Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-22/2020 21.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin nümayəndəsi (sədri) X3 və vəkili Vəkil1, üçüncü şəxs X1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin Cavabdehnə qarşı (üçüncü şəxs X4) qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, X2 175.03 hektar torpaq sahəsi satılmasına dair Cavabdeh 21 dekabr 2001-ci il tarixli 13 saylı qərarının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etdilər. Üçüncü şəxsin vəkili Vəkil2 iddianı qəbul etmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdehnə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mübahisələndirilən Cavabdeh 21 dekabr 2001-ci il tarixli 13 saylı qərarı ilə X2 verilmiş 175.03 hektar torpaq sahəsinin Gədəbəy rayonunun inzibati ərazisi olmasını əsas gətirmişdir. Göründüyü kimi hazırki mübahisə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlıdır. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun:- -2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2005-ci il tarixli, 345 nömrəli Fərmanının 2.2-ci bəndində qeyd olunmuşdur ki, həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. İşin faktiki hallarından və yuxarıda qeyd olunan maddi hüquq normalarından göründüyü kimi hazırki mübahisə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı olduğundan və həmin mübahisələrə məhkəmədə baxılması istisna olunduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin Cavabdehnə qarşı qərarın etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-22/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-22/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver