Məhkəmə qərarları › İş №2-1(114)-22/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-22/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-22/2022 25.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxslər N nömrəli hərbi hissə və N nömrəli hərbi hissə) qarşı qanunsuz tutulmuş əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxslər N nömrəli hərbi hissə və N nömrəli hərbi hissə) qarşı N1.1N.N0N0-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək N nömrəli hərbi hissədə N015-ci ilin may ayında qanunsuz olaraq tutulmuş əmək haqqının N-ci qatının və N018-ci ilin yanvar-iyul aylarının əmək haqlarının qanunsuz olaraq tutulmuş 0,5 qatının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N015 və N018-ci illərdə N nömrəli hərbi hissədə zabit kimi xidmət keçmişdir. N015-ci ilin may ayında ona aylıq əmək haqqı qanunsuz olaraq N qat həcmində ödənilmək əvəzinə 1 qat həcmdə ödənilmişdir. Belə ki, N015-ci ildə N №-li hərbi hissədə xidmət keçən hərbi qulluqçulara xidmət şəraitinə görə əmək haqqı N qat həcmində ödənilirdi. Onun əmək haqqının N-ci qatının ödənilməməsi üçün heç bir qanuni əsas olmamışdır və intizam cəzası kimi tətbiq olunmuşdur. N018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarında isə onun 1,5 qat həcmində ödənilməli olan əmək haqqı 1 qat həcmində ödənilmiş, əmək haqqının 0,5 qatı isə qanunsuz olaraq ödənilməmişdir. Bu halda da onun əmək haqqının 0,5 qatının ödənilməməsi üçün heç bir qanuni əsas olmamışdır və intizam cəzası kimi tətbiq olunmuşdur. Naxçıvan Birləşməsində xidmət etmiş şəxs kimi öz təcrübəsinə əsaslanaraq, deyə bilər ki, əmək haqqının N-ci qatının hərbi hissə komandirləri tərəfindən qanunsuz olaraq tutulması Naxçıvan ərazisində yerləşən hərbi hissələrdə adi haldır. Bunu onun əlində olan və qanuni qüvvəsini almış Azərbaycan məhkəmələri tərəfindən çıxarılmış çox saylı qərarlar da sübut edir. N №-li hərbi hissədə N015-ci ilin may ayında qanunsuz olaraq tutulmuş əmək haqqının N-ci qatının və N018-ci ilin yanvar-iyul aylarının əmək haqqlarının qanunsuz olaraq tutulmuş 0,5 qatının ona ödənilməsi üçün göstəriş verilməsi xahişi ilə o, etibarnamə əsasında nümayəndəsi vasitəsi ilə 19.09.N0N0-ci il tarixdə Azərbayan Respublikası Müdafiə Nazirliyinə, Naxçıvan Hərbi Birləşməsinin (100 №-li hərbi hissə) komandirinə, N №- li hərbi hissə komandirinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavablandırılmamış və nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən xüsusi xidmət şəraitinə görə N №-li hərbi hissənin şəxsi heyətinə N015-ci ildə aylıq əmək haqqı N qat həcmdə, N018-ci ildə isə 1,5 qat həcmində ödənilirdi. Üçüncü şəxs N nömrəli hərbi hissə məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, N nömrəli hərbi hissədə xidmət etmiş ehtiyyatda olan mayor Həsənov X1 Nazirliyinə qarşı (3-cü şəxs qismində XN və N nömrəli hərbi hissə) Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə N015-ci ilin may ayında N-ci qat, N018-ci ilin yanvar-iyul aylarında 0,5 qat pul təminatının ödənilməsini bildirmişdir. Lakin N nömrəli hərbi hissədə onun müraciətinə hərbi hissə komandanlığı tərəfindən baxılmış və müəyyən olunmuşdur ki, e.o mayor İddiaçı N018-ci ilin yanvar ayının N7-də XN Komandanının müvafiq əmrinə əsasən xidmətini davam etmək üçün N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə təyin olunduğuna görə həmin gün bütün növ təminatlara qoyulmuşdur. Buna görə də, ona N018-ci ilin fevral ayında yanvar ayı üçün nəzərdə tutulmuş 0,5 qat pul təminatı ödənilməmişdir. N018-ci ilin mart ayının 18-də N0 gün növbəti məzuniyyətə buraxılmış və aprel ayının əmək haqqında mart ayı üçün nəzərdə tutulmuş 0,5 qat pul təminatı 17 gün üçün tam ödənilmişdir. N018-ci ilin avqust ayının əmək haqqında iyul ayı üçün nəzərdə tutulmuş 0,5 qat pul təminatı 31 gün üçün tam ödənilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən əsassız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı N015 və N018-ci illərdə N nömrəli hərbi hissədə zabit kimi xidmət keçmişdir. O, N015-ci ilin may ayında tutulmuş əmək haqqının N-ci qatının və N018-ci ilin yanvar-iyul aylarının əmək haqqlarının tutulmuş 0,5 qatının ona ödənilməsi üçün Azərbayan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan hərəkətsizlik edərək, iddiaçının müraciətinə cavab verməmişdir. İş materiallarında olan: N nömrəli hərbi hissə komandirinin N7 yanvar N018-ci il tarixli, N7 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı Müdafiə nazirinin müavini-XN Komandanının N5 yanvar N018-ci il tarixli, 048 nömrəli əmri ilə maddi texniki təminat bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Naxçıvan şəhəri) gəlmiş hesab edilməsi, N7 yanvar N018-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlaması əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin N mart N018-ci il tarixli, 69 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor maddi-texniki təminat bölüyünün komandiri İddiaçı N018-ci ilin növbəti məzuniyyətinə, Goranboy rayonunda keçirməklə, N0 (iyirmi) təqvim günü müddətinə N mart N018-ci il tarixdən getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N018-ci il tarixli, 88 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor maddi-texniki təminat bölüyünün komandiri İddiaçı N aprel N018-ci il tarixdən vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin “Hərbi qulluqçulara pul təminatının ödənilməsi haqqında” 01 aprel N018-ci il tarixli, 89 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, mayor İddiaçı 01 mart N018-ci il tarixdən 01 aprel N018-ci il tarixədək 17 gün (14 gün məzuniyyət) 1,5 qat pul təminatının ödənilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin “Hərbi qulluqçulara pul təminatının ödənilməsi haqqında” 01 avqust N018-ci il tarixli, N18 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, mayor İddiaçı 01 iyul N018-ci il tarixdən 01 avqust N018-ci il tarixədək 31 gün 1,5 qat pul təminatının ödənilməsi təmin edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. 10.N-ci maddəsinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Halbuki, N nömrəli hərbi hissə komandirinin “Hərbi qulluqçulara pul təminatının ödənilməsi haqqında” 01 aprel N018-ci il tarixli, 89 nömrəli və 01 avqust N018-ci il tarixli, N18 nömrəli əmrlərindən göründüyü kimi, İddiaçı 01 mart N018-ci il tarixdən 01 aprel N018-ci il tarixədək 17 gün (14 gün məzuniyyət), 01 iyul N018-ci il tarixdən 01 avqust N018-ci il tarixədək 31 gün 1,5 qat pul təminatının ödənilməsi əmr edilmişdir. Həmçinin, N nömrəli hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda bildirilmişdir ki, e.o mayor İddiaçı N018-ci ilin yanvar ayının N7-də XN Komandanının müvafiq əmrinə əsasən xidmətini davam etmək üçün N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə təyin olunduğuna görə həmin gün bütün növ təminatlara qoyulmuşdur. Buna görə də, ona N018-ci ilin fevral ayında yanvar ayı üçün nəzərdə tutulmuş 0,5 qat pul təminatı ödənilməmişdir. N018-ci ilin mart ayının 18-də N0 gün növbəti məzuniyyətə buraxılmış və aprel ayının əmək haqqında mart ayı üçün nəzərdə tutulmuş 0,5 qat pul təminatı 17 gün üçün tam ödənilmişdir. N018-ci ilin avqust ayının əmək haqqında iyul ayı üçün nəzərdə tutulmuş 0,5 qat pul təminatı 31 gün üçün tam ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı N015-ci ilin may ayında N qat həcmində ödənilməli olan aylıq əmək haqqı 1 qat həcmdə, N018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarında isə onun 1,5 qat həcmində ödənilməli olan əmək haqqı 1 qat həcmində ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı N nömrəli hərbi hissədə N015-ci ilin may ayında ödənilməmiş əmək haqqının N-ci qatının və N018-ci ilin yanvar-iyul aylarının əmək haqlarının ödənilməmiş 0,5 qatının ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı N nömrəli hərbi hissədə N015-ci ilin may ayında ödənilməmiş əmək haqqının N-ci qatının və N018-ci ilin yanvar-iyul aylarının əmək haqlarının ödənilməmiş 0,5 qatının ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar