Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2227/2021 12.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-qanuni hərəkətinə hüquqi qiymət verilməsi və maddi ödənişlərin bərpası tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 2016-cı il aprel döyüşlərində ordu sıralarında vətənin torpaqları uğrunda vuruşmuşdur. Döyüşlərdə mina partlayışı zamanı aldığı hərbi travma səbəbindən sağlamlığını itirmişdir. Hərbi xidmət dövründə qazandığı xəstəlik səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olaraq ordu sıralarından buraxılmışdır. Ona 2-ci qrup əlillik təyin edilmiş, həmçinin prezident təqaüdçüsü olmuşdur. Lakin artıq altı aydır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi ləğv edilib və ona heç bir maddi vəsait ödənilmir. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-qanuni hərəkətinə hüquqi qiymət verilməsi və ona çatmalı olan maddi ödənişlərin bərpasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədlər araşdırılarkən bir sıra uyğunsuzluqlar müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 21.10.2021-ci il tarixli sərəncam göndərilmiş və iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılmaqla qanunvericiliyə uyğun iddia ərizəsi tərtib edilərək təqdim olunması üçün 11 noyabr 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 02.11.2021-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur. Lakin iddiaçı tərəfindən sərəncamda göstərilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair aktından görünür ki, İddiaçı ikinci dərəcəli əlillik 05.05.2016-cı il tarixdə təyin edilmiş və əllliyin müddəti 05.05.2021-ci il tarixdək müəyyən olunmuşdur. Hazırda iddiaçı tələbində ona ödənilən ödənişlərin altı aydır dayandırıldığını qeyd edərək bərpa olunmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından tələb edir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırki cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası əlliyi təyin edən orqandır və hər hansı ödənişlərin həyata keçirilməsi onun səlahiyyətində deyildir. Hazırki tələb üzrə təqaüdün ödənilməsi qanunvericiliklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının vəzifəsi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci maddəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Hazırki ərizəyə əlavə olunmuş sənədlərdən məlum olur ki, əlliyin müddəti bitdiyindən təkrar qiymətləndirilməsi və ya ödənişlərin ödənilməsi ilə bağlı hazırki cavabdehə və ya ödənişlərlə bağlı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ilkin müraciət olunmamışdır. Məhkəmə iddia növü ilə bağlı qeyd edir ki, təqaüdün bərpa edilməsi öhdəliyin icrası haqqında iddiadır və iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin edilməsini xahiş edir. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Qeyd edilən uyğunsuzluqlar məhkəmənin 21.10.2021-ci il tarixli sərəncamında qeyd edilmişdir. 11 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı inzibati orqanın imtinasının təqdim edilməsi və iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırılması ilə bağlı əlavə bir gün də vaxt verilməsini xahiş etmişdir. Bununla bağlı, məhkəmə iclası 12 noyabr 2021-ci il tarixə saat 15:15-ə qədər təxirə salınsa da, iddiaçı hazırkı məhkəmə iclasında iştirak etməmiş, onun tərəfindən məhkəmənin sərəncamında göstərilən uyğunsuzluqlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-qanuni hərəkətinə hüquqi qiymət verilməsi və maddi ödənişlərin bərpası tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2227/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2227/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver