Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2198/2023 23.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının vəzifə maaşından əlavə, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25 %-imiqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə ona az ödənilmiş 51.993 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1985-ci ildən məhkəmə orqanlarında işləməklə, 1989-cu ilin iyul ayından 2007-ci ilin avqust ayınadək hakim və məhkəmə sədri vəzifələrində işləmişdir, ümumi hakimlik stajı 18 il 25 gündür. 30 dekabr 2009-cu il tarixdən başlayaraq 30 dekabr 2020-ci ilədək əvvəl 2-ci dərəcə əlilliyə görə, sonra isə 3-cü dərəcə əlilliyə görə sabiq hakim kimi əmək pensiyası almışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar 30 dekabr 2020-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. xx.xx.2022-ci ildən pensiya yaşının çatması ilə əlaqədar ona yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği 2009.70 manat hesablanmışdır. Pensiya ödənişi 2022-ci ilin fevral ayından başlanmış, yanvar ayına görə hesablanmış pensiya məbləği ona ödənilməmişdir. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, yanvar ayına görə hesablanmış pensiyamın ödənilməsini, təyin edilmiş 2009.70 manat məbləğin düzgün hesablanmamasını, pensiyanın yenidən hesablanmasını və hesablama barədə açıqlama verilməsini xahiş etmişdir. Cavabdeh özünün 29 iyun 2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə həmin ərizəyə mahiyyəti üzrə tam cavab verməmiş, eyni zamanda 2022-ci ilin yanvar ayına görə, ona ödənilməmiş 2009.70 manat bir aylıq pensiya məbləğinin fondun büdcəsinə keçirildiyi bildirilmişdir. Əlavə olaraq cavabdeh iddiaçının tələb etdiyi 2022-ci ilin yanvar ayında təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması və açıqlama verilməsi barədə müraciətini təmin etmədən, öz təşəbbüsü ilə 2010-2020-ci illərdə ona ödənilmiş pensiyanı lüzumsuz və qanunsuz olaraq yenidən hesablamış və guya bu müddətdə ona 69990.06 manat artıq pul vəsaitinin ödənildiyini qeyd etmişdir. Bundan sonra mən cavabdehə xx.xx.2022-ci il tarixli məktubla yenidən müraciət edərək qanunsuz tutulmuş 1 aylıq pensiya məbləğinin mənə ödənilməsini və xx.xx.2022-ci il tarixli müraciətimə mahiyyəti üzrə cavab verilməklə, 2022-ci ilin yanvar ayından təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını və hesablama barədə açıqlama verilməsini xahiş etmişdir. Cavabdeh 24 oktyabr 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə yenidən ərizəmə mahiyyəti üzrə tam cavab verməmiş, yəni təyin olunmuş pensiyanın yenidən hesablanmasından və hesablama barədə açıqlama verilməsindən imtina etmişdir. Eyni zamanda cavabdeh həmin məktubunda bildirmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022- ci il tarixindən mənim vaxtilə işlədiyi vəzifə üzrə maaş 2485.00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə olmaqla 1118.25 manat təşkil etməklə, orta aylıq əmək haqqı 3603.25 manat olduğuna görə, əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3603,25 manat) 80 faizi-2882,60 manat məbləğində müəyyən edilmiş, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı 3 aylıq dövr üzrə ona ödənilməli olan ümumilikdə 2618,70 manat fərq hesablanmışdır. Cavabdeh həmin məktubunda mənə bildirmişdir ki, ona ödənilməli olan 2618,70 manat pul vəsaiti, guya artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun 2022-ci ilin yanvar ayında təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği, o cümlədən hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il il tarixdən sonra hesablanmış pensiya məbləği düzgün hesablanmamışdır, bu səbəbdən də pensiya məbləğinin aşağıdakı əsaslarla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh məktubunda bildirmişdir ki, 1 sentyabr 2019-cu il tarixdən vəzifə maaşım 1732.50 manat, 45% miqdarında əlavə olan 779.63 manat olmaqla orta aylıq əmək haqqı 2512.13 manat təşkil etdiyinə görə, həmin məbləğin 80% miqdarında olmaqla ona 2022-ci ilin yanvar ayında 2009.70 manat təyin edilmişdir. Göründüyü kimi cavabdeh orta aylıq əmək haqqını hesablayarkən yalnız vəzifə maaşını və hakimlik stajına görə 45% əlavəni hesablamışdır. Cavabdeh bundan əlavə orta aylıq əmək haqqına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni, vəzifə maaşının 25% miqdarında aylıq pul təminatını, ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli miqdarında əlavəni, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinəti və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatını hesablamalı olduğu halda hesablamamışdır. Hansı ki, həmin məbləğlər nəzərə alınmaqla orta aylıq əmək haqqı və pensiya məbləği aşağıdakı kimi hesablanmalı idi. 1 yanvar 2022-ci il tarixə münasibətdə vəzifə maaşı 1732.50 manat, aylıq vəzifə maaşına həmin məbləğdə, yəni 1732.50 manat əlavə,vəzifə maaşının 45%-i miqdarında əlavə-779.63 manat, vəzifə maaşının 25 %-433.10 manat pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli-300 manat, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinətin 1 aya münasibətdə məbləği-829.60 manat və müalicəyə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatının 1 aya münasibətdə məbləği-829.60 manat olmaqla hesablamalı olduğu halda hesablamamışdır. Məzuniyyətə görə ödənilmiş 2 aylıq və müalicəyə görə ödənilmiş 2 aylıq əmək haqqı məbləğləri orta aylıq əmək haqqına aşağıdakı qaydada hesablanaraq əlavə edilməlidir. 1 yanvar 2022-ci ilə münasibətdə orta aylıq əmək haqqı 1732.50 manat (vəzifə maaşı),+1732.50 m. (vəzifə maaşına 1 aylıq vəzifə maaşı həcmində əlavə),+779.60 m. (45%),+433.10 m. (25% pul təminatı),+300 (minimum əmək haqqının 1 misli miqradında əlavə) olmaqla 4977.70 manat təşkil etdiyinə görə, iki aylıq məzuniyyət haqqı 9955.40 manat, iki aylıq müalicə haqqı 9955.40 manat olmaqla, hər birini 12 aya bölməklə alınan 829.60 manat məbləğin iki qat cəmi-1659.30 manat, (4977.70+1659.30 6637) əlavə olunmalıdır. Bu hesabla orta aylıq əmək haqqı 6637 manat, 80% pensiya məbləği 5309.60 manat təşkil etdiyinə görə ona həmin məbləğdə pensiya hesablanmalı idi. Cavabdeh 1 yanvar 2022-ci ildə düzgün olmayaraq onun pensiyasını 2009.70 manat hesablamaqla nəticədə ona 3299.90 manat az təyin etmişdir. Nəzərə alınsa ki, cavabdeh 1 yanvar 2022ci ildən 1 iyul 2022-ci ilə qədər 6 aya görə, 1 ayını ödəməməklə, 5 aya görə ona 10048.50 manat (2009.70 x 5) pul ödəmişdir. Beləliklə cavabdehin düzgün hesablamaması nəticəsində ona 31857.60 m. (5309.60x6) ödəməli olduğu halda həmin müddət ərzində 21809.10 manat ödənilməmiş məbləği qalmışdır. Yuxarıda qeyd olunduğu kimi 1 iyul 2022-ci il tarixdən hakimlərin vəzifə maaşları artırılması ilə əlaqədar, bütün sabiq hakimlərin o cümlədən onun pensiyasının yenidən hesablanması zərurəti yaranmışdır. Cavabdehin 24 oktyabr 2022-ci il tarixli cavabından görünür ki, pensiyaların yenidən hesablanmasına 1 oktyabr 2022-ci ildən başlanılmışdır. Cavabdeh həmin məktubunda qeyd etmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022- ci il tarixindən mənim vaxtilə işlədiyim vəzifə üzrə maaş 2485.00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə olmaqla 1118.25 manat təşkil etməklə, orta aylıq əmək haqqı 3603.25 manat olduğuna görə, əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3603,25 manat) 80 faizi-2882,60 manat məbləğində pensiya müəyyən edilmişdir. Həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 3 aya görə ona ödənilməli olan ümumilikdə 2618,70 manat fərq hesablanmış, guya ona əvvəlki illərdə artıq pul ödənildiyinə görə, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən dövr üçün ona ödənilməli olan 2618.70 manat məbləği fondun büdcəsinə keçirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən yenidən onun yaşa görə əmək pensiyasını 2022-ci ilin 1 iyul tarixindən sonrakı dövr üçün düzgün hesablanmamışdır. Vəzifə maaşlarının artması ilə əlaqədar əmək haqqı məbləği və pensiyam aşağıdakı kimi hesablanmalı idi. Vəzifə maaşı 2485 manat, aylıq vəzifə maaşına həmin məbləğdə, yəni 2485 manat əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə-1118.25 manat, vəzifə maaşının 25%-621.25 manat pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının bir misli 300 manat, orta aylıq əmək haqqının məbləği 7009.50 manat təşkil etmişdir. Məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinətin 1 aya münasibətdə məbləği-1168.25 manat və müalicəyə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatının 1 aya münasibətdə məbləği-1168.25 manat olmaqla, orta aylıq əmək haqqı 9346 manat, pensiya məbləği-7476.80 m (9346x80%) təşkil edir. Cavabdeh pensiyamı düzgün hesablamamaqla ona 1 iyul 2022- 30 sentyabr 2022-ci il tarixlərdə hər ay 2009.70 manat olmaqla 6027 manat, 1 oktyabr 2022 -1 yanvar 2023-cü il tarixlərdə hər ay 2882.60 manat olmaqla cəmi 8647.80 manat ödəmişdir. Düzgün hesablamaqla isə hər ay 7476.80 manat olmaqla 44860 manat ödəməli idi. Bu hesabla cavabdehin düzgün hesablamaması nəticəsində 1 iyul 2022-ci ildən 1 yanvar 2023-cü ilə qədər pensiya məbləği 30183.90 manat az hesablanmış və az ödənilmişdir. Ona görə də, pensiyanın yuxarıda qeyd etdiyi əsaslarla yenidən hesablanmaqla, eyni zamanda ona az ödənilmiş 51993 (21809.10 +30183.90) manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Y.X4 şəhəri Nizami şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra aparılmış araşdırma nəticəsində xx.xx.2009-cu il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 481,95 manat olmaqla orta aylıq əmək haqqının 1552,95 manat təşkil etdiyi müəyyən olunmuşdur. Belə ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi- 1242,36 manat hesablanıb. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən vazifə maaşı 1242,00 manat hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 558,90 manat olmaqla orta aylıq əmək haqqı 1800,90 manat, xx.xx.2014-cü il tarixdən vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 652,05 manat olmaqla orta aylıq əmək haqqı 2101,05 manat, xx.xx.2018-ci il tarixdən vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 718,20 manat olmaqla orta aylıq əmək haqqı 2314,20 manat, xx.xx.2019-cu il tarixdən vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 7779,63 manat olmaqla orta aylıq əmək haqqı 2512,13 manat təşkil etmişdir. İddiaçının əlllilik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının Mərkəzi Filiala daxil olmuş xx.xx.2022-ci il tarixli müraciəti əsasında əmək pensiyasının növü xx.xx.2022-ci il tarixdə dəyişdirilərək yaşa görə müəyyən edilib. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 87403,68 manat pensiya ödənilməli olduğu halda 129823,18 manat ödənilib, ümumilikdə 42419,50 manat artıq pul vəsaiti, iddiaçının orta aylıq əmək haqqının 80 faizi-1851,36 manat hesablanmalı olduğu halda 2690,92 manat məbləğində edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 13432,96 manat artıq pul vəsaiti, iddiaçının orta aylıq əmək haqqının 80 faizi 2009,70 manat məbləğində hesablanmalı olduğu halda, 2893,30 manat hesablanmaqla xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14137,60 manat artıq pul vəsaiti ödənilmişdir. Həmçinin, iddiaçıya 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 2009,70 manat pensiya məbləği hesablanmaqla, ümumilikdə artıq ödənilmiş 69752,95 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Əlavə olaraq bildiririk ki, iddiaçının orta aylıq əmək haqqının 80 faizi 2882,60 manat müəyyən edilib, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 2618,70 manat fərq məbləği hesablanıb. Bu məbləğ isə artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 65124,55 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması üçün əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçıdan yazılı razılığı tələb olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2-A-205/2023 nömrəli arayışından görünür ki, rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-cu il tarixdən 2485,00 manat təşkil edir, eyni zamanda ««Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun» 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir, İddiaçı hakim işlədiyi dövrdə «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən məzuniyyətə çıxdıqda ona iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilmişdir, bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir, onun hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3%-i miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2-207/2023 nömrəli arayışından görünür ki, arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli 844 nömrəli Qərarı ilə Tovuz Rayon Məhkəməsinin sabiq sədri İddiaçı beşinci ixtisas dərəcəsi verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Qərarı ilə 1993-cü il yanvarın 1-dən beşinci ixtisas dərəcəli hakimlərə minimum əmək haqqının 1 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir, İddiaçı əmək haqqı hesablanarkən vəzifə maaşına 1996-cı ilin iyun ayından 2000-ci ilin sentyabr ayınadək beşinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə haqq ödənilmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Y.X4 şəhəri Nizami şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əlllilik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının müvafiq müraciəti əsasında əmək pensiyasının növü xx.xx.2022-ci il tarixdə dəyişdirilərək yaşa görə müəyyən edilmişdir. İddiaçı hesab edir ki, onun əmək pensiyası düzgün hesablanmamışdır. Odur ki, əmək pensiyasının vəzifə maaşından əlavə, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25 %-imiqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla yenidən hesablanmalı və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə ona az ödənilmiş 51.993 manat pensiya məbləği ona ödənilməlidir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. -31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 20.7.1-ci və 20.7.2-ci maddələr yeni redaksiyada verilmişdir: “20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”; 1.63. 20.7.3-cü maddə ləğv edilsin...”. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minib. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinə (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyası) əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinin beşinci hissəsində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmişdir. Beləliklə, göründüyü kimi, xx.xx.2017-ci il tarixədək, iddiaçının artıq 18 il 25 gün hakim kimi iş stajı mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1.4-cü maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında əlavə ödənilir. (01 iyul 2017-ci il tarixədək olan redaksiyasına görə); - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə ödənilir. (01 iyul 2017-ci il tarixdən sonra olan redaksiyasına görə) - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddələrin mətnindən göründüyü kimi, sabiq hakimlərə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin məbləği isə əmək haqqının məbləğindən (onun orta aylıq məbləğindən) asılıdır və onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Maddələri tətbiq edərkən “əmək haqqı” anlayışının açıqlanması zəruriyəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (1), habelə ona edilən əlavələrin (2), mükafatların (3) və digər ödənclərin (4) məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanmış müddəalarına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək haqqının (orta aylıq) məbləğinə münasibətdə müəyyən edildiyindən, əmək haqqına isə vəzifə maaşından başqa digər əlavələr və ödənclər də daxil olduğundan, onlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbində iddiaçı haqlı olmuşdur. Bundan başqa, məhkəmə “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2014-cü il tarixli Qərarında bildirilmiş hüquqi mövqeyinə əsaslandığını qeyd edir. Həmin qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən həyata keçirilməsinin təmin olunması məqsədilə hakimin hüquqi statusu, xüsusilə də onun dəyişilməzliyi və müstəqilliyi konstitusiya prinsipi kimi təsbit edilmişdir (Konstitusiyanın 126-cı maddəsi, 127-ci maddəsinin İ və İİ hissələri, 128-ci maddəsinin İ və İİ hissələri). Bununla əlaqədar olaraq dövlət hakimə və onun peşəkarlığına yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun fəaliyyətinə hərtərəfli təminatlar verməlidir. Hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipi, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatı olduğundan, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya - hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.” Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin maddi təminatı ilə bağlı məsələlər aşağıdakı kimi tənzimlənmişdir: - 106-cı maddəsinə əsasən, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. (2019-cu il sentyabrın 1- dən qüvvəyə minmiş); -107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. (2019-cu il sentyabrın 1- dən qüvvəyə minmiş); -109-cu maddəsinə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Maddələrin tələblərindən göründüyü kimi, hakimlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına əlavə olaraq müəyyən ödənclərin verilməsi nəzərdə tutulmuşdur. Bunlara müalicə olunmaları ilə bağlı müavinət, məzuniyyətlə bağlı müavinət və.s aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubları ilə təsdiq olunur ki, İddiaçı hakim işlədiyi dövrdə məzuniyyətə çıxdıqda ona iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilmişdir, bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir, həmçinin xx.xx.2019cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir, onun hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3%-i miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur. Həmçinin, Tovuz Rayon Məhkəməsinin sabiq sədri İddiaçı beşinci ixtisas dərəcəsi verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Qərarı ilə 1993-cü il yanvarın 1-dən beşinci ixtisas dərəcəli hakimlərə minimum əmək haqqının 1 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir, İddiaçı əmək haqqı hesablanarkən vəzifə maaşına 1996-cı ilin iyun ayından 2000-ci ilin sentyabr ayınadək beşinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə haqq ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh orta aylıq əmək haqqını hesablayarkən yalnız vəzifə maaşını və hakimlik stajına görə 45% əlavəni hesablamışdır. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçının hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25 %-i-miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi qeyd olunan əlavələrin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə tələbin 51.993 manat pensiya məbləğinin ödənilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, həmin dövr ərzində məhz həmin məbləğdə pensiyanın az hesablandığı məlum deyil. Odur ki, həmin dövr məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuşdur. Odur ki, iddiaçının hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25 %-imiqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25 %-i-miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2198/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2198/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver