Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-220/2024 22.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 11 aprel 2023-cü il tarixli, 3-17-1/2-H-77247/2023 saylı imtinasının əsassız hesab edilərək, 2023-cü ilin mart ayının 1-dən dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi, almadığı ayların ödənişlərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2870/2023 nömrəli qərardadı ilə İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, hal-hazırda Samux rayonunun Çobanabdallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, ailəli olmaqla, iki uşaq atasıdır, arvadı xx.xx.1996-cı il təvəllüdlü X6 ilə 2015-ci ilin iyun ayının 12-də rəsmi nikaha girərək ailə qurmuşdur, birgə nikahılarından iki övladı, xx.xx.2018-ci il təvəllüdlü qızı X8 və xx.xx.2022ci il təvəllüdlü X9 anadan olmuşdur. Ailədəsində işləyən, evə qazanc gətirən yalnız odur. Gənc ailə olmaqlarını nəzərə alıb atası Samux rayonunun Çobanabdallı kəndindəki öz evini onlara yaşamaq üçün vermiş, özü isə Gəncə şəhərində bacısının evində yaşayır. O, “Azərenerji”nin hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı vəzifəsində işləyir, aylıq əmək haqqı 410 manatdır. 2023-cü ilin yanvar ayının 14-də o, Dövlət Sosial Müdafiə Fonduna onlayn qaydada müraciət edərək aztəminatlı ailə kimi sosial müavinət verilməsini xahiş etmiş, müraciəti ilə bağlı DSMF-nin Samux rayon şöbəsinin iki əməkdaşı 2023-cü ilin fevral ayının əvvəllərində gəlib yaşadığı evə baxmış, əmlakı, avtomobili olub-olmamasını öyrənmişlər və o, lazımı sənədləri onlara təqdim etdikdən sonra çıxıb getmişlər. 2023-cü ilin yanvar ayının 1-dən onun ailəsinə 513 manat 63 qəpik sosial müavinət təyin edilmişdir. 2023-cü ilin yanvar ayında ona təyin edilimiş 513 manat 65 qəpik sosial müavinəti yanvar və fevral ayları üçün bir dəfəyə almışdır. 2023-cü ilin fevral ayının 28-də DSMF-nin başqa iki əməkdaşı yenə yaşadığı evə gəlib evinə yenə də baxış keçirimişlər və ondan həyətdə dayanan “VAZ-2104” markalı avtomobilin kimə məxsus olmasını soruşmuşlar. O, avtomobilin sənədlərini onlara verib demişdir ki, avtomobil onun deyil, atasına məxsusdur. Atası isə evini övladı kimi ona müvəqqəti yaşamaq üçün vermiş, özü isə Gəncə şəhərində bibisinin evində yaşayır. DSMF-nin əməkdaşları hər şeyin qaydasında olduğunu, heç bir narahatçılığın olmadığını ona bildirib çıxıb getmişlər. Lakin 2023-cü ilin mart ayında sosial müavinət verilərkən məlum olmuşdur ki, ona verilən 513 manat 65 qəpik sosial müavinət cavabdeh orqan tərəfindən dayandırılmışdır. Dəfələrlə Dövlət Sosial X14 rayon şöbəsinə, eləcə də yuxarı orqanlara, habelə DSMF-nin 142 “Qaynar xətti”nə müraciət edib sosial müavinətinin əsassız olaraq dayandırıldığını desə də, hər dəfə bir bəhanə ilə ona təyin edilmiş sosial müavinəti bərpa etməmişlər. Onun sosial pensiyasının dayandırılmasına səbəb kimi cavabdeh orqan qaldığı atasının evinin həyətində dayanmış “VAZ-2104” markarı avtomobili əsas göstərmişlər. Hansı ki, onun adına heç bir avtomobil yoxdur, habelə heç sürücülük vəsiqəsi də olmamışdır. Cavabdeh orqan tərəfindən 2023-cü ilin yanvar ayından ona təyin edilmiş 513 manat 65 qəpik sosial müavinətin 2023-cü ilin mart ayında heç bir qanuni əsas göstərilmədən dayandırılmasının ləğv edilərək, sosial müavinətinin 2023-cü ilin mart ayından bərpa edilməsi və almadığı ayların sosial müavinətinin ona ödənilməsi ilə bağlı axırıncı dəfə 2023-cü ilin mart ayının 28-də etdiyi müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ona 11 aprel 2023-cü il tarixli, 3-17-1/2-H- 77247/2023 nömrəli imtina cavabı verilmişdir. Cavabdeh orqan imtinasında göstərmişdir ki, onun ailəsinə təyin edilmiş aylıq 513,65 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsinin aşkarlanmasına görə dayandırılmışdır. Buna görə də “Ünvanlı Dövlət Sosial yatdımı” haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən sosial müavinətin verilməsi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailəsinin sosial müavinət almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. O, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, cavabdehin imtina cavabı ilə onun Konstitusiya ilə nəzərdə tutulmuş ünvanlı dövlət sosial müavinət almaq hüququ kobud şəkildə pozulmuş, guya ailəsinin istifadəsində avtomobil olduğu müəyyən edildiyindən dayandırılmışdır. Hansı ki onun heç sürücülük vəsiqəsi belə yoxdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 22 avqust 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq avtomobilin atasına məxsus olduğunu, onların nə mülkiyyətində nə də ki istifadəsində avtomobilin olmadığını bildirmişdir.Həmçinin bildirmişdir ki, atası onun yaşadığı evi müvvəqəti yaşamaq üçün ona və onun ailəsinə vermiş, özü isə anası ilə birgə Gəncə şəhərində bacısının evində yaşayır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-211674/2023 nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarıxdə X12 və X20 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizə-bəyənnamədə qeyd olnumuş məlumatlara əsasən ailəyə xx.xx.2023-cü il tarixdən aylıq 513,65 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəl qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin qaydaların 3.4.1-ci bəndinə əsasən, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizəbəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. İddiaçı “ərizə-bəyənnamə”də ailə üzvlərinin sayını özü, arvadı və iki övladı olmaqla dörd nəfər göstərmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə-bəyənnamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının onun atası - X17, anası və digər ailə üzvləri ilə birlikdə atasına məxsus evdə yaşadığı müəyyən edilmişdir. Müayinə barədə akt tərtib edilmiş və iddiaçı sözügedən halı öz imzası ilə təsdiq etmişdir. Həmçinin iddiaçının atası X10 mülkiyyətində **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21043” markalı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. İddiaçı müraciəti zamanı ərizə-bəyənnamədə atası və anası barədə, həmçinin atasının mülkiyyətində olan nəqliyyat vasitəsi haqqında məlumatları göstərməmişdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçun müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 4.2-ci bəndinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlaki və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Qaydaların 4.3-cü bəndinə əsasən isə müvafiq yarımbəndlərdə qeyd olunan məlumatlar istısna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosıal yardım alan aılə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat veməlidir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən, bu Qaydaların 4.3-cu bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, sosial yardım almaq hüququna baxılma zamanı sosual yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat venldiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “"Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 bir il müddətinə sosial yardım almaq hüququnu itirir. Belə ki, “Ünvanlı dovlət sosial yardımı haqqında” Azərbaycan Respublikasın Qanununun 10.4-cü maddəsinə əsasən, ailənin sosial yardım almaq hüququna baxılan zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgun olmayan və natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq huququnu itirir. Yuxarıda qeyd olunanlara əsasən, ailəyə təyin edilmış ünvanlı dövlət sosial yardım xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailəninı 1 (bir) il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. İddia ərizəsinə əsasən, iddiaçı atasının Samux rayonunun Çobanabdallı kəndindəki öz evini yaşamaq üçün ona verdiyini, özünün isə Gəncə şəhərində bacısının evində yaşadığını bildirmişdir. İddia ərizəsinə qoşma kimi əlavə edilən Gəncə şəhər İHB-nın 4 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 179 nömrəh arayışda X10 ünvan 2 ünvanında qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Lakin sözügedən arayışın məzmununa və arayışı tərtib edən inzibati orqanın qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinə nəzər yetirdikdə təqdim edilən arayışın mötəbər olmadığı aşkar edilir. İlk növbədə bildiririk ki, qeydiyyatsız yaşamaq anlayışı qanunvericilikdə nəzərdə tutulmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidmətı yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələn və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunun 8-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir”. Qeyd edilən normaların məzmunundan aydın olur ki, şəxs yaşayış yerinin dəyişdikdə yeni yaşayış yerinə qeydiyyata alınmalıdır. Təqdim edilən arayışın mötəbər olmamasını müəyyən edən digər hal vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, bu barədə məlumatların (arayışların) verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməməsidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təqdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyətlərinin fəaliyyətləri müəyyən edilmişdir. Həmin fəaliyyətlər sırasında vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, bu barədə məlumatların (arayışların) verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazırliyi haqqında” Əsasnamənın 3.1.10-cü bəndinə əsasən, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edilməsi Daxili İşlər Nazirliyinin vəzifələrinə aid edilmişdir. İşin araşdırılması zamanı Daxili İşlər Nazirliyinə müvafiq sorgu göndərilmiş və Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü İl tarixli 18/2-25495/2023 nömrəli cavab məktubuna əsasən, X10 xx.xx.1985-ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.2007-ci il tarixdən Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatdadır. Həmçinin, Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-57/2-23609/2023 nömrəli arayışına əsasən, X10 Gəncə şəhəri, N.Nərimanov küçəsi, 2-ci döngə, ev 3, mənzil 15 unvan qeydiyyatda olmadığı müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsının xx.xx.2023-cü il tarixli 3-13-16/2-100063/2028 nömrəli arayışına əsasən, X10 mülkiyyətində **-BG-*** qeydiyyat nişanlı “VAZ-21043” markalı (şəhadətnamə: BD208700) nəqliyyat vasitəsinin olduğu müəyən edilmişdir. İddiaçının atasının mülkiyyətində nəqliyyat vasitəsinin olması işin mübahisəsiz halıdır və iddia ərizəsində da bu halın olduğu bildirilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvunun orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi ve ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkın duşmuş və yaxud ölmuş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Sosial yardımın əsas prinsipləri ünvanlıq,ədalətlilik və bərabərlikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə baglıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normatıv hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquq tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İş üzrə biri-digərinə uyğun gələn aşağıdakı sübutlarla iddiaçının atası X10, iddiaçının anasının iddiaçı və onun digər ailə üzvləri ilə birlikdə Samux rayonu, Çobanabdallı kəndində yaşadığı, həmçinin iddiaçının atasının mülkiyyətində nəqliyyat vasitəsinin olduğu öz təsdiqini tapmışdır: 1. Qeyd olunan halları ailənin maddi-məişət müayinəsi barədə aktda iddiaçı öz imza ilə təsdiq etmişdir; 2. İddiaçının atasının ünvan 5 ünvanında qeydiyyatsız yaşadığına dair Gəncə şəhər İHB-nın 4 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 179 nömrəli etirazda qeyd olunan əsaslara görə mötəbər olmaması; 3. Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Mıqrasıya İdarəsi xx.xx.2023-cü il tarixli 18/2- 25495/2023 nömrəli cavab məktubuna əsasən X11 xx.xx.2007-ci il tarixdən Samux rayonu, Çobanabdailh kəndində qeydiyyatda olmasının müəyyən edilməsi; 4. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 01 .08.2023-cü il tarixlı 3-13-16/2-100063/2023 nömrəli arayışına əsasən, X10 mülkiyyətində **-BG-*** qeydiyyat nişanlı VAZ 21043 markalı (şəhadətnamə: BD208700) nəqliyyat vasitəsinin olduğunun müəyən edilməsi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-H-77247/2023 nömrəli məktubu; -iddiaçıya məxsus AZ-İ 927665 nömrəli nikah haqqında şəhadətnamə; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-162263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-162109/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-1621119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-162114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-162115/2023 nömrəli məktublarının surətləri; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2- 14-6520/23 nömrəli məktubunun surəti; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-15/2-98085/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-13-16/2-100063/2023 nömrəli məktubu; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-57/2-23609/2023 nömrəli məktubu; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-25795/2023 nömrəli məktubunun surəti; -Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 3243981f0a824a168961dc43c167a7f4 nömrəli məktub; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-4868/2024 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; -Gəncə Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-1/2-941/2024 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq məqsədilə cavabdehə müraciət etmiş və onlara xx.xx.2023-cü il tarixdən aylıq 513,65 manat məbləğində ünvanlı dövlət sosial yardım ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə keçirilmiş monitorinq zamanı İddiaçının ailəsinin istifadəsində nəqliyyat vasitəsini olması səbəbindən ünvanlı dövlət sosial yardımı ləğv olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinə əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina edilməsi əsasları göstərimişdir. 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-77247/2023 nömrəli məktub və məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-211674/2023 nömrəli etirazın məzmunundan görünür ki, ailənin istifadəsində nəqliyyat vasitəsi olması səbəbindən ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmışdır. Məhkəmə cavabdehin sosial yardımın verilməsinin dayandırılması üçün göstərdiyi əsas arqument, yəni onun istifadəsində nəqliyyat vasitəsinin olması ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı sonuncunun istifadəsində nəqliyyat vasitəsinin olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə cavabdehin normativ hüquqi akt müddəalarını düzgün tətbiq etməməsi və iddiaçının sosial təminat hüquqlarının pozulması qənaətinə gəlmişdir. Belə ki, cavabdeh nəqliyyat vasitəsinin iddiaçının ailəsinin həyətində dayanmasını, ərizəbəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edildiyini, belə ki, iddiaçının onun atası – X17, anası və digər ailə üzvləri ilə birlikdə atasına məxsus evdə yaşadığını müəyyən etməsi və sözügedən halı iddiaçının öz imzası ilə imzalamasına əsaslanaraq nəqliyyat vasitəsinin iddiaçının ailəsinin istifadəsində olmasını qeyd etmişdir. Lakin məhkəmə sözügedən arqumentləri əsassız hesab edir və bununla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunan normalardan görünür ki, nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan daşınar əmlakdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin Xİİİ bəndində əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-98085/2023 nömrəli məktubundan da görünür ki, iddiaçə İddiaçı mülkiyyətində və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur və ona sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunan normaların sistemli təhlilindən görünür ki, cavabdeh orqanın əsaslandığı Qaydalarda nəzərdə tutulan “nəqliyyat vasitəsindən istifadə” mülkiyyət hüququnun tərkibinə daxil olan və notarial qaydada təsdiq edilmiş etibarnamənin verilməsi yolu ilə nəqliyyat vasitəsindən faydalanmağı nəzərdə tutur. Qeyd olunan fakt isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə cavabdehin inzibati orqanın iddiaçının onun atası – X17, anası və digər ailə üzvləri ilə birlikdə atasına məxsus evdə yaşadığını müəyyən etməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-1/2-941/2024 nömrəli məktub ilə müəyyən olunur ki, iddiaçının atası X17 və anası X1 şəhəri, Nəriman Nərimanov prospekti, döngə 2, ev 3, mənzil 15 ünvanında qeydiyyatsız yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-220/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-220/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver