,22 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 418,38 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 509,67 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 400,60 manat olmaqla orta aylıq əmək haqqı 965,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (654,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (965,77 manat) arasındakı fərq məbləğinin (311,10 manat) 57,25 faizi-178,10 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (511,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 689,30 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2757,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 2701,58 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 55,62 manat əskik pul vəsaiti ödənilib. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 509,67 manat, qulluq illərinə görə əlavə 38,23 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 400,60 manat olmaqla orta aylıq əməkhaqqı 981,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (965,77 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (981,50 manat) arasındakı fərq məbləğinin (15,73 manat) 57,25 faizi-9,00 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (689,30 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 698,30 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24440,50 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 25130,23 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 689,73 manat artıq pul vəsaiti ödənilib. "Əmək pensiyaları haqqında" Qanunun 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının tərkibində iddiaçıya 69,83 manat maddi yardım ödənilir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 2212,04 manat əskik, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 498,15 manat artıq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 474,00 manat əskik, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 689,73 manat artıq pul vəsaiti ödənilib. Nəticədə iddiaçıya 1498,16 (2212,04+474,00-498,15-689,73) manat əskik pul vəsaiti ödənilib. Həmin 1498,16 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür.

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir:

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-27177/202 nömrəli məktubunun surəti;

25. Pensiya təyinatı alt sistemindən çıxarış.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyası, daha sonrakı qərarı ilə xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği sonrakı illərdə dəyişdirilmiş, İddiaçı ərizəsinə əsasən onun pensiya məbləği yenidən hesablanan zaman iddiaçıya xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 2212,04 manat əskik, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 498,15 manat artıq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 474,00 manat əskik, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 689,73 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir.

28. Bunun nəticəsində iddiaçıya əskik ödənilmiş 2686,04 (2212,04+474,00) manat məbləğdən artıq ödənilmiş 1187,88 (498,15+689,73) manat çıxılmaqla yerdə qalan 1498,16 (2686,04-1187,88) manat vəsait 2023-cü ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının pensiyasına əlavə edilərək ödənilməyə başlanılmışdır.

29. İddiaçı isə hazırda cavabdeh orqanın 2023-cü ilin yanvar ayında yenidən hesablama nəticəsində artıq ödənilmiş məbləğ kimi 498,15 manat və 689,73 manat olmaqla, cəmi 1187,88 manat məbləğin ona əskik ödənilmiş məblədən çıxılması barədə hərəkətini mübahisələndirərək, həmin məbləğin ona birdəfəlik ödənilməsini tələb edir.

30. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

31. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

32. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

33. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

34. Hazırkı iş üzrə isə cavabdeh orqan iddiaçıya 2686,04 (2212,04+474,00) manat əskik, 1187,88 (498,15+689,73) manat artıq ödəmə edildiyini müəyyən edərək, əskik ödənilmiş məbləğdən artıq ödənilmiş məbləği çıxaraq, yerdə qalan 1498,16 manat vəsaiti iddiaçıya hissə-hissə ödəməyə başlamışdır ki, onun bu hərəkəti qanunauyğun olmamışdır.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

36. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqan iddiaçının əmək pensiyasından tutulmalar apardığı zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

37. Göründüyü kimi, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan yenidən hesablama nəticəsində iddiaçıya əskik ödənilmiş 2686,04 manat məbləğdən artıq ödənilmiş 1187,88 manatı çıxmış, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

38. Beləliklə, yenidən hesablama nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ kimi 498,15 manat və 689,73 manat olmaqla, cəmi 1187,88 manat məbləğin ona əskik ödənilmiş məbləğdən çıxılması barədə cavabdeh orqanın hərəkətləri qanunsuz sayılmalı və həmin məbləğ iddiaçıya ödənilməlidir.

39. Lakin həmin məbləğin birdəfəlik ödənilməsi qanunda nəzərdə tutulmadığından iddia həmin hissədə təmin edilməməlidir.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ kimi 498,15 manat və 689,73 manat olmaqla, cəmi 1187,88 manat məbləğin ona əskik ödənilmiş məbləğdən çıxılması barədə cavabdeh orqanın hərəkətləri qanunsuz sayılsın və həmin məbləğin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar