Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-221/2022 08.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ad və soyadının dəyişdirilərək X3 göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X7 xx.xx.1976-cı ildə Ağstafa rayonun Xətai kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20.07.1976-cı il tarixdə 75 nömrəsi ilə qeyd aparılmış, atası X6, anası X4r. Ağstafa Rayon Məhkəməsinin 14.07.2011-ci il tarixli 2(015)-274/2011 nömrəli qətnaməsi ilə X1, adı dəyişdirilərək İddiaçı kimi göstərilməsi qət edilmiş, qətnamənin icrası Cavabdehnə həvalə edilmişdir. Sözügedən qətnamə icra edilərək vətəndaşın soyadı “Binnətli”dən “Səhlədarlı”ya, adı isə “Mahal”dan “Mahir”ə dəyişdirmiş və bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında 15.09.2011-ci il tarixdə 05 nömrəli akt qeydi tərtib olunmuşdur. İddiaçı dəyişdirilmiş adının və soyadının yenidən əvvəlkilərinə dəyişdirilməsi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin inzibati orqanın iddiaçıya ünvanladığı 28.10.2021-ci il tarixli, 05/69-1378 nömrəli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina olunmuş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və nikahdan əvvəlki soyada qayıtması halları istisna olmaqla) bu qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. X2 maraqlı tərəf Cavabdehnə qarşı “ad və soyadının dəyişdirilərək X3 göstərilməsi” iddia tələbi ilə 28.10.2021-ci il tarixdə (04.11.2021-ci il tarixdə daxil olmuşdur) Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra X7 25.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək özünün iddiaçı, maraqlı şəxs kimi qeyd etdiyi Cavabdeh isə cavabdeh kimi göstərilərək işə baxılmasını və cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmənin 29.11.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı ildə Ağstafa rayonunda anadan olmuşdur. 2011-ci ildə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək ad və soyadının dəyişdirərək İddiaçı kimi qeyd edilməsini xahiş etmiş və ərizəsi Ağstafa Rayon Məhkəməsinin 14.07.2011-ci il tarixli 2(015)-274/2011 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Lakin hazırda o, həmin ad və soyadının dəyişdirilərək yenidən əvvəlki ad və soyadı kimi qeyd olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı onun qardaşıdır və o, tez-tez Rusiya Federasiyasına gedib gəlmişdir. 2011-ci ildə atalarının istəyi ilə qardaşı ad və soyadını dəyişdirmişdir. Cavabdeh 11.12.2021-ci il tarixli 05/13-1559/76 nömrəli məktubu ilə iddiaya dair münasibət bildirərək münasibətində imtina əsaslarını təkrarlamış və məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsini üzürlü hesab edib, qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Ağstafa Rayon Məhkəməsinin 14.07.2011-ci il tarixli 2(015)- 274/2011 nömrəli qətnaməsinin surəti, cavabdehin 28.10.2021-ci il tarixli 05/69-1378 nömrəli imtinası, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti, AZ-İİ seriyalı 706446 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin 11.12.2021-ci il tarixli 05/13-1559/76 nömrəli və 28.01.2022-ci il tarixli 05/13-117/76 nömrəli məktubları, Dövlət Miqrasiya Xidmətinin 15.12.2021-ci il tarixli 02/81 nömrəli məktubu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 24.12.2021-ci il tarixli 33/4472 nömrəli məktubu, iddiaçıya məxsus “soyadın, adın və ata dəyişdirilməsi haqqında” akt qeydinin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən hallardan hər hansı biri bu işdə mövcud deyildir. Ona görə də Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası əsaslı və qanuni olmuşdur. Sözügedən imtina həm qanunvericilikdə nəzərdə tutulmuş, həm də legitim məqsədə yönəlmişdir. İddiaçı tərəf isə tələbi ilə bağlı ağlabatan, tutarlı, inandırıcı səbəblər irəli sürməmiş, konkret hansı çətinliklərlə qarşılaşdığını və onları dəf edə bilmədiyini təsdiq edən heç bir sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ad və soyadının dəyişdirilərək X3 göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-221/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-221/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver