Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-221/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.20N-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N7N-704 saylı hərbi hissələrin tərkibində xidmətdə olmuş və xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək erməni quldur birləşmələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.20N-cu il tarixli, N/F-9508 nömrəli məktubu; - iddiaçıya məxsus xx.xx.N93-cü il tarixli, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-8063 nömrəli arxiv arayışının surəti; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-3734 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddsəinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə”sinin N-ci maddəsinin tələblərinə əsasən N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-8063 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N93-cü il tarixli, N20 nömrəli əmrilə (əsas: §-3, səh-25, sıra-9N) təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx xxx N93-cü il tarixli, N09 nömrəli əmrilə (əsas: §-7, səh- 38, sıra-26) İddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına salınaraq təminatlarla təchiz edilmişdir. Sıravi İddiaçı hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx xxxx N93-cü il tarixli, N80 nömrəli əmrilə (əsas: §-4, səh-9, sıra-206) qazan qeydiyyatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı adı aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N94-cü il tarixli, N nömrəli əmrilə (əsas: §-N, sıra-4) sıravi İddiaçı zenit artilleriya batareyasında hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx N97-ci il tarixli müvafiq əmrinə əsasən əsgər İddiaçı xidmətini başa çatdırdığına görə ordu sıralarından tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N97-ci il tarixli, 44 nömrəli əmrilə (əsas: §-N, səh-N33, sıra-42) şəxsi heyətin siyahısından ə bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir Rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-3734 nömrəli cavab məktubunda da qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, N20 nömrəli əmrilə (əsas: səh 25, § 3, sıra 9N) İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, N09 nömrəli əmrilə (əsas: səh 38, sıra 26) İddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına salınaraq təminatlarla təchiz edilmişdir. Sıravi İddiaçı hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, N80 nömrəli əmrilə (əsas: səh 9, sıra 206) qazan qeydiyyatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandiinin yanvar-fevral N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Xidmət yerini tərk etmiş sıravi İddiaçı 86N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N79 nömrəli əmrilə (əsas: səh 6N, bənd 28, sıra N) müvəqqəti olaraq ZRB-nın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N nömrəli əmrilə (əsas:§ N, sıra 4) sıravi İddiaçı zenit artilleriya batareyasında hesab nömrəsi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N5 nömrəli əmrində (əsas: səh N4, sıra 53, əmrdə atasının adı yazılmamışdır) yanvar ayı üçün üçqat əmək haqqı almış şəxsi heyətin siyahısında hesab nömrəsi sıravi İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 38 nömrəli əmrində (əsas: səh 95, sıra 79, əmrdə atasının adı yazılmamışdır) döyüş mövqeyində olduqları üçün üçqat əmək haqqı almış şəxsi heyətin siyahısında hesab nömrəsi sıravi İddiaçı adı qeyd edilmişdir. N7N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 92 nömrəli əmrilə (əsas: § 3, sıra 4) İddiaçı ailə vəziyyəti nəzərə alınaraq evə getməsi üçün ezamiyyətə buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N0N nömrəli əmrində (əsas: səh 292, sıra 2) şəxsi heytətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 284 nömrəli əmrilə (əsas: səh 46, sıra 4) sıravi İddiaçı hesab nömrəsi vəzifəsinə təyin edilmişdir. Xidmətini başa çatdırdığına görə əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli müvafiq əmrinə əsasən ordu sıralarından tərxis edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli, 44 nömrəli əmrilə (əsas: səh N33, § N, sıra 42) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir Rayon Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixədək 86N saylı, xx.xx.N94-cü il tarixdən xx.xx.N97-ci il tarixədək N7N saylı hərbi hissələrin tərkibində xidmətdə olmuşdur. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının qanunla qorunan hüquqlarını pozaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, İddiaçı xidmət yerini tərk etməsi barədə arxiv arayışında qeydlər olsa da, həmin halın hüquqi nəticə verməsi göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçımüharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-221/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-221/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver