Məhkəmə qərarları › İş №2-1(114)-2228/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2228/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2228/2022 06.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X1rşı məhkəmə qətnamələrinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X1rşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 23 iyun 2018-ci il tarixli, 2(061)-1471/2018 saylı qətnaməsi, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(104)-983/2019 saylı qətnamələrinin müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən qanunvericiliyə uyğun olaraq yenidən işlək hala gətirilməsi, müqəssirlərin cəzalandırılması və əmək haqqına əlavə edilmiş yüksəklik pulunun dayandırıldığı aydan əmək haqqına şamil edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində göstərilən “İcra haqqında” Qanununa əsasən Tərtər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(061)-1471/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(104)- 983/2019 saylı qətnamələrinin yenidən icra edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10623/2021 nömrəli xx.xx.2012-ci il tarixli qərardadı ilə İddiaçı iddiası cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə mümkün sayılmamış, həmçinin eyni tarixli qərardadla iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan iddia ərizəsinin məzmunundan, iş materiallarında olan icrası tələb olunan mübahisə predmeti olan məhkəmə qərarlarından və digər sənədlərdən görünür ki, iddiaçı cavabdeh Təhsil Nazirliyinin 10 saylı Ərazi X1rşı yüksəklik pulunun əmək haqqına əlavə olunması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 20 iyul 2018-ci il tarixli, 2(061)- 1471/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən Laçın rayon Ərdəşəvi kəndindən məcburi köçkün olmaqla hazırda ərazisi işğal olunmuş və büdcədən maliyyələşən Laçın rayonunun Ərdəşəvi kənd tam orta məktəbində coğrafiya müəllimi işləyən İddiaçı əmək haqqına 2015-ci ildən 1.2 əmsalının tətbiq edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin üzərinə qoyulmuşdur. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)- 983/2019 saylı qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hazırki iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərhinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında təsbit edilmişdir ki, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmin qərarda Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.” -“Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.” Həmçinin “Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.” Qeyd edilən normanın şərhinə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə Tərtər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(061)-1471/2018 saylı qətnaməsinin icrası ilə bağlıdır və iddiaçı sözügedən tələblə bağlı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddia olmadığına görə mahiyyəti üzrə baxılması da istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X1rşı məhkəmə qətnamələrinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar