Məhkəmə qərarları › İş №2-1(114)-2240/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2240/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2240/2021 20.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı xitam verilmiş əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı iddia ərizəsi ilə 19.10.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xitam verilmiş əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli 2(006)- 2241/2021 nömrəli qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçının "xxxx" MMC-ə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiası təmin edilərək, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 02.02.2018-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməsi qət edilmişdir. Göründüyü kimi qətnamənin nəticə hissəsində qət edilmiş ifadə hazırki tələblə eynilik təşkil edir. Başqa sözlə həmin ifadə xitam verilmiş əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya altsisteminə daxil edilməsi vəzifəsini özündə ehtiva edir. Odur ki, hazırki məsələ sözügedən qətnamənin icrası müstəvisində həll edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında Plenum məhkəmələrə izah etmişdir ki, inzibati məhkəmə icraatında ilk növbədə iddianın mümkünlük şərtlərinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı xitam verilmiş əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar