Məhkəmə qərarları › İş №2-1(114)-2231/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2231/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2231/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperatininin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X27 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperatininin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X28, X29, X30 və X31) qarşı xx.xx.2006-cı il tarixli 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan X5, X6, X7 və X8 ünvan 1 ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan, yerində İddiaçı tərəfindən çoxmərtəbəli (çoxmənzilli) yaşayış binası tikilmiş 36,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-699/05 nömrəli qətnaməsi ilə ərizəçi X9 ərizəsinin təmin edilməsi, ünvan 2 ünvanda yerləşən evə X2 etməsi faktı müəyyən olunması və onun həmin evə dair mülkiyyət sənədləri ilə təmin edilməsi qət edilmişdir.

2. Gəncə şəhər 4 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə-2-492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 saylı fərdi yaşayış evi X32 tərəfindən X22, X23, X24 və X1.

3. Qeyd olunan müqavilə əsasında Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 nömrəli fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla X10, (¼), X11 (¼), X12 (¼) və X13 (¼) adlarına xx.xx.2006-cı il tarixli, 21525 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.

4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddiaçılar X10, X11, X12 və X13 cavabdehlər X3 və İddiaçınə qarşı mülkiyyət hüququnun bərpasına və ya ədalətli əvəzin ödənilməsinə kv.m sahənin dair iddiasının qismən təmin edilməsi, ünvan 3 nvanda inşa edilən binanın birinci mərtəbəsindən iddiaçılar X10, X11, X12 və X13 mülkiyyətinə verilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması, həmin sahəyə dair iddiaçıların mülkiyyət hüquqlarının bərabər paylarla qeydiyyata alınması vəzifəsinin AR DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianınq alan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı MTK-nın X10, X11, X12 və X25 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmənin xx.xx.2008-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadının ləğv edilməsi qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(104)-952/2008 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı MTK və M.C.Novruzovun nümayəndəsi və vəkili E.R.Quliyevin apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2008ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ünvan 3 ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar X14, X15, X16 və X17 mülkiyyətinə verilməsi vəzifəsinin İddiaçı Mənzil İstismar Kooperativinin üzərinə qoyulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçılar X14 və qeyrilərinin, nümayəndəsi X4 apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin elan edildiyi andan qanuni qüvvəyə minməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)-1407/09 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-nın iş üzrə 20 noyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına xx.xx.2019-cu il tarixli 27 nömrəli İcazədən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai) prospekti, 125 ünvanında inşa edilmiş 2 girişli, zirzəmili, 12 mərtəbəli yaşayış binasının (blok 2 və 3) xx.xx.2019-cu il tarixdən istismarına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-952/2008 nömrəli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(104)- 952/2008 nömrəli qətnaməsinə izah verilməsi barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı Mənzil İstismar Kooperativinin ərizəsi qismən təmin edilərək, qətnaməyə bu şəkildə izah verilmişdir ki, “ünvan 3 ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar X14, X15, X16 və X17 mülkiyyətinə verilməsi vəzifəsi İddiaçı Mənzil İstismar Kooperativinin üzərinə qoyulması dedikdə - İddiaçı MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə xx.xx.2006cı il tarixli, 21525 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmuş ümumi sahəsi 57,7 kv.m olan fərdi yaşayış evinin sökülməsi və evin altındakı torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində adları çəkilən iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m) yaşayış sahəsinin ayrılıb verilməsini özündə ehtiva edir”.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Heydər Əliyev prospekti, 133 ünvanında yerləşən 0,1236 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 0,1329 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. İddiaçının çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12715/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən İddiaçı MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (X33, X34, X35 və X36) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Təqdim olunmuş məhkəmə qərarında həmin sənədlər mübahisələndirilməmişdir və həmin sənədlər halhazırda qüvvədədir. Bu səbəbdən ərizənin icrasını təmin etmək tərəflərindən mümkün olmamışdır.

12. İddiaçı ünvan 1 ünvanda mövcud olmuş və sonradan sökülmüş yaşayış sahələrinin qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi barədə cavabdehə etdiyi müraciətinə həmin idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-4410/25 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən İddiaçı MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (X33, X34, X35 və X36) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı əsasında mövcud olan həmin sənədlər məhkəmə qərarlarında mübahisələndirilmədiyindən həmin sənədlər hal-hazırda qüvvədədir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dölət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. II. Məhkəmədə icraat

12. İddiaçı xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 36,7 kv.m yaşayış sahəsinə mülkiyyət hüququnun itirilməsi, həmin ərazidə inşa edilmiş çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasına dair yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MTK-nın adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 02 fevral 2007-ci il tarixli 06 saylı sərəncamına əsasən "xxxx" MTK tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospekti, 343 (keçmiş X52 prospekti, 125) ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış bina kompleksi istismara təhvil verilmiş və yaşayış binasına yaranmış hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlər toplusu əlavə edilməklə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh binanın yerləşdiyi torpaq sahəsinin bir hissəsində yerləşən ümumi sahəsi 36,7 kv.m olan tikiliyə özgəsinin adına mülkiyyət haqqında sənədin olduğu bildirilərək, sənədlər geri qaytarılmışdır. Adı çəkilən tikili ilə bağlı mübahisə üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə cavabdeh İdarəyə təqdim edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda mövcud olmuş 36,7 kv.m. yaşayış evi bərabər payla iddiaçılar X18, X19, X20 və X21 mülkiyyətində olmuşdur. Mülkiyyətçilər MTK ilə həmin tikilinin sökülməsi və əvəzində yeni tikilən binada mənzil verilməsinə razılaşmışlar. Tikili söküləndən sonra razılaşmanı pozmuşlar. Əmlak söküldüyündən məhv olmuş, ona mülkiyyət hüququnu itirmişlər. İtirilmiş mülkiyyətin əvəzində inşa edilən binadan 57,7 kv.m yaşayış sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Cavabdeh həmin qətnamədə sökülmüş tikilinin yerləşdiyi bələdiyyəyə aid 541,7 kv.m. torpaq sahəsi ilə bağlı məsələyə mövqe bildirilsə də, nəticə etibarı ilə torpaqla bağlı məsələ həll edilmədiyindən, bununla bağlı qətnaməyə izah alınmaqla məsələnin həll edilə biləcəyi bildirilmişdir. Qətnaməyə izahla bağlı ərizə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, xx.xx.2008-ci il tarixli qətnaməyə izah verilmişdir. Adı çəkilən qərardadla torpaq sahəsi ilə bağlı izah bu şəkildə verilmişdir: "…"xxxx" MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə xx.xx.2006-cı il tarixli 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 36,7 kv.m. yaşayış sahəsinin sökülməsi və evin altında torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m.) yaşayış sahəsinin ayrılıb verilməsini özündə etiva edir". Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi və həm də ona izah verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə aşkar şəkildə "mülkiyyətçilərin sökülmüş tikiliyə mülkiyyət hüquqlarının itirildiyi, həmin tikilinin əvəzində mülkiyyətçilərə yeni tikilən binadan 57,7 kv.m yaşayış sahəsinin verilməsi, tikilinin yerləşdiyi torpaq sahəsinin MTK-nın istifadəsinə keçməsi" müəyyən edilmişdir. İzah qərardadından sonra qeydiyyatla bağlı heç bir problem qalmadığı baxımından, yaşayış binasına hüququn qeydiyyata alınması üçün sənədlər toplusu xx.xx.2024-cü il tarixdə cavabdeh qəbul etmiş və qeydiyyatla bağlı çıxarışın xx.xx.2024-cü il tarixdə təqdim ediləcəyinə öhdəlik götürmüşdür. Bunun üçün müəyyən edilmiş bütün rüsumların ödənilməsi iddiaçı tərəfdən təmin edilmişdir. Lakin öhdəlik müddət bitəndən sonra cavabdeh adı çəkilən binaya yaranmış hüququn reyestrdə qeydə almaqdan imtina etmiş və imtinanın səbəbini belə izah etmişdir ki, "qətnamədə mübahisə ilə bağlı aşkar şəkildə mülkiyyətin itirildiyi müəyyən edilsə də, itirilmiş hüququn reyestrdə qeydə alınması ilə bağlı Qeydiyyat İdarəsinin üzərinə vəzifə qoyulmadığından, bununla bağlı qeydiyyatın aparılması mümkün deyildir. Nə qədər ki, əvvəlki mülkiyyətçilər barədə reyestrdə qeydiyyat qalır, yeni tikilən binanın qeydiyyata alınması yol verilmir". İmtina şifahi deyilmiş, sənədlərin təqdim edildiyi vaxtdan 35 gün keçməsinə baxmayaraq yazılı təqdim edilməmişdir. Yuxarıda qeyd edilən qanuni qüvvəsində olan məhkəmə aktlarında müəyyən edilmiş və qərara alınmış hallardan aşkar şəkildə görünür ki, əvvəllki mülkiyyətçilər məxsus olduqları 36,7 kv.m. tikilinin sökülməsinə razılıq verdiklərindən və söküldüyündən tikiliyə olan mülkiyyət hüquqlarını itirmişlər. Həmin hüquqa qarşılıq onlara 57,7 kv.m yaşayış sahəsi verilməsi qət edilmişdir. Sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi isə onların mülkiyyəti olmayıb, bələdiyyə torpaqlarına aid olduğu və "xxxx" MTK-nın istifadəsində saxlanılmışdır. Bu baxımdan da adı çəkilən sökülmüş tikiliyə aid qeydiyyatın (mülkiyyətə dair şəhadətnaməsini) ləğvinin və həmin ərazidə tikilmiş, istismara qəbul edilmiş binaya dair hüququn reyestrdə qeydə alınması və bununla bağlı çıxarışın verilməsi cavabdehin vəzifəsidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Qeyd olunan qanun normaları və mübahisə ilə bağlı məhkəmələr tərəfindən müəyyən olunan hallara görə adı çəkilən 36,7 kv.m. yaşayış sahəsindən ibarət tikilinin söküldüyündən məhz olduğu, mülkiyyətçilərin razılığı əsasında söküldüyü, həmin sahənin sərəncamla MTK-ya ayrıldığı və orada yüksək mərtəbəli bina inşa edildiyindən, sökülmüş tikilinin bərpasının mümkün olmadığı, torpaq sahəsinin MTK-nın istifadəsdində qaldığı, həmçinin mülkiyyətçilərin MTK ilə mübahisələri olduğundan qeydiyyatın ləğvi üçün ərizə verməyəcəkləri baxımından, mülkiyyət hüququnun itirildiyi məhkəmə qətnaməsi ilə müəyyən edildiyi əsasdan, mülkiyyət hüquqlarınin ləğvi cavabdeh tərəfindən mübahisəsiz qaydada reyestrdə qeydə alınmalıdır. Bu barədə cavabdeh İdarənin bir neçə səlahiyyətli vəzifə sahiblərinin qəbulunda olaraq məsələni mübahisəyə çevrilmədən həll edilməsi xahiş edilsə də, cavabdeh məsələni qarşılıqlı həllini rədd etdiyindən qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə, üzərinə öhdəlik qoyulmalıdır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2006-cı il tarixli 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan X5, X6, X7 və X8 ünvan 1 ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan, yerində İddiaçı tərəfindən çoxmərtəbəli (çoxmənzilli) yaşayış binası tikilmiş 36,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X28, X29, X30 və X31 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

24. İddiaçının nümayəndəsi X39 məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

25. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. İddiaçının nümayəndəsi X39 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-699/05 nömrəli qətnaməsi ilə ərizəçi X9 ərizəsinin təmin edilməsi, ünvan 2 ünvanda yerləşən evə X2 etməsi faktı müəyyən olunması və onun həmin evə dair mülkiyyət sənədləri ilə təmin edilməsi qət edilmişdir. Gəncə şəhər 4 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə-2-492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 saylı fərdi yaşayış evi X32 tərəfindən X22, X23, X24 və X1. Qeyd olunan müqavilə əsasında Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 nömrəli fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla X10, (¼), X11 (¼), X12 (¼) və X13 (¼) adlarına xx.xx.2006-cı il tarixli, 21525 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsi bir nüsxədən ibarət tərtib olunaraq vətəndaşa təqdim edildiyi üçün Qeydiyyat vəsiqəsinin nüsxəsi arxiv qovluğunda saxlanılmamışdır. Buna görə də, Qeydiyyat vəsiqəsinin surətinin təqdim olunması mümkün olmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddiaçılar X10, X11, X12 və X13 cavabdehlər X3 və İddiaçınə qarşı mülkiyyət hüququnun bərpasına və ya ədalətli əvəzin ödənilməsinə kv.m sahənin dair iddiasının qismən təmin edilməsi, ünvan 3 nvanda inşa edilən binanın birinci mərtəbəsindən iddiaçılar X10, X11, X12 və X13 mülkiyyətinə verilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması, həmin sahəyə dair iddiaçıların mülkiyyət hüquqlarının bərabər paylarla qeydiyyata alınması vəzifəsinin AR DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianınq alan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı MTK-nın X10, X11, X12 və X25 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmənin xx.xx.2008-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadının ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(104)-952/2008 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı MTK və M.C.Novruzovun nümayəndəsi və vəkili E.R.Quliyevin apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2008-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ünvan 3 ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar X14, X15, X16 və X17 mülkiyyətinə verilməsi vəzifəsi İddiaçı Mənzil İstismar Kooperativinin üzərinə qoyulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçılar X14 və qeyrilərinin, nümayəndəsi X4 apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin elan edildiyi andan qanuni qüvvəyə minməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)-1407/09 nömrəli qərarına əsasən iddiaçılar X33 və X34 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-nın iş üzrə 20 noyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-952/2008 nömrəli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(104)-952/2008 nömrəli qətnaməsinə izah verilməsi barədə ilkin iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə İddiaçı Mənzil İstismar Kooperativinin ərizəsinin qismən təmin edilməsi, ünvan 3 ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar X14, X15, X16 və X17 mülkiyyətinə verilməsi vəzifəsi İddiaçı Mənzil İstismar Kooperativinin üzərinə qoyulması dedikdə - İddiaçı MTK tərəfindən həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə xx.xx.2006-cı il tarixli, 21525 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmuş ümumi sahəsi 57,7 kv.m olan fərdi yaşayış evinin sökülməsi və evin altındakı torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində adları çəkilən iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m) yaşayış sahəsinin ayrılıb verilməsini özündə ehtiva etməsi, qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Gəncə şəhəri İddiaçı MTK-ya dair çıxarışın və texniki pasportun verilməsinə köməklik edilməsi barədə məktubunun araşdırılması zamanı Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən İddiaçı MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (X33, X34, X35 və X36) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Təqdim olunmuş məhkəmə qərarında həmin sənədlər mübahisələndirilməmişdir və həmin sənədlər halhazırda qüvvədədir. Bu səbəbdən ərizənin icrasını təmin etmək tərəflərindən mümkün olmamışdır və 3-21-3-33/2-12715/2024 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 664 nömrəli Fərmanında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, 1.11-ci bəndə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4- cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısında daxildir. Daşınmaz əmlaka dair arxiv qovluğunda mövcud olan sənədlərin araşdırılması zamanı Kirovabad şəhər ZDS İK-nin xx.xx.1946-cı il tarixli, 129 nömrəli qərarından torpaq sahəsi və onun yerləşdiyi fərdi yaşayış evi üzərində X37 (əvvəlki mülkiyyətçi) adına hüquqmüəyyənedici sənədlərin tərtib olunduğu, X37 adına (əvvəlki mülkiyyətçi) adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport olduğu, Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-699/05 nömrəli qətnaməsi əsasında X9 mülkiyyət hüquqlarının tanındığı, Ərazi İdarəsinin elektron arxiv məlumatlarına əsasən isə X9 adına xx.xx.2005-ci il tarixli, 21525 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin və texniki pasportun tərtib edildiyi məlum olmuşdur. Gəncə şəhər 4 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə-2-492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 131 nömrəli fərdi yaşayış evi X32 tərəfindən X22, X23, X24 və X1. Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 saylı fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla X10, (¼), X11 (¼), X12 (¼) və X13 (¼) adlarına verilmiş xx.xx.2006-cı il tarixli, 21525 nömrəli qeydiyyat vəsiqəsi hal-hazırda qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.05-ci maddəsinin əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Normanın tələblərinə uyğun olaraq mülkiyyətçilərin adına Qeydiyyat vəsiqəsi xx.xx.2006-ci il tarixində tərtib edilmişdir. İş materiallarından qeyd olunan daşınmaz əmlakın məhv olduğu məlum olur. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Qanunvericiliyin tələbinə görə mülkiyyətçilər daşınmaz əmlakın (fərdi yaşayış evi üzərində) hüquqlarının ləğv ilə bağlı ərizəylə Ərazi İdarəsinə müraciət etməlidir. Lakin həmin şəxslərin Ərazi İdarəsinə qeyd edilən məzmunda müraciəti daxil olmamışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarlarının araşdırılması zamanı əmlaka dair hüquqmüəyyənedici sənədlərin mübahisələndirilmədiyi, məhkəmə qərarlarında daşınmaz əmlak üzərində hüquqların ləğv edilib-edilməməsinə münasibət bildirilmədiyi məlum olmuşdur. Lakin buna baxmayaraq hazırki iddia üzrə iddiaçı əmlakın məhv edildiyinə görə mülkiyyətçilərin iradəsi olmadan, yəni onların iradəsi ziddinə mülkiyyətçilərin hüquqlarının ləğvini tələb edir. X26 Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-952/2008 nömrəli qərardadına əsasən məhv edilmiş evin altındakı torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi qərara alınsa da, hazırki iddia üzrə iddiaçı yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində konkret olaraq hansı hüquqlarının dövlət qeydiyyatına almasını müəyyənləşdirməmişdir. Əlavə olaraq bildirilir ki, məhkəmə iş materiallarından bələdiyyə ilə İddiaçı MTK arasında xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən 3.600 kv.m torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi məlum olmuşdur. Hazırki dövr üçün icarə müqaviləsinin müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Hesab edirlər ki, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.

28. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-699/05 nömrəli qətnaməsi; - Gəncə şəhər 4 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə-2-492 reyestr nömrəli alqısatqı müqaviləsi; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(104)-952/2008 nömrəli qətnaməsi; - Ali Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)-1407/09 nömrəli qərarı; - 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına xx.xx.2019-cu il tarixli 27 nömrəli İcazə; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-952/2008 nömrəli qərardadı; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12715/2024 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-4410/25 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin təqdim etdiyi reyestrdəki qeydiyyata dair sənədlər.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsasılıdır və təmin edilməlidir.

31. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-699/05 nömrəli qətnaməsi ilə ərizəçi X9 ərizəsinin təmin edilməsi, ünvan 2 ünvanda yerləşən evə X2 etməsi faktı müəyyən olunması və onun həmin evə dair mülkiyyət sənədləri ilə təmin edilməsi qət edilmişdir. Gəncə şəhər 4 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə-2-492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 saylı fərdi yaşayış evi X32 tərəfindən X22, X23, X24 və X1. Qeyd olunan müqavilə əsasında Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 nömrəli fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla X10, (¼), X11 (¼), X12 (¼) və X13 (¼) adlarına xx.xx.2006-cı il tarixli, 21525 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.

32. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Y.Mustafayev) iddiaçılar X10, X11, X12 və X13 cavabdehlər X3 və İddiaçınə qarşı mülkiyyət hüququnun bərpasına və ya ədalətli əvəzin ödənilməsinə kv.m sahənin dair iddiasının qismən təmin edilməsi, ünvan 3 nvanda inşa edilən binanın birinci mərtəbəsindən iddiaçılar X10, X11, X12 və X13 mülkiyyətinə verilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması, həmin sahəyə dair iddiaçıların mülkiyyət hüquqlarının bərabər paylarla qeydiyyata alınması vəzifəsinin AR DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(104)-952/2008 nömrəli qətnaməsi ilə dəyişdirilmiş, ünvan 3 ünvanda inşa edilən binadan 57.7 kv.m yaşayış sahəsinin iddiaçılar X14, X15, X16 və X17 mülkiyyətinə verilməsi vəzifəsi İddiaçı Mənzil İstismar Kooperativinin üzərinə qoyulmuşdur. Həmin qətnamə Ali Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)-1407/09 nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır.

33. İddiaçı ünvan 1 ünvanda mövcud olmuş və sonradan sökülmüş yaşayış sahələrinin qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi barədə cavabdehə etdiyi müraciətinə həmin idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-4410/25 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai prospekti 125) prospekti, 343 ünvanında yerləşən İddiaçı MKT tərəfindən inşa edilmiş çoxmənzili yaşayış binasının bir hissəsinin əvvəllər mövcud olmuş və sonradan sökülmüş başqa şəxslərə (X33, X34, X35 və X36) məxsus yaşayış evinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli fərmanına əsasən hüquqmüəyyənedici sənədlərin mövcud olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı əsasında mövcud olan həmin sənədlər məhkəmə qərarlarında mübahisələndirilmədiyindən həmin sənədlər hal-hazırda qüvvədədir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dölət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

34. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, Gəncə şəhər, Ş.İ.Xətai küçəsində yerləşən 131 saylı fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla X10, (¼), X11 (¼), X12 (¼) və X13 (¼) adlarına verilmiş xx.xx.2006-cı il tarixli, 21525 nömrəli qeydiyyat vəsiqəsi hal-hazırda qüvvədədir.

35. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

36. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda mövcud olmuş 36,7 kv.m. yaşayış evi bərabər payla iddiaçılar X18, X19, X20 və X21 mülkiyyətində olmuşdur. Mülkiyyətçilər MTK ilə həmin tikilinin sökülməsi və əvəzində yeni tikilən binada mənzil verilməsinə razılaşmışlar. Tikili söküləndən sonra razılaşmanı pozmuşlar. Əmlak söküldüyündən məhv olmuş, ona mülkiyyət hüququnu itirmişlər. İtirilmiş mülkiyyətin əvəzində inşa edilən binadan 57,7 kv.m yaşayış sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir.

37. Cavabdeh həmin qətnamədə sökülmüş tikilinin yerləşdiyi bələdiyyəyə aid 541,7 kv.m. torpaq sahəsi ilə bağlı məsələyə mövqe bildirilsə də, nəticə etibarı ilə torpaqla bağlı məsələ həll edilmədiyindən, bununla bağlı qətnaməyə izah alınmaqla məsələnin həll edilə biləcəyi bildirilmişdir.

38. Qətnaməyə izahla bağlı ərizə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 952/2008 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, xx.xx.2008-ci il tarixli qətnaməyə izah verilmişdir. Adı çəkilən qərardadla torpaq sahəsi ilə bağlı izah bu şəkildə verilmişdir: "…"xxxx" MTK tərəfində həmin ünvanda çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının tikintisi aparılan ərazidə xx.xx.2006-cı il tarixli 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus 36,7 kv.m. yaşayış sahəsinin sökülməsi və evin altında torpaq sahəsinin MTK-nın ixtiyarına (istifadəsinə) keçməsi, əvəzində iddiaçılara bu ərazidə yeni tikilən binadan eyni ölçüdə (57,7 kv.m.) yaşayış sahəsinin ayrılıb verilməsini özündə etiva edir".

39. Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-952/2008-ci il tarixli qətnaməsi və həm də ona izah verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 952/2008 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə aşkar şəkildə "mülkiyyətçilərin sökülmüş tikiliyə mülkiyyət hüquqlarının itirildiyi, həmin tikilinin əvəzində mülkiyyətçilərə yeni tikilən binadan 57,7 kv.m. yaşayış sahəsinin verilməsi, tikilinin yerləşdiyi torpaq sahəsinin MTK-nın istifadəsinə keçməsi" müəyyən edilmişdir.

40. Yuxarıda qeyd edilən qanuni qüvvəsində olan məhkəmə aktlarında müəyyən edilmiş və qərara alınmış hallardan aşkar şəkildə görünür ki, əvvəllki mülkiyyətçilər məxsus olduqları 36,7 kv.m tikilinin sökülməsinə razılıq verdiklərindən və söküldüyündən, tikiliyə olan mülkiyyət hüquqlarını itirmişlər. Həmin hüquqa qarşılıq onlara 57,7 kv.m yaşayış sahəsi verilməsi qət edilmişdir.

41. Sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi isə bələdiyyə torpaqlarına qatılmaqla, "xxxx" MTK-nın istifadəsində saxlanılmışdır. Hətta bələdiyyə ilə İddiaçı MTK arasında 3.600 kv.m torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2008-ci il tarixli icarə müqaviləsi də bağlanmışdır.

42. Bu baxımdan da adı çəkilən sökülmüş tikiliyə aid qeydiyyatın (mülkiyyətə dair şəhadətnaməsini) ləğvindən imtina etməklə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur.

43. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanuna görə: Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir...

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

45. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

46. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək Xidmətin vəzifələri sırasına daxildir.

47. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il tarixli 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan X5, X6, X7 və X8 ünvan 1 ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan, yerində İddiaçı tərəfindən çoxmərtəbəli (çoxmənzilli) yaşayış binası tikilmiş 36,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. xx.xx.2006-cı il tarixli 21525 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna bərabər payla məxsus olan X5, X6, X7 və X8 ünvan 1 ünvanda mövcud olmuş, söküldüyündən məhv olmuş və bərpası mümkün olmayan, yerində İddiaçı tərəfindən çoxmərtəbəli (çoxmənzilli) yaşayış binası tikilmiş 36,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar