Məhkəmə qərarları › İş №2-1(114)-221/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-221/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-221/2021 19.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı xx xxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx xxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 may küçəsinin şərq tərəfində yerləşən hissəsində (indiki Anadolu küçəsində yerləşən yaşayış məntəqələrinin torpaq sahəsi) özünə fərdi yaşayış evi tikmək üçün Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 584 nömrəli Sərəncamına əsasən 400.0 kv.m torpaq sahəsi verilərək torpaq sahəsində yerləşən fərdi yaşayış evinin layihəsi tərtib edilərək təsdiq edilmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona göndərilmiş məktubda 2013-cü il tarixdən onun sahibliyində və istifadəsində olan torpaq sahəsinin satıldığı bildirilmişdir. Həmin torpaq sahəsi 2013-cü il tarixdən onun istifadəsində olduğu üçün və o 5 ildən artıq müddətdə Gəncə şəhər Nizami Bələdiyyəsinin ərazisində yaşadığından, torpaq sahəsi onun istifadəsində və sahibliyində olduğundan üstünlük hüququ əsasında həmin torpaq sahəsi ona hərraca çıxarılmadan satılmalıdır. Cavabdeh tərəfindən üçüncü şəxsə hər biri 500.0 kv.m olmaqla ayrı-ayrılıqda iki torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən ona heç bir məlumat və elan verilmədən, torpaq sahəsi monitorinq edilmədən və torpaq sahəsində tikili ilə bağlı ona verilmiş icazə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti ilə qarşılıqlı şəkildə həll edilmədən qanunsuz qərar qəbul edilmişdir. Ona görə də cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində X5 üçüncü şəxs kimi göstərmişdir. Lakin hazır ki, iş üzrə üçüncü şəxs X9 olmalıdır. Ona görə də iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya (iddia tələbində Gəncə şəhər Nizami X1 adına verilmiş 26 aprel tarixli qərar mübahisələndirilsə də, iş materiallarına sözügedən X2 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 330 kv.m torpaq sahəsi verilməsi barədə 28 aprel tarixli qərarın əlavə edilməsi) iddia ərizəsini tələbinə uyğunlaşdırması üçün 30 gün müddət təyin edilərək, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı ərizəsini tələbinə uyğunlaşdırmadığından məhkəmənin eyni məzmunlu xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktubları ilə iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq, göstərilən nöqsanları aradan qaldırmamış, təyin edilmiş məhkəmə iclaslarına gəlmədiyi üçün məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salınaraq bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı xx xxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası geri götürülümş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar