Məhkəmə qərarları › İş №2-1(114)-2238/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2238/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2238/2023 31.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarın ləğv edilməsi və ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 326 nömrəli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı yaralanma –“Köndələn çəmbər bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laparotomiya, köndələn çəmbər bağırsaq yaralarının tikilməsindən sonrakı periton boşluğunda bitişmə prosesi, bağırsaqların funksiyasının mülayim dərəcədə pozulması ilə. Burunun yumşaq toxumalarının qəlpə yarasından sonrakı defektinə görə yaraya sərbəst dəri tikəsinin köçürülməsindən sonra bərkimə - attodermotransplantant.” diaqnozu üzrə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir.

2. X5 Sosial Ekspert Komissiyasının arayışlarından görünür ki, İddiaçı ilkin olaraq xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, daha sonra təkrar olaraq xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Cavabdeh orqanın təqdim etdiyi icraat materialları ilə müəyyən edilir ki: - İddiaçı əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu; Diaqnozun mətni: Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyyatından sonra qarın boşluğunun bitişmə xəstəliyi. Əməliyyatdan sonra ventral yırtığın hermioplastikası əməliyyatından sonrakı residiv yırtığı. Koxlear nevrit. OD - sol gözün zəif dərəcə miopiyası, orta dərəcə amblopiyası. VİSOD=0,1 k/ilə (-1,0D)=0,2. VİSOS=1,0..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyya... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçı əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu; Diaqnozun mətni: Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyyatından sonra qarın boşluğunun bitişmə xəstəliyi. Əməliyyatdan sonra ventral yırtığın hermioplastikası əməliyyatından sonrakı residiv yırtığı. Koxlear nevrit. OD - sol gözün zəif dərəcə miopiyası, orta dərəcə amblopiyası. VİSOD=0,1 k/ilə(-1,0D)=0,2. VİSOS=1,0...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyya.. səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçı əlillik vəziyyətinə elektron təyinat əsasında verilmiş göndəriş əsasında baxılmış və səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi.; Diaqnozun mətni: Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyyatından sonra qarın boşluğunun bitişmə xəstəliyi. Əməliyyatdan sonra ventral yırtığın hermioplastikası əməliyyatından sonrakı residiv yırtığı. Koxlear nevrit. OD sol gözün zəif dərəcə miopiyası, orta dərəcə amblopiyası. VİSOD=0,1 k/ilə (-1,0D)=0,2. VİSOS=1,0...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı deffektinin plastikası əməliyya... səbəbi ilə 5 il müdddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçı əlillik vəziyyətinə Goranboy RMX-nın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Köndələn bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laparotomiya, köndələn çənbər bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət (xx.xx.1993). Sol qasıq nahiyəsinin yumşaq toxumalarının 3-4 ədəd metalik hissəcikləri. Əməliyyatdan sonra qarın boşluğunun bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməməzliyi. Bağırsaqların təxliyyə funksiyasının pozulması. Xroniki qəbizlik. İİ anemiya. Həzm funksiyasının pozulması. Nevrasteniya yuxu pozğunluğu ilə. İkitərəfli koxlear nevrit, eşitmənin hər iki qulaqda 2-ci dərəcəli zəifləməsi ilə. Görmə pozğunluğu, OU-hər iki gözün ambliopiyası. OU-presbiopiya (+2,5D).OU-Xroniki allerqik konyunktivit. Vis OD=0.09 k/etmir. VisOS=0.2 k/etmir....; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.

4. Sonuncu göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Köndələn bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laparotomiya, köndələn çənbər bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət (xx.xx.1993). Sol qasıq nahiyəsinin yumşaq toxumalarının 3-4 ədəd metalik hissəcikləri; Ağırlaşma – D63.8* - Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, İİ anemiya. Həzm funksiyasının pozulması; Yanaşı xəstəliklər – F48.0 – Nevrasteniya, Nevrasteniya yuxu pozğunluğu ilə; Yanaşı xəstəliklər – H93.3 – Eşitmə sinirinin xəstəlikləri, keçirilmiş burun travmasından, edilmiş burun nahiyəsinin plastikasından sonrakı vəziyyət. İkitərəfli koxlear nevrit, eşitmənin hər iki qulaqda 2-ci dərəcəli zəifləməsi ilə; Yanaşı xəstəliklər – H53 – Görmə pozğunluğu, OU-hər iki gözün ambliopiyası. OUpresbiopiya (+2,5D).OU-Xroniki allerqik konyunktivit. Vis OD=0.09 k/etmir. VisOS=0.2 k/etmir;

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı əyani müayinəsi həyata keçirilmiş və bu zaman qarnın ön divarından orta xətt üzrə yırtıq əməliyyatından sonrakı kəsiklər, göbək ətrafında 2 sm-lıq yırtıq aşkarlanmışdır. Boy 159 sm, çəki 58 kq-dır, boy/çəki defisiti izlənilməmişdir. Hazırda əlillik təyinatına əsas verən həzm orqanlarının funksional çatışmazlıq əlamətləri müəyyən edilməmişdir. Nəticədə Komissiyanın xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda bildirilmişdir ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün siz Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmusunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Köndələn çənber bağırsağın zədələnməsi ilə qarının kor qəlpə yaralanmasına görə aparılmış laparotomiya, bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət (xx.xx.1993). Əməliyyatdan sonra qarın boşluğunun bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməməzliyi. Bağırsaqların təxliyyə funksiyasının pozulması.Xroniki qəbizlik. İl-li anemiya. Həzm funksiyasının pozulması. Sol qasıq nahiyyəsinin yumşaq toxumalarının 3-4 ədəd metalik hissəcikləri. Nevrasteniya yuxu pozğunlugu ilə. lkitərəfli koxlear nevrit, eşitmənin hər iki qulaqda 2-ci dərəcəli zəifləməsi ilə. Görmə pozğunluğu, OU-hər iki gözün ambliopiyası. OU-presbiopiya (+2,5D).OU- Xroniki allerqik konyunktivit. Vis OD=0.09 k/etmir. VisOS=0.2 k/etmir." diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə yə müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir.

7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T304/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, Vətəndaş R.Ş.Salahovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XX sinif- xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => Y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, köndələn bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laporatomiya, köndələn çənbər bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət (xx.xx.1993), sol qasıq nahiyəsinin yumşaq toxumalarının 3-4 ədəd metalik hissəcikləri, əməliyyatdan sonra qarın boşluğunun bitişmə xəstəliyi, hissəvi bağırsaq keçməməzliyi, bağırsaqların təxliyə funksiyasının pozulması, xroniki qəbizlik, İİ anemiya, həzm funksiyasının pozulması, nevrasteniya yuxu pozğunluğu ilə, ikitərəfli koxlear nevrit, eşitmənin hər iki qulaqda 2-ci dərəcəli zəifləməsi ilə, görmə pozğunluğu, OU-hər iki gözün ambliopiyası, OU-presbiopiya (+2,5D), OU-xroniki allergik konyunktivit, Vis0D=0,09 k/etmir. VisOS=0,2 k/etmir.” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətli hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-240273/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixdə adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığına görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarının qanunsuz hesab edilməsi, əlilliyin ləğv edilməsinə dair qərarın qanunsuz hesab edilməsi, təyin olunmuş pensiyanın hər hansı bir məlumat verilmədən dayandırılmmasının qanunsuz hesab edilməsi, dayandırıldığı andan bugünə kimi təqaüdün ödənilməsi, əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1991-ci ildə Goranboy RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.1993-cü ildə minamyot partlaması nəticəsində ağır bədən xəsarətləri almışdır. Aldığı xəsarətlərlə bağlı 4 dəfə cərrahi əməliyyatlar olunubdur. Sonda sağlamlığının məhdudlaşması ilə əlaqədar 2010-cu ilin iyul ayında İİ qrup əlillik dərəcəsi təyin edilmişdir və ona uyğun pensiya təyinatı verilmişdir. Onun halhazırda cərrahi əməliyyata ehtiyacı var. Belə ki, axırıncı əməliyyatda bağırsağına "setka" qoyulmuşdur. "Setka"nın qoyulması növbəti lazım olan cərrahi əməliyyatın aparılmasına imkan vermir, çünki "setka" ilə bağırsaq "spayka" olunub. Ona görə də heç bir cərrah növbəti cərrahi əməliyyatı üzərinə götürüb əməliyyat üçün zəmanət vermir. Lakin xx.xx.2022-ci il tarixdə telefonunun mesaj qrafasına "İddiaçı üçün verilmiş xx.xx.2021-ci il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir" ifadələri qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2022-ci il tarixli rəsmi müraciəti xx.xx.2022-ci il tarixli ********** saylı məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********8 saylı imtina məktubu qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən qəbul olunmuş hüquqi normativ akt geriyə şamil olunmur. Nəzərə alınsa ki, əlilliyin müəyyən edilməsi qəbul olunmuş hüquqi normativ aktdan əvvəl təyin olunmuşdur. Belə olan halda 2015-ci il tarixli Nazirlər Kabinetinin Əsasnaməsi qanuni əsas sayıla bilməz. Əlilliyi ləğv edilibb yenidən əlillik təyin edilmişdir. Halbuki yeni qəbul edilmiş normativ aktlar isə baxılmalı idi.

11. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1348/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında və 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növlərinə aiddir. Belə ki, iddiaçı iddiasında ona ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərarın ləğvini və ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb edir.

15. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə buraxılmış prospessual müddət bərpa edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın mübahisələndirmə və məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

21. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə buraxılmış prospessual müddət bərpa edilmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarının ləğv edilməsi və ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

28. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ; Diaqnozun mətni: Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyyatından sonra qarın boşluğunun bitişmə xəstəliyi. Əməliyyatdan sonra ventral yırtığın hermioplastikası əməliyyatından sonrakı residiv yırtığı. Koxlear nevrit. OD sol gözün zəif dərəcə miopiyası, orta dərəcə amblopiyası. VİSOD=0,1 k/ilə(-1,0D)=0,2. VİSOS=1,0..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyya... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu; Diaqnozun mətni: Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyyatından sonra qarın boşluğunun bitişmə xəstəliyi. Əməliyyatdan sonra ventral yırtığın hermioplastikası əməliyyatından sonrakı residiv yırtığı. Koxlear nevrit. OD - sol gözün zəif dərəcə miopiyası, orta dərəcə amblopiyası. VİSOD=0,1 k/ilə (-1,0D)=0,2. VİSOS=1,0...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyya.. səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinat əsasında verilmiş göndəriş əsasında baxılmış və səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi.; Diaqnozun mətni: Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyyatından sonra qarın boşluğunun bitişmə xəstəliyi. Əməliyyatdan sonra ventral yırtığın hermioplastikası əməliyyatından sonrakı residiv yırtığı. Koxlear nevrit. OD sol gözün zəif dərəcə miopiyası, orta dərəcə amblopiyası. VİSOD=0,1 k/ilə (-1,0D)=0,2. VİSOS=1,0...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Qarının odlu silah kor qəlpə yaralanması (1983). Edilmiş laparatomiyadan sonrakı vəziyyət. Burunun qəlpə yarasından sonrakı defektinin plastikası əməliyya... səbəbi ilə 5 il müdddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy RMX-nın xx.xx.2021 -ci il tarixli göndərişi əsasmda baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Köndələn bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laparotomiya, köndələn çənbər bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət (xx.xx.1993).Sol qasıq nahiyəsinin yumşaq toxumalarının 3- 4 ədəd metalik hissəcikləri. Əməliyyatdan sonra qarın boşluğunun bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməməzliyi. Bağırsaqların təxliyyə funksiyasının pozulması. Xroniki qəbizlik. İİ anemiya. Həzm funksiyasının pozulması. Nevrasteniya yuxu pozğunluğu ilə. İkitərəfli koxlear nevrit eşitmənin hər iki qulaqda 2-ci dərəcəli zəifləməsi ilə. Görmə pozğunluğu, OU-hər iki gözün ambliopiyası. OU-presbiopiya(+2,5D).OU-Xroniki allerqik konyunktivit. Vis OD=0.09 k/etmir. VisOS=0.2 k/etmir....; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.

29. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-240273/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixdə adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığına görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - X5 Sosial Ekspert Komissiyasının arayışları; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- 240273/2023 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 326 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarının təsdiqli surəti; - Ekspert rəyi. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 326 nömrəli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı yaralanma – “Köndələn çəmbər bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laparotomiya, köndələn çəmbər bağırsaq yaralarının tikilməsindən sonrakı periton boşluğunda bitişmə prosesi, bağırsaqların funksiyasının mülayim dərəcədə pozulması ilə. Burunun yumşaq toxumalarının qəlpə yarasından sonrakı defektinə görə yaraya sərbəst dəri tikəsinin köçürülməsindən sonra bərkimə - attodermotransplantant.” diaqnozu üzrə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. İddiaçı ilkin olaraq xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, daha sonra təkrar olaraq xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

33. Bütün təyinatlar zamanı iddiaçının diaqnozu eyni (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, köndələn bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laporatomiya, köndələn çənbər bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət (xx.xx.1993), sol qasıq nahiyəsinin yumşaq toxumalarının 3-4 ədəd metalik hissəcikləri, əməliyyatdan sonra qarın boşluğunun bitişmə xəstəliyi, hissəvi bağırsaq keçməməzliyi, bağırsaqların təxliyə funksiyasının pozulması, xroniki qəbizlik, İİ anemiya, həzm funksiyasının pozulması, nevrasteniya yuxu pozğunluğu ilə, ikitərəfli koxlear nevrit, eşitmənin hər iki qulaqda 2-ci dərəcəli zəifləməsi ilə, görmə pozğunluğu, OU-hər iki gözün ambliopiyası, OU-presbiopiya (+2,5D), OU-xroniki allergik konyunktivit, Vis0D=0,09 k/etmir. VisOS=0,2 k/etmir) olmuş və həmin xəstəliklə əlaqədar iddiaçıya 11 il davamlı və fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

34. Bundan sonra İddiaçı əlillik vəziyyətinə Goranboy RMX-nın xx.xx.2021-ci il tarixli göndərişi əsasında yenidən baxılmış və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Köndələn bağırsağın zədələnməsi ilə qarnın kor qəlpə yaralanmasına görə aparılmış laparotomiya, köndələn çənbər bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət (xx.xx.1993). Sol qasıq nahiyəsinin yumşaq toxumalarının 3-4 ədəd metalik hissəcikləri. Əməliyyatdan sonra qarın boşluğunun bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməməzliyi. Bağırsaqların təxliyyə funksiyasının pozulması. Xroniki qəbizlik. İİ anemiya. Həzm funksiyasının pozulması. Nevrasteniya yuxu pozğunluğu ilə. İkitərəfli koxlear nevrit, eşitmənin hər iki qulaqda 2-ci dərəcəli zəifləməsi ilə. Görmə pozğunluğu, OU-hər iki gözün ambliopiyası. OU-presbiopiya (+2,5D).OU-Xroniki allerqik konyunktivit. Vis OD=0.09 k/etmir. VisOS=0.2 k/etmir....” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir.

35. Hansı ki, sonuncu göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar əvvəllər ona İİ dərəcə əlillik təyinatı zamanı mövcud olmuş və əlillik təyininə əsas olmuş diaqnozlar olmuş, hətta əlavə olaraq xəstəliyin ağırlaşması (D63.8* - Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, İİ anemiya. Həzm funksiyasının pozulması) da olmuşdur. Buna baxmayaraq, göndəriş əsasında iddiaçıya əlillik təyinatından imtina edilmiş, eyni zamanda Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı əyani müayinəsi həyata keçirilmiş və bu zaman qarnın ön divarından orta xətt üzrə yırtıq əməliyyatından sonrakı kəsiklər, göbək ətrafında 2 sm-lıq yırtıq aşkarlanmışdır. Boy 159 sm, çəki 58 kq-dır, boy/çəki defisiti izlənilməmişdir. Hazırda əlillik təyinatına əsas verən həzm orqanlarının funksional çatışmazlıq əlamətləri müəyyən edilməmişdir. Nəticədə Komissiyanın xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.

36. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə iddiaçıya 7 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunduğu müəyyən edilsə də, həm sənədlər iddiaçının təqdim etdiyi X5 Sosial Ekspert Komissiyasının arayışları ilə birlikdə tədqiq edilən zaman həmin müddətin 11 il olması məlum olur.

37. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-240273/2023 nömrəli məktubunda da İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edildiyi, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixdə adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığına görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırıldığı bildirilmişdir.

38. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyası ödənişinin həyata keçirildiyi müddət xx.xx.2010-xx.xx.2021-ci il tarixləri əhatə etmiş və bu müddət davamlı və fasiləsiz olmuşdur ki, bununla da iddiaçının İİ dərəcə əlilliyinin fasiləsiz 10 ildən artıq olması (11 il) təsdiq olunur.

39. İddiaçının əlilliyinin müddətinin bitdiyi həmin dövrdə (xx.xx.2021-ci il) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvədə olduğundan hazırkı mübahisənin həlli zamanı həmin Əsasnamənin müddəaları tətbiq olunmalıdır.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 3.4.2. və 3.4.2.2. bağırsaq bitişmələri, keçməzlik ilə (K56.5) həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən teztez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi; Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

41. Məhkəmə qeyd edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.

42. Hazırkı işdə iddiaçı ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.

43. İş materialları ilə də iddiaçının 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur.

44. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri pozulmaqla, iddiaçıya sonuncu dəfə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra (xx.xx.2021-ci il) göndəriş rəsmiləşdirilmədən müddətsiz əlillik təyin edilməli olduğu halda, edilməmişdir. Əksinə olaraq, xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əliliyinin müayinəsi xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş və diaqnoz əlilik əlaməti təyin etməməsi, xx.xx.2022-ci il tarixli müayinə zamanı diaqnoz əlilik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlilik təyinatının aparılmasından imtina edilmişdir.

45. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

46. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

47. Göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur

48. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilməli və İddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli **********9 nömrəli qərarı ləğv edilsin. İddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar