Məhkəmə qərarları › İş №2-1(114)-2233/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2233/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2233/2024 03.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayon Şəhriyar bələdiyyəsi) qarşı Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0.10 ha sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı əsasında Göygöl rayonu Şəhriyar bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahələrindən 9 nəfər kənd sakinindən 7 nəfərin hər birinə 0.10 ha, 1 nəfərə 0.12 ha, 1 nəfərə isə 0.06 ha olmaqla 0.88 ha torpaq sahəsi ayrılmışdır.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir.

3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili torpağına aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 730 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.20010-cu il tarixdə 14 nömrə ilə qeydiyyata alınmışdır.

5. Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 303 nömrəli sərəncamı ilə Göygöl rayonu, Şəhriyar kənd sakini İddiaçı məxsus Şəhriyar kəndində yerləşən 0.10 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir.

6. İddiaçı həmin torpaq sahəsi və üzərində olan yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1161/2024 məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı onların qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayonu Şəhriyar Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı, xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 14 saylı “Torpağın alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi müəyyən edilmişdir.

7. xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.10 ha torpaq sahəsinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, sərhədlər şərti və daş hasarla bərkidilmişdir. Yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Torpaq sahəsində fərdi yaşayış evi və köməkçi tikili mövcuddur. Torpaq sahəsi DWG məlumatlarına əsasən yaşayış məntəqələri torpaqlarında həyətyanı torpaq sahəsinə düşür.

8. Məhkəmənin sorğusuna Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 13 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaşın müraciətinə DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən imtina əsassızdır. Belə ki, vətəndaş İddiaçı yaşayış yeri üzrə qeydiyyatı Şəhriyar kəndi olmaqla 5 ildən çox orda yaşayır. Bu halda alqı-satqı "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə müəyyən edir: Maddə 4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə qaydada satılır. Əsasnamənin 10 -cu maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilir: "İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. icraatda iştirak edən şəxsin malik olduğu "inzibati icraat haqqında" Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati hüquq və vəzifələri ona izah etməyə borcludur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Göründüyü kimi, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Əgər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər təqdim olunmazsa, "İnzibati icraat haqqında" Qanunun 34-cü maddəsinə uyğun olaraq ərizə baxılmamış saxlanıla bilər. Bu, habelə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 14.1-ci maddəsinin mənasından da irəli gəlir. Belə ki, Qanunun 14.1-ci maddəsinə müvafiq olaraq, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmçinin Qanunun 14.3-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır. Lakin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində yuxarıda göstərilən

9. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Goygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2010-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı ( alqı-satqı aktında Ağabala) oğluna satılmış 0.10 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyi və koordinatları əks olunmuş plan və ölçü sənədi aşkarlanmadığından qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, tərəflərindən aparılan araşdırma zamanı, naturada təqdim olunan sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan torpaq sahəsi, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminin elektron fayl materiallarında, kənd tipli yaşayış məntəqəsinin sərhəddi daxilində, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sisitemi (TEKUİS) və AZCAD məlumatlarında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində, həyətyanı sahələr altında olan torpaqlar olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və köməkçi tikili mövcuddur. 2) Naturada təqdim olunan 0.10 ha torpaq sahəsi tərəfimizdən ölçülərək, sərhədləri və koordinatları müəyyən olundu. 3) Elektron Kadastr bazası materiallarına istinadən, naturada təqdim olunan torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınmadığı aşkarlandı. 4) Elektron kadastr bazası materiallarına istinadən, naturada təqdim olunan torpaq sahəsinin, mühafizə və qorunma zonasında yerləşmədiyi müəyyən olundu.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 10129/2024 nömrəli cavab məktubundan və həmin məktuba əlavə edilmiş torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, iş materiallarına əlavə edilmiş yerquruluşu planından çıxarış sənədində, ayrılacaq torpaq sahəsi əl ilə şərti olaraq qeyd olunmuş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X vəY) isə əks olunmamışdır. Bu səbəbdən də, həmin sənəd üzrə araşdırma aparılması mümkün olmamışdır. Qeyd olunan hallar səbəbdən də, tərəflərindən aparılan araşdırma zamanı, faktiki təqdim olunan torpaq sahəsinin naturada müəyyən olunan koordinatlarına (X vəY) istinadən araşdırma aparılmışdır. Sərəncamda qeyd olunanları nəzərə alaraq, iş materiallarında mövcud olan yerquruluşu planından çıxarış sənədində əl ilə şərti olaraq göstərilən torpaq sahəsinin həmin yerquruluşu planının miqyasına (1:10000) istinadən iddiaçı tərəfin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi torpaq sahəsinin naturada hər hansı digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilmir. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il tarixdə Göygöl rayonu Şəhriyar bələdiyyəsindən alqısatqı yolu ilə fərdi yaşayış evi tikdirmək üçün aldığı 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa etməklə hazırda ailəsiylə birlikdə yaşadığı fərdi yaşayış evinin adına dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Şəhriyar Bələdiyyəsinin 25 avqust 2010-cu il tarixli 08 nömrəli qərarı əsasında Göygöl rayonunun Şəhriyar bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahələrindən 9 nəfər kənd sakinindən 7 nəfərin hər birinə 0.10 ha, 1 nəfərə 0.12 ha, 1 nəfərə isə 0.06 ha olmaqla cəmi 0.88 ha torpaq sahəsi ayrılıb, yerində ölçülüb, biçilməklə verilmişdir. Şəhriyar bələdiyyəsi tərəfindən 0.10 torpaq sahəsi verilən kənd sakinlərindən biri də odur. Göygöl rayonu Şəhriyar Bələdiyyəsinin 25 avqust 2010-cu il tarixli, 08 nömrəlli qərarı əsasında DT və XKnin Göygöl rayon şöbəsinin mütəxəssisi E.Əliyevin, Göygöl rayonu Şəhriyar bələdiyyəsinin üzvü E.Həsənovun və mülkiyyətçilərin iştirakları ilə xx.xx.2010-cu il tarixdə Akt tərtib olunmuş və imzalandırıldıqdan sonra bir nüsxəsi də mülkiyyətçilərə paylanmışdır. Göygöl rayonu Şəhriyar bələdiyyəsinin yerqruluşu planından çıxarışı, Göygöl rayonu Şəhriyar bələdiyyəsinin torpaqların Alqı-satqısınna dair Aktını və DT və XK-nin Göygöl rayon şöbəsin mütəxəssis arayışını da almışdır. Göygöl rayonu Şəhriyar bələdiyyəsinin hesabına alqı-satqıya görə o, 730 (yeddi yüz otuz) manat pul ödəyib, qəbzini almışdır. Göygöl rayon İcra Hakimiyyəti başçısının 10 dekabr 2010-cu il tarixli, 303 nömrəli sərəncamı ilə ona verilmiş həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə və "Azərdövlətlayihə"nin Gəncə filialından yaşayış evinin layihəsini də almışdır. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək 25 avqust 2010-cu il tarixdə Göygöl rayonunun Şəhriyar bələdiyyəsindən alqı-satqı yolu ilə fərdi yaşayış evi tikdirmək üçün aldığı 0.10 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində 2017-ci ildə tikintisini başa çatdıraraq hazırda da yaşadığı evin adına dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsini xahiş etsə də, cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə mənə 3-21-3- 33/2-1161/2024 saylı məktubla imtina cavabı vermişdir. İddiaçı kimi o, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, cavabdeh orqan imtina cavabı verərkən onun yuxarıda qeyd etdiyi rəsmi sənədləri və ödəniş qəbzini nəzərə almamışdır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun adına qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Şəhriyar bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə Azərbaycna Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

26. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.

27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

28. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, bələdiyyə tərəfindən ayrıldığı vaxtdan torpaq sahəsini hazırkı sahə və konfiqurasiya üzrə istifadə edir.

29. Cavabdeh orqanın nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı; - xx.xx.2010-cu il tarixli aktı; - DT və XK-nin Göygöl rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 17 nömrəli rəyi; - Torpaqların alğı-satqısına dair xx.xx.2010-cu il tarixli 14 nömrəli akt; - xx.xx.2010-cu il tarixli qəbz; - Torpaq sahəsinin yerquruluşu planından çıxarış; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 303 nömrəli sərəncamı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1161/2024 nömrəli imtina məktubu; - xx.xx.2023-cü il tarixli müayinə aktı; - Məhkəmənin sorğusuna Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 13 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 10129/2024 nömrəli cavab məktubu -Torpaq sahəsinin ortofoto görüntüləri; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

1. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı əsasında Göygöl rayonu Şəhriyar bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahələrindən 9 nəfər kənd sakinindən 7 nəfərin hər birinə 0.10 ha, 1 nəfərə 0.12 ha, 1 nəfərə isə 0.06 ha olmaqla 0.88 ha torpaq sahəsi ayrılıb, yerində ölçülüb biçilməklə verilmişdir. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili torpağına aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 730 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.20010-cu il tarixdə 14 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin, Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 303 nömrəli sərəncamı ilə Göygöl rayonu, Şəhriyar kənd sakini İddiaçı məxsus Şəhriyar kəndində yerləşən 0.10 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir.

32. İddiaçı həmin torpaq sahəsi və üzərində olan yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1161/2024 məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı onların qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayonu Şəhriyar Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı, xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 14 saylı “Torpağın alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi müəyyən edilmişdir.

2. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin yerquruluşu planından çıxarış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.

3. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

4. Mübahisəli torpaq sahəsi iddiaçıya Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 14 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl rayonu Şəhriyar bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

5. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, tərtib olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, həmin torpaq sahəsi Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 14 saylı “Torpaqların alqı-satqısına dair” akt əsasında satılmışdır.

6. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

7. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

8. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

9. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.

10. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

11. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

12. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

14. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar