Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2221/2025 03.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İ-ИЕ №608950 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1959cu ildə doğulmuşdur, atası X3,anası isə X6r. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən X4 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir, ölüm haqqında 02 iyul 2002-ci ildə 147 nömrəli akt qeydi tərtib edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən X4 və X5 nikahı haqqında 01 dekabr 1970-ci il tarixdə 24 nömrəli akt qeydi tərtib olunmuşdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 9.7-ci bəndinə əsasən «Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər».Göründüyü kimi o yetkinlik yaşına çatımışdır, Azərbaycan Respublikasının vətəndaşı olmağını təsdiq edəcək şəxsiyyət vəsiqəsi yoxdur və bu səbəbdən də şəxsiyyətini təsdiq edən sənədi qeydiyyat şöbəsinə təqdim etməmişdir.Həmçinin təqdim etdiyi sənədlərlə arxiv sənədləri arasında ziddiyyət vardır, belə ki, Samux rayon İHB-nin Yenikənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 23 avqust 1959-cu ildə tərtib edilmiş 92 nömrəli doğum akt qeydinin ata adı qrafasında «Qudurət» yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən həqiqətən də Sizin xx xxxx 1959-cü il təvəllüdlü İddiaçı olmağınız faktı məhkəmə qaydasında müəyyən olunmalı olduğu bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İ-ИЕ №608950 nömrəli doğum haqqında şəhadətnamədə səhv yazılmış “ Qudurət” ata adının Qüdrət kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Samux rayon Qarağaçlı qəsəbəsində keçmiş Səfərəliyev rayon Yenikənd kəndində anadan olmuşdur, X1 və anası isə X7r. X1 xx.xx.2002-ci il tarixdə , anası X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Onun doğum haqqında şəhadətnaməsində ata adı İddiaçı Qudurət oğlu kimi qeyd olunmuşdur. Onun atasının adı həqiqətən X4 olmuşdur. Mərhum atasının soyadı, adı nikah,ölüm haqqında şəhadətnamələrdə X2 qeyd olunmuşdur. Keçmiş Səfərəliyev rayon Yenikənd kənd icra nümayəndəliyində 1959-ci ildə onun adına doğum haqqında şəhadətnaməsi verilən zaman erməni millətindən olan şəxs tərəfindən yazılmışdır və atasının adı Qudurət qeyd olunmuşdur. Onun orta təhsil haqqında səkkiz illkik təsil haqqında şəhadətnaməsində, orta təsil haqqında atestatında,ali təsil haqqında diplomunda və nikah haqqında şəhadətnaməsində soyadı ata adı İddiaçı kimi qeyd olunmuşdur.Bundan əlavə bütün digər sənədlərdə də ata adım Qüdrət kimi yazılmışdır.O, şəxsiyyət vəsiqəsi almamışdır. Şəxsiyyət vəsiqəsi alınması məqsədilə qeydiyyat şöbəsinə müraçiət etmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli № 3-16-5/8-13-32/24 nömrəli cavab məktubunda ata adının düzəldilməsinə imtina edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. . Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydinin bərpa edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus doğum haqqında şəhadətnamədə atasının adı Qudurət kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının atasının adının Qüdrət olması müəyyən edilir. Bu da, iddiaçıya doğum haqqında şəhadətnaməsində məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə səhfə yol verilmiş, iddiaçının ata adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İ-ИЕ №608950 nömrəli doğum haqqında şəhadətnamədə səhv yazılmış “Qudurət” ata adının Qüdrət kimi düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İ-ИЕ №608950 nömrəli doğum haqqında şəhadətnamədə səhv yazılmış “Qudurət” kimi yazılmış ata adının Qüdrət kimi düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2221/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2221/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver