Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-220/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci ildən etibarən İ qrup əlilliyinin dayandırılması barədə qərarın ləğv edilərək, həmin tarixdən İ qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xidmət keçərkən böyrəklərinin hər ikisi sıradan çıxmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında iki ay müalicə götürəndən sonra ona xx.xx.2009-cu il tarixli 1786 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, ona “2-ci mərhələ xronik böyrək çatışmazlığı arterial hipertenziya. Hipoizostenuriya və yüngül dərəcəli anemiya ilə müşayiət olunan xroniki qlomerulonefrit. Remissiya mərhələsi” diaqnozu qoyularaq, xəstəliyin hərbi xidmət dövründə alndığı, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız olduğu göstərilmişdir. Həmin diaqnoz əsasında iddiaçıya 6600 manat kompensasiya ödənilmişdir. İddiaçı Əlilliyin Bərpa Mərkəzində tibbi komissiyada müayinədən keçəndən sonra ona 2-ci qrup əlillik verildi və pensiya təyin edildi. Həmin pensiyanı 2013-cü ilədək almışdır. 2013-cü ilin yanvar ayında dializə düşmüş, bu səbəbdən ona 1-ci qrup əlillik verilmiş və bu qrupa görə pensiya almağa başlamışdır. 2013-cü ilin avqust ayında İrana gedib orada Təbriz şəhərində böyrək köçürülməsi əməliyyatı edilmişdir. 2015-ci ildə Gəncə şəhərində VTEKdə tibbi komissiyadan keçmiş, nəticədə yenə də 1-ci qrup əlillik saxlanılmışdır. xx.xx.2017ci ildə Tibbi-Sosial Ekspert komissiyasının qərarı ilə iddiaçıya yenidən 1-ci qrup əlillik müəyyən edilərkən səhvən diaqnozum “xr. böyrək çatışmamazlığı V mərhələ …proqramlı hemodializ” kimi qeyd edilmişdir. 2020-ci ildə iddiaçıya aydın olmuşdur ki, cavabdeh orqan onun iştirakı olmadan keçirdiyi yoxlamadan sonra l-ci qrup əlilliyinin ləğv edilməsinə dair qərar vermişdir. Həmin vaxtdan bu günə kimi ona pensiya ödənilmir. Əlilliyinin təyinatı "Əlillik"altsistemində etibarsız hesab edilmişdir. Halbuki iddiaçı xəstəliyi ilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. Cavabdeh orqana etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4.2 bəndinə uyğun olaraq göndərişdə qeyd olunan "Transplantasiya olunmuş böyrəyin olması, iki tərəfli büzüşmüş böyrək transplantasiya böyrək. Xroniki böyrək çatışmazlığı İ mərhələ” diaqnozumüddətsiz ikinci dərəcə əlilliyin təyininə əsas verir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, verilmiş əlillik dərəcəsi ilə razılaşmır, çünki səhhətinə görə ona İ qrup əlillik verilməlidir. Ona 2020-ci ildən İİ qrup əlillik dərəcəsi verilmişdir, lakin o, pensiyasını almamışdır, çünki əlillik dərəcəsinin dəyişməsi ilə bağlı ondan artıq ödənilmiş pensiya geri tutulacaqdır, ödənilmiş pensiyanın geri tutulması barədə qərar icra qurumundadır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda bildirilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən "Xroniki böyrək çatmamazlığı V mərhələ, nefrogen hipertoniya. Renal anemiya. İl-li anemiaya İl-li hiperponartrerioz xx.xx.2013. Proqramlı hemodializ" diaqnozu ilə təkrar əyani müayinə olunmuş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə birinci dərəcə əlillik təyin edilmişdir. X5 tərəfindən avtomatlaşmış qaydada xx.xx.2017-ci il tarixdən birinci dərəcə əlillik müddəti müddətsiz olaraq uzadılmışdır. ESDAS **********1 nömrəli məktuba əsasən xx.xx.2020-ci il tarixdə Əlillik Altsistemində etibarsız edilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında DTSERA əyani müayinəsi əsasında hissəvi reabilitasiya olunaraq "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 2.4.2 bəndinə müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (ESDAS **********9). Əlillik dərəcəsinin gücləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1786 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "İİ (ikinci) mərhələ xroniki böyrək çatışmazlığı, arterial hipertenziya, hipoizostenuriya və yüngül dərəcəli anemiya ilə müşayiət olunan xroniki qlomerulonefrit, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik Hərbi xidmət dövründə alınmışdır" və Sol gözün xaricə müştərək monolateral çəpgözlüyü, binokulyar görmənin pozulması ilə, sol gözün görmə itiliyi 0.3 (korreksiya olunmur), sağ gözün görmə itiliyi 1.0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri bel ağrılarından , yüksək təzyiqdən olmuşdur. Obyektiv müayinə zamanı A/T 160/130 mm.c.st -dur. Anamnestik məlumatlara əsasən 2013-cü ildə İran İslam Respublikasında Sağ tərəfli Böyrək transplantasiyası əməliyyatı olmuşdur. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki uroloji xəstəxananın xx.xx.2020-ci il tarixli Səhhətin müayinə Aktında diaqnoz "Böyrək transplantasiyasından sonrakı vəziyyət. Kreatinin 116 mkmol/l, qalıq azot -24,3 mmol/l kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin xx.xx.2020-ci il tarixli Hərbi Xidmət Dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1786 №-li xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı qoyulmuş "İİ (ikinci) mərhələ xroniki böyrək çatışmazlığı, arterial hipertenziya, hipoizostenuriya və yüngül dərəcəli anemiya ilə müşayiət olunan xroniki qlomerulonefrit, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik Hərbi xidmət dövründə alınmışdır" və Sol gözün xaricə müştərək monolateral çəpgözlüyü, binokulyar görmənin pozulması ilə, sol gözün görmə itiliyi 0.3 (korreksiya olunmur), sağ gözün görmə itiliyi 1.0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə “Xr.qlomerulonefrit hipertonik ödemli sindrom.İl-li anemiya.Sol gözün xaricə müştərək monolateral çəpgözlük binokulyar görmənin pozulması.ViSOS-0,3k\0 ViSOD-0,1.” diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2013-cü il tarixdə “Xr.Böyrək çatmamazlığı V mər,nefrogen hipertoniya.Renal anemiya.İİ-li anemiaya İİ-li hiperponartrerioz xx.xx.2013.Proqrqmlı hemodializ.” diaqnozuna əsasən 2 il müddətinə 1-ci dərəcə əlillik, xx.xx.2017-ci il tarixdə “Xr.Boyrək çatmamazlığı V mər,nefrogen hipertoniya.Renal anemiya.lİ-li anemiaya İl-li hiperponartrerioz xx.xx.2013.Proqrqmlı hemodializ.” diaqnozuna əsasən müddətsiz 1-ci dərəcə əlillik, xx.xx.2020-ci il tarixdə “Xr.Böyrək çatmamazlığı V mər,nefrogen hipertoniya.Renal anemiya.İl-li anemiaya İİ-li hiperponartrerioz xx.xx.2013.Proqrqmlı hemodializ. ” diaqnozuna əsasən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarından görünür ki, Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki uroloji xəstəxananın xx.xx.2020-ci il tarixli Səhhətin müayinə Aktında İddiaçı qoyulmuş diaqnoz "Böyrək transplantasiyasından sonrakı vəziyyət. Kreatinin 116 mkmol/l, qalıq azot -24,3 mmol/l kimi qeyd olunduğuna görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.2020-ci il tarixli Hərbi Xidmət Dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinə dair göndərişdə qeyd edilən “Transplantasiya olunmuş böyrəyin olması, iki tərəfli büzüşmüş böyrək transplantasiya böyrək. Xroniki böyrək çatışmazlığı İ mərhələ” diaqnozu- müddətsiz ikinci dərəcə əlilliyin təyininə əsas verir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, T 496/2022 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Forma-88) 0452003AAMHD saylı göndərişində qeyd edilmiş diaqnozla əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair" Əsasnamənin 2.2. maddəsində göstərilən ikinci dərəcə 2.4.2 bəndinə uyğun müddətsiz əlillik dərəcəsi düzgün təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2010cu il tarixdə “Xr.qlomerulonefrit hipertonik ödemli sindrom.İl-li anemiya.Sol gözün xaricə müştərək monolateral çəpgözlük binokulyar görmənin pozulması.ViSOS-0,3k\0 ViSOD- 0,1.” diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2013-cü il tarixdə “Xr.Böyrək çatmamazlığı V mər,nefrogen hipertoniya.Renal anemiya.İİ-li anemiaya İİ-li hiperponartrerioz xx.xx.2013.Proqrqmlı hemodializ.” diaqnozuna əsasən 2 il müddətinə 1ci dərəcə əlillik, xx.xx.2017-ci il tarixdə “Xr.Boyrək çatmamazlığı V mər,nefrogen hipertoniya.Renal anemiya.lİ-li anemiaya İl-li hiperponartrerioz xx.xx.2013.Proqrqmlı hemodializ.” diaqnozuna əsasən müddətsiz 1-ci dərəcə əlillik, xx.xx.2020-ci il tarixdə “Xr.Böyrək çatmamazlığı V mər,nefrogen hipertoniya.Renal anemiya.İl-li anemiaya İİ-li hiperponartrerioz xx.xx.2013.Proqrqmlı hemodializ.” diaqnozuna əsasən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. ESDAS **********1 nömrəli məktuba əsasən xx.xx.2020-ci il tarixdə Əlillik Altsistemində etibarsız edilmişdir. Həmin qərardan narazı qalan iddiaçının müraciəti əsasında DTSERA əyani müayinəsi əsasında hissəvi reabilitasiya olunaraq Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarına əsasən “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.2020-ci il tarixli Hərbi Xidmət Dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci ildən etibarən İ qrup əlilliyinin dayandırılması barədə qərarının ləğv edilərək, həmin tarixdən İ qrup əlilliyinin bərpa edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:- 1.0.1-ci bəndinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.17-ci bəndinə əsasən əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci bəndinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən imtina edilmişdir. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən 1-ci dərəcə əlillik verilməsinə əsas olan xəstəliklərin əhatə dairəsinə düşübdüşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, “Forma-88) 0452003AAMHD saylı göndərişində qeyd edilmiş diaqnozla əlaqədar İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair" Əsasnamənin 2.2. maddəsində göstərilən ikinci dərəcə 2.4.2 bəndinə uyğun müddətsiz əlillik dərəcəsi düzgün təyin edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın müvafiq qərarı və imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-220/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-220/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver