Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2198/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 və üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı çıxarışın ləğv olunması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 09.12.2016-cı il tarixli RX ******* reyestr nömrəli çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı əsasında Şəmkir rayonunun Sarıtəpə kəndində 0.18 ha həyətyani torpaq sahəsi vardır. Həmin torpaq sahəsində mərhum əri Vəli Nağıyev 1990-cı ildə ev tiktirmişdir. 2012-ci ildə məlum olmuşdur ki, X3 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsini X14 almış və həmin torpaq sahəsinin 0.03 ha hissəsi ona məxsus torpaq sahəsnin üzərinə düşür. X10 ilə əlaqə saxlamış, Raifə ona 21 fevral 2006-cı ildə X2, lakin ata adında Huday yazıldığı üçün sənədləşmə mümkün olmadığını bildirmişdir. Daha sonra 21 fevral 2006-cı ildə X6 ilə X15 və X8 arasında olan hər iki saxta alqı-satqı müqaviləsini əldə etmişdir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-219A KOD 50405038 saylı X1 ata adı “Huday” yazıldığı halda bütün hüquq müəyyənedici sənədlərdə isə X4r. X14 isə 2016-cı ildə həmin saxta alqı-satqı müqaviləsi əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsindən çıxarış almışdr. Əgər ona məxsus fərdi yaşayış evi və əlavə tikililər X9 məxsus torpaq sahəsində tikilsə belə onun adına çıxarış verilməsi saxtakarlıqdır. Belə ki, torpaq sahəsnin üzrəində başqasına məxsus tikili varsa, artıq həmin torpaq sahəsi mübahisəli sayılır və məhkəmə tərəfindən qətnamə qəbul edildikdən sonra hər hansı bir çıxarış verilə bilər. Hesab edir ki, 21 fevral 2006-cı ildə X6 ilə X14 arasında bağlanılan saxta alqı-satqı müqaviləsi və həmin alqı-satqı əsasında verilmiş saxta çıxarış birbaşa onun hüquqlarını məhdudlaşdırır və onun maraqlarına toxunur. Bu səbəbdən hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Həmin çıxarışın ləğv olunması barədə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməyi barədə imtina məktubu verilmişdir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X14 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, torpaq sahəsini qanuni sənədlərlə almış və həmin torpaq sahəsində mülkiyyət hüququ qeydə alınmışdır. Onun torpağında iddiaçının evi yerləşir. İddiaçının başqa yerdə torpaq sahəsi var, iddiaçıya torpaq sahələrini dəyişməyi təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Dahda sonra iddiaçıya torpaq sahəsinə ödədiyi pulu verəcəyi təqdirdə torpaq sahəsini verməyi təklif etmiş, iddiaçı ona da razılaşmamışdır. Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi iddiaçı ərizəsində X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 09.12.2016-cı il tarixli RX ******* reyestr nömrəli çıxarışın ləğv olunması barədə tələb irəli sürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırda iddiaçının mübahisələndirdiyi üçüncü şəxsin adına verilmiş 09.12.2016-cı il tarixli, RX ******* nömrəli çıxarış inzibati akt deyildir və müvafiq olaraq onun ləğv edilməsinə dair inzibati iddia da mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 18.10.2021-ci il tarixli sərəncam göndərilmiş və izah edilmişdir ki, 09.12.2016-cı il tarixli, RX ******* nömrəli hüquqların Dövlət reyestrində qeydiyyata alınmasına dair Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan hüquq müəyyənedici sənəd və ya çıxarış üzrə aparılmış qeyd mübahisələndirilə bilər. İddiaçıya qanunvericiliyə uyğun iddia ərizəsi tərtib edilərək təqdim olunması üçün 16 noyabr 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 02.11.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunmuş, iddiaçının nümayəndəsi hazırkı məhkəmə iclasında iştirak etməyinə baxmayaraq məhkəmənin müraciətində qeyd olunanlara dair iddia ərizəsindəki nöqsanlar aradan qaldırılmamışdır. Odur ki, iddiaçı tərəfindən dəqiqləşdirilərək məhz hansı hüquqmüəyyənedici sənədin və ya qeydin mübahisələndirilməsi barədə iddia ərizəsi təqdim edilmədiyindən hazırki iddia tələb mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2198/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2198/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver