Məhkəmə qərarları › İş №2-1(114)-221/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-221/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-221/2024 06.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və iddiaçıların vəkili Vəkil1, cavabdehin nümayəndəsi X12, üçüncü şəxslər X2, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar X11 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Şəmkir rayon İcra Hakimiyyəti, X6, “R oğlu Kəndli-Fermer Təsərrüfatı” X9) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar X14 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dövlət mülkiyyətində və faktiki iddiaçıların istifadəsində olmaqla, Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi üzərində X7 oglunun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 328 nömrəli reyestr kitabının 17 saylı vərəqində ********** nömrə ilə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının müvafiq ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “dövlət mülkiyyətində və faktiki iddiaçıların istifadəsində olmaqla, Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 328 nömrəli reyestr kitabının 17 saylı vərəqində X7 oglunun adına aparılmış ********** nömrəli qeydiyyata müvafiq düzəliş edilərək, torpaq sahəsinin icarə müddəti üzrə yüklülüyün son müddətinin xx.xx.2017-ci ilədək (xx.xx.2015-ci ilədək) düzgün göstərilməsi və həmin qeydiyyat əsasında xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaya dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(83)-131/2016 saylı qərarı ilə Şəmkir rayonu, Ceyrançöl qışlağında yerləşən 382 ha otlaq sahəsinə və yatağa dair hüquqların X2 adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh 11 saylı Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 05 may 2016-cı il tarixli 2-1(104)- 175/2016 saylı qərarı ilə cavabdehin apellyasiya şiakyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2016-Cİ il tarixli qərarı dəyişdirlmiş, Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən 382 ha. torpaq sahəsinə dair hüququ və həmin sahədə yerləşən "A" literli olan 26,8 kv.m çoban olacağından, "B" literli olan 24,8 kv.m çoban olacağından, "C" literli 166,5 kv.m tövlədən, "D" literli olan 70,9 kv.m tövlədən və "E" literli 83,7 kv.m tövlədən ibarət yatağa mülkiyyət hüquqlarının X2 adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunan qərar qismən icra olunaraq Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsində yerləşən “A” literli olan 26,8 kv.m çoban olacağından, "B" literli olan 24,8 kv.m çoban olacağından, "C" literli 166,5 kv.m tövlədən, "D" literli olan 70,9 kv.m tövlədən və "E" literli 83,7 kv.m tövlədən ibarət yatağa X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarış verilmiş, sonuncu həmin daşınmaz əmlakı xx.xx.2017-ci ildə Şəmkir rayon 1 saylı notariat kontorunda bağlanılmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən 40000 manata X4. Bu barədə xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı müvafiq çıxarış verilmişdir. Məhkəmə aktlarında icarə müqaviləsinin vaxtı xx.xx.2002-ci il, icarə müddəti isə 15 il, yəni xx.xx.2007-ci ildə bitməsinə baxmayaraq, cavabdeh inzibati orqan üçüncü şəxsin adına 382 ha torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 328 nömrəli reyestr kitabının 17 saylı vərəqində ********** nömrə ilə qeydiyyat apararaq, bu barədə çıxarış vermişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitdiyi, həmin əmlakın üzərində yerləşən əmlak kompleksi iddiaçı Ruslan Bayramovun mülkiyyətinə keçdiyi halda, yeni icarə müqaviləsi olmadan cavabdeh inzibati orqanın dövlət mülkiyyətində olan 382 ha torpaq sahəsini məhkəmə aktının qəbul edildiyi xx.xx.2016-cı ildən xx.xx.2031-ci il tarixədək icarə hüququ ilə qeydiyyata alması qanunvericliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi, həmin sahə otlaq sahələri olmaqla, iddiaçılara məxsus mal-heyvanının otlaq sahələri kimi istifadə olunur. Bununla bağlı həmin torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanılması barədə balanssaxlayıcı təşkilat olan Şəmkir rayon İcra Hakimiyyətinə müraciət edilmiş, aidiyyəti sənədlər təqdim edilmiş, həmin sahə heç bir hüququ olmayan üçüncü şəxsin adına qeydə almışdır. Cavabdeh nəzərə almamışdır ki, üçüncü şəxsə ayrılmış torpaqayırma sənədlərinin arxivi saxtalaşdırılmış, bu müqavilənin bir nüsxəsi nə dövlət arxivində, nədəki müqavilə tərəfi olan Şəmkir rayon İcra Hakimiyyətində mövcuddur. Eləcə də, istinad olunan icarə müqaviləsində kifayət qədər səhvlər və düzəlişlər mövcuddur. Belə ki, icarə müqaviləsi xx.xx.2000-ci il qeyd edilsə də sonradan xx.xx.2002-ci ilə düzəldilmiş, İcarə müqaviləsinin müddəti 92, 99 və 15 il kimi düzəlişlər edilmiş, müqavilənin 1-ci bəndində Suliddin Abdullayevin xx.xx.2002- ci il tarixə öhdəsində olan (1 nəfər) 595 baş xırda buynuzlu mal-qaranı saxlamaq üçün Ceyrançöl qışlağında 36 saylı sahədən 382 ha örüş sahəsini icarəyə verməsi qeyd edilmişdir. Müqavilənin sonunda isə qeyd edilir ki, "bu müqavilənin xx.xx.2000- ci il tarixli 19 saylı qeydiyyat rayon şəhər torpaq şöbəsində torpaq sahələrindən istifadəyə hüquq verməsinə dair sənədlərin qeydiyyat kitabındadındadır. İcarə müqaviləsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 146 saylı yay və qış otlaqlarının bölünməsi və istifadəsi qaydaları haqqında qərara istinad edilir ki, həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 180 saylı qərarı ilə qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı qərarına əsasən yay və qış otlaq sahələri hüquqi və fikiki şəxslərin icarəsinə 15 ilədək verilə bilər. Yay və qış otlaq sahəsinin istifadəsi və ya icarəsi torpaqdan istifadə hüququna dair şəhadətnamə və ya torpaqğın icarəyə verilməsinə dair müqavilə ilə rəsmiləşdirilir. Nəzərə alsaq ki, reyestrdə qeydiyyatın aparılmasına əsas Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(104)- 175/2016 saylı qərarı olmuşdur, bu zaman həmin məhkəmə aktında icarə müddətinin xx.xx.2002-ci ildən xx.xx.2017-ci il dövrü əhatə etməsi qeyd edilmiş, bu hal ganuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-3579/2021 saylı qətnaməsi ilə də tam sübut olunmuşdur. Göründüyü kimi, icarə müqaviləsinin müddətinin artırılması barədə hər hansı hüquqmüəyyənedici sənəd olmadığı, icarə müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitdiyi halda, dövlət mülkiyyətində olmaqla Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi qanunsuz və əsassız olaraq xx.xx.2031-ci il tarixədək müddətə X2 adına icarə hüququ ilə rəsmiləşdirilmişdir. Bundan başqa, dövlət arxivində mövcud olan sənədlərdə Aqrar islahat komissiyasının 2001-ci il tarixli sənədlərində müvafiq düzəlişlər edərək, üçüncü şəxs Suliddin Abdullayevin adı boş qrafada qeyd edilmişdir. Akt kiril əlifbası ilə 5 nəfərdən ibarət tərkibdə tərtib edilməsinə baxmayaraq, 2-ci vərəqin sonunda "özəlləşdirilərək qalıq bərpa dəyərinə satılması məqəsədəmüvafiq hesab edilir". cümləsindən sonra latın dilində "Abdullayev Suliddinə satılsın" cümləsi əlavə edilib və aktın sonunda həmin şəxs də aktın tərtibində iştirak etmədiyi halda aktı imzalamışdır. Eləcə də, həmin akt Aqrar islahat komissiyasının möhürü ilə deyil. Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çaykənd inzibati ərazi nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir (aktın surəti əlavə edilir) Bu saxtakarlığı edənlər barəsində aidiyyəti orqanlara müraciət ediləcəkdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, fermanı Suliddin Abdullayevdən alanda fermanın yerləşdiyi torpaq sahəsinin də pulunu sonuncuya ödəmişdir, halbuki həmin sahə alqı-satqı predmeti deyil. İddiaçıların vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmişdir. Üçüncü şəxs X6 iddianı qəbul etməmiş və bildirmişdir ki, mübahisəli sahədə iddiaçıların atası tərəfindən qanunsuz olaraq yataq və çoban olacağı tikilmişdir, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin sahədən çıxarılması qərara alınmışdr. Üçüncü şəxs X2 vəkili Vəkil2 iddianı qəbul etməmiş və bildirmişdir ki, mübahisələndirilən qeyd 2000-ci il tarixli, 101 nömrəli müqavilə əasında aparılmışdır. Həmin müqavilədə sahənin 99 il müddətinə icarəyə verildiyi qeyd edilmişdir. Həmçinin iddiaçıların X1 aldıqları ferma həmin sahənin üzərində yerləşmədiyindən iddiaçılar hazırki iddianı qaldırmala bağlı subyektiv hüquqa malik deyillər. Üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X16 iddianı qəbul edərək bildirmişdir ki, X5 torpaq sahəsi 2000-ci ildə 15 il müddətinə verilməsinə baxmayaraq, çıxarışda icarənin əvvəli xx.xx.2016-cı il, sonu xx.xx.2031-ci il yazılmışdır. Üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X15 iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçılar hazırki iddia tələbi ilə hər hansı hüquqmüəyyənedici sənədə malik olmadan üçüncü şəxsin icarə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirirlər. Belə ki, surəti işə əlavə edilmiş xx.xx.2017-ci ildə Şəmkir rayon 1 saylı notariat kontorunda bağlanılmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən yatağı X4. Bu barədə xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. -surəti işə əlavə edilmiş **********84 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsinə dair X2 icarə hüququ (əvvəli xx.xx.2016-cı il, sonu xx.xx.2031-ci il) qeydə alınmışdır. İş üzrə verilmiş mütəxəssis rəyində bildirilir ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********31-12301 reyestr nömrəli çıxarış əsasında X11 mülkiyyətində olan əmlak kompleksi xx.xx.2022-ci qeydiyyat tarixli **********84 reyestr nömrəli çıxarışla X2 icarəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Göründüyü kimi iddiaçılar üçüncü şəxsin icarə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsini və qeydin ləğv olunmasını tələb etsələr də həmin sahə ilə bağlı hər-hansı hüquqa malik olmalarını təsdiq edən sübut təqdim etməmişlər. Həmçinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılardan X11 mülkiyyətində olan əmlak kompleksi üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsində yerləşmir. Odur ki, iddiaçılar həmin qeydin ləğv edilməsi ilə bağlı subyektiv hüquqa malik deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qəraraaldı: İddiaçılar X11 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar