Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2200/2021 15.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı 09 sentyabr 2021-ci il tarixli 0895 saylı əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 sentyabr 2021-ci il tarixli 0895 saylı əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.11.2021-ci il tarixli qərardadı ilə əmrdən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 11.10.2011-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon X3 115 nömrəli X4 böyük yanğın söndürən, daxili xidmət baş çavuşu rütbəsində işləmiş və cavabdeh «X5 xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə istinad edərək 09.09.2021-ci il tarixli 0895 saylı əmrilə onu işdən azad etmişdir. O, xidmət etdiyi müddətdə xidmətilə bağlı heç bir inzibati və ya əmək intizamının pozulması ilə əlaqədar nöqsana yol verməmiş, işdən azad edilməsinə dair əmrdə istinad edilən məhkəmə qərarı onun işi ilə bağlı olmayan şəxsi münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar olduğundan cavabdehin 09.09.2021-ci il tarixli 0895 saylı əmrini əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbi ilə bağlı iddiaya yazılı etiraz verərək, qeyd etmişdir ki, İddiaçı Samux Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxsin apelyasiya şikayəti əsasında işə Gəncə Apelyasiya Məhkəməsində baxılmış və 25.06.2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış və həmin qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir. «X5 xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə əsasən barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi halda fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilir. Həmin Qanunun 33.1.6-cı maddəsində isə, 15.4-cü maddəsində nəzərdə tutulmuş halın mövcud olması X5 xidmətkeçməyə xitam verilməsi üçün əsas olaraq göstərilmişdir. Göstərilən hallar mövcud olduqda iddiaçının xidmətdə qalması üçün qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmamışdır. Bu halda törədilmiş əməlin yüngül və ya ağır olması, işlə əlaqəsinin olub-olmaması, barəsində hökm çıxarılan şəxsin xidmətdən azad edilməsinin məhkəmənin çıxarmış olduğu hökmün icrasını mümkünsüz etməsi və sair kimi məqamlar heç bir hüquqi əhəmiyyət daşımır. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X2 etirazda göstərilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 09 sentyabr 2021-ci il tarixli 0895 saylı əmri, iddiaçının xidməti xasiyyətnaməsi, Samux Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 1(058)-17/2021 nömrəli hökmü, Gəncə Apelyasiya Məhkəməsinin 25.06.2021-ci il tarixli 1(104)-310/2021 nömrəli qərarı və cavabdehin 15.11.2021-ci il tarixli etirazı təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, tələb əsassızdır. Cavabdehin 09.09.2021-ci il tarixli 0895 nömrəli əmri ilə «X5 xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 21.01.2011-ci il tarixli 005 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon X3 115 nömrəli X6 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni, daxili xidmət baş çavuşu İddiaçı barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə əlaqədar olaraq X5 xidmət keçməsinə xitam verilmişdir. Samux Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 1(058)-17/2021 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 25.06.2021-ci il tarixli 1(104)-310/2021 nömrəli qərarı ilə zərəçəkmiş şəxs X7 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Samux Rayon Məhkəməsinin X9 və İddiaçı barəsində olan 13.04.2021-ci il tarixli 1(058)-17/2021 nömrəli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. «X5 xidmətkeçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 15.4-cü maddəsinə əsasən barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; 33.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 33.1.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə, habelə hərbi və ya hüquq mühafizə orqanlarına xidmətə keçdikdə; 33.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 33.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda; 33.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; Mübahisələndirilən əmrin təsviri və əsaslandırıcı hissəsində iddiaçının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon X3 115 nömrəli X6 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni, daxili xidmət baş çavuşu İddiaçı barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə əlaqədar olaraq X5 xidmətkeçməsinə xitam verildiyi göstərilmişdir. Məhkəmə, məhkəmə iclasında müəyyən olunmuş, habelə iş materiallarında olan Samux Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 1(058)-17/2021 nömrəli hökmü və Gəncə Apelyasiya Məhkəməsinin 25.06.2021-ci il tarixli 1(104)-310/2021 nömrəli qərarı ilə müəyyən etmişdir ki, iddiaçı məhkəmənin hökmü ilə 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına və bununla bağlı sahəvi qanunvericilik aktlarının tələblərinə əsasən bu nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (09.09.2021-ci il tarixli 0895 nömrəli əmr) qəbul olunarkən inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması halı baş verməmiş, qəbul olunmuş inzibati akt işin faktiki hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır(İPM-nin 68.2-ci maddəsi). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı 09 sentyabr 2021-ci il tarixli 0895 saylı əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında iddia tələbi rədd edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə qarşı 09 sentyabr 2021-ci il tarixli 0895 saylı əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2200/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2200/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver