Məhkəmə qərarları › İş №2-1(114)-22/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-22/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-22/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X1 və onun vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı, X3 və X4 Cavabdehnə qarşı (üçüncü şəxslər X8, X14 və X9) qərarın qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı, X10 və X11 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 nömrəli qərarının üçüncü şəxslərə münasibətdə qismən ləğv edilməsi və həmin qərar əsasında tərtib olunmuş JN-2511A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçılar xx.xx.2019-cu il tarixdə ərizə verərək iddia tələbinə baxılması üçün buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(083)-1600/2019 nömrəli qərardadı ilə (hakim Kamil Rzayev) buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsindən imtina edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(104)-295/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(083)-1600/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1475/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(104)-295/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs X9 və onun vəkili X12 məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçılar və digər üçüncü şəxslər gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 nömrəli qərarı ilə X5 və onun digər ailə üzvləri olan X7, X6 Məmmədova (Abbasova) Zülfiyyə Misir qızına və X13 Şəmkir rayonu, Morul kəndində yerləşən 0.25 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair onların adına JN-2511A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Tələbin “Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 nömrəli qərarının üçüncü şəxslərə münasibətdə qismən ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, prosessual müddətin bərpa olunmasından imtina edilmiş və məhkəmənin müvafiq qərardadı qüvvədə saxlanılmışdır. Deməli iddiaçılar həmin qərarın ləğvi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Bu halda iddia mümkünlülük şərtlərinə cavab vermədiyinə görə mümkün sayıla bilməz. Həmçinin tələbin “mübahisələndirilən qərar əsasında verilmiş JN-2511A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd olunmalıdır ki, tələbin ilkin hissəsi (Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 nömrəli qərarının üçüncü şəxslərə münasibətdə qismən ləğv edilməsi) mümkün sayılmadığına görə tələbə qeyd olunan hissədə də baxılması mümkün sayılmamalıdır, çünki Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 nömrəli qərarı qüvvədə olduğu təqdirdə onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab olunması məsələsinə baxılması da mümkünlük şərtlərinə cavab vermir. Odur ki, bütövlükdə iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçılar İddiaçı, X3 və X4 Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar