Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2242/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-S-2211/2023 nömrəli arayışına əsasən X6 ilə X7 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və bu barədə Qazax rayon Daşsalahlı kənd İƏD-də 13 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Sultanov, arvada Sultanova soyadı verilmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-S/2209/2023 nömrəli arayışına əsasən X9 xx.xx.2009-cu il tarixdə Qazax şəhərində anadan olmuşdur. Bu barədə 20 fevral 2014-cü ildə Cavabdehndə 185 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X10r.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-S/2210/2023 nömrəli arayışına əsasən X8 xx.xx.2014-cü il tarixdə Qazax şəhərində anadan olmuşdur. Bu barədə 18 avqust 2014-cü ildə Cavabdehndə 794 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X10r.
4. Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 389965 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 578 nömrə ilə qeyd edilmişdir.
5. İddiaçı övladı X4 atalığının müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli 3-16-5/8-69 S-2208/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 6.2-ci bəndinə əsasən “Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır”. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsinə əsasən edilir. X6 vəfat etdiyi üçün övladının doğum haqqında akt qeydində atalığın müəyyən edilməsi mümkün deyildir. Odur ki, Cavabdeh onun atalığının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edir.
6. Məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən əldə edilmiş xx.xx.2014-cü il tarixli 3200 1 0185 nömrəli Doğum haqqında akt qeydindən məlum olur ki, X9 xx.xx.2009-cu il tarixdə Qazax şəhərində anadan olmuşdur. Onun doğumu barədə 20 fevral 2014-cü ildə Cavabdehndə 185 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında X6, ana qrafasında X11 qeyd edilmişdir.
7. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-111 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazax rayonu qeydiyyat şöbəsi tərəfindən X4 adına 20 fevral 2014-cü il tarixdə 185 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Məlumat üçün bildirirlər ki, X4 valideynləri X6 və İddiaçı 17 fevral 2014-cü il tarixdə Qazax rayonu Daşsalahlı kənd inzibati ərazi dairəsi tərəfindən 13 saylı aktla nikaha daxil olmuşlar. X4 adına doğum akt qeydi tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının" doğumun qeydə alınması qaydaları pozulmuşdur. Belə ki, baxmayaraq ki, X6 və İddiaçı 17 fevral 2014-cü il tarixdə Qazax rayonu Daşsalahlı kənd inzibati ərazi dairəsi tərəfindən 13 saylı aktla nikaha daxil olmuşlar, övladları Sevil Sultanlı xx.xx.2009-cu ildə doğulmuşdur. Sevil Sultanlının adına doğum akt qeydi tərtib olunarkən valideynlərin atalığın müəyyən edilməsi haqqında birgə ərizəsi və ya məhkəmə qətnaməsi qəbul edilməliydi. X12 valideynləri X3 və Sultanova (Həsənova) Vüsalə Alı qızının atalığın müəyyən edilməsi haqqında ərizəsi və ya məhkəmə qətnaməsi tələb edilmədən doğum akt qeydi tərtib olunmuşdur. Bayram Sultanov 03 noyabr 2023-cü ildə vəfat edib. Mövcud qanunvericiliyə uyğun olaraq şəxslərdən biri vəfat etdiyi üçün atalığın müəyyən edilməsi məhkəmə qətnaməsi əsasında aparılmalıdır. Odur ki, 30 dekabr 2009-cu ildə doğulmuş X4 adına "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və atalıq haqqında akt qeydi aşkar olunmamışdır. II. Məhkəmədə icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum X6 ilə faktiki nikahlarından 30 dekabr 2009-cu il tarixdə anadan olmuş X4 doğum akt qeydində ata qrafasında atasının 03 noyabr 2023-cü il tarixdə vəfat etmiş X3 qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X6 ilə 29 aprel 2009-cu ildə ailə həyatı qurmuşdur. Nikahlarını 17 fevral 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 30 dekabr 2009-cu il tarixdə X9 və 09 avqust 2014-cü il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. X6 03 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. 30 dekabr 2009cu il təvəllüdlü X9 anadan olarkən mərhum X6 ilə aralarında nikah bağlanmamışdır. 30 dekabr 2009-cu il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsində ata qrafasında mərhum X6 qeyd edilsə də qızının doğum akt qeydində ata qrafası boş saxlanılmışdır. Bu isə ona çətinliklər yaradır. Bu barədə o, Cavabdehnə müraciət etsə də ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə qaydasında olmadan bu faktın müəyyən edilməsi mümkün deyildir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq mülki işə etirazlarının olmadığını bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
13. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
14. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mərhum həyat yoldaşının ölümü ilə qızı X5 ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün sosial təminat orqanlarına müraciət edən zaman ona bildirmişlər ki, qızı X9 nikahdan əvvəl doğulduğundan onun atasının məhz 03 noyabr 2023-cü il tarixdə vəfat etmiş X6 olmasını təsdiq edən sənəd təqdim edilməlidir. O, bu barədə Cavabdehnə müraciət etmiş və ona bildirmişlər ki, X4 doğum akt qeydi aparılarkən X3 onun atası olması barədə ərizəsi yaxud atalığının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi mövcud deyildir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
18. İddiaçı hazırkı tələbində mərhum X6 ilə faktiki nikahlarından 30 dekabr 2009-cu il tarixdə anadan olmuş X4 doğum akt qeydində ata qrafasında atasının 03 noyabr 2023cü il tarixdə vəfat etmiş X3 qeyd edilməsini xahiş edir.
19. Halbuki, məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2014-cü il tarixli 3200 1 0185 nömrəli Doğum haqqında akt qeydindən məlum olur ki, X9 xx.xx.2009-cu il tarixdə Qazax şəhərində anadan olmuşdur. Bu barədə 20 fevral 2014-cü ildə Cavabdehndə 185 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında X6, ana qrafasında X11 qeyd edilmişdir.
20. Göründüyü kimi, iddiaçının övladı X4 doğum haqqında akt qeydində ata qrafasında ata haqqında məlumatlar tam göstərilmişdir.
21. İddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mərhum həyat yoldaşının ölümü ilə qızı X5 ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün sosial təminat orqanlarına müraciət edən zaman ona bildirmişlər ki, qızı X9 nikahdan əvvəl doğulduğundan onun atasının məhz 03 noyabr 2023-cü il tarixdə vəfat etmiş X6 olmasını təsdiq edən sənəd təqdim edilməlidir. O, bu barədə Cavabdehnə müraciət etmiş və ona bildirmişlər ki, X4 doğum akt qeydi aparılarkən X3 onun atası olması barədə ərizəsi yaxud atalığının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi mövcud deyildir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-111 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazax rayonu qeydiyyat şöbəsi tərəfindən X4 adına 20 fevral 2014-cü il tarixdə 185 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Məlumat üçün bildirirlər ki, X4 valideynləri X6 və İddiaçı 17 fevral 2014-cü il tarixdə Qazax rayonu Daşsalahlı kənd inzibati ərazi dairəsi tərəfindən 13 saylı aktla nikaha daxil olmuşlar. X4 adına doğum akt qeydi tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının" doğumun qeydə alınması qaydaları pozulmuşdur. Belə ki, baxmayaraq ki, X6 və İddiaçı 17 fevral 2014-cü il tarixdə Qazax rayonu Daşsalahlı kənd inzibati ərazi dairəsi tərəfindən 13 saylı aktla nikaha daxil olmuşlar, övladları Sevil Sultanlı xx.xx.2009-cu ildə doğulmuşdur. Sevil Sultanlının adına doğum akt qeydi tərtib olunarkən valideynlərin atalığın müəyyən edilməsi haqqında birgə ərizəsi və ya məhkəmə qətnaməsi qəbul edilməliydi. X12 valideynləri X3 və Sultanova (Həsənova) Vüsalə Alı qızının atalığın müəyyən edilməsi haqqında ərizəsi və ya məhkəmə qətnaməsi tələb edilmədən doğum akt qeydi tərtib olunmuşdur. Bayram Sultanov 03 noyabr 2023-cü ildə vəfat edib. Mövcud qanunvericiliyə uyğun olaraq şəxslərdən biri vəfat etdiyi üçün atalığın müəyyən edilməsi məhkəmə qətnaməsi əsasında aparılmalıdır. Odur ki, 30 dekabr 2009-cu ildə doğulmuş X4 adına "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və atalıq haqqında akt qeydi aşkar olunmamışdır.
23. Göründüyü kimi, iddiaçının övladı X9 xx.xx.2009-cu il tarixdə doğularkən onun valideynləri olan Sultanova (Həsənova) Vüsalə Alı qızı və X6 rəsmi nikahda olmamışlar, onların nikahı rəsmi qaydada xx.xx.2014-cü il tarixdə bağlanmış və bu barədə Qazax rayon Daşsalahlı kənd İƏD-də 13 saylı akt qeydi tərtib olunmuşdur. Bundan sonra X4 doğum haqqında akt qeydi 20 fevral 2014-cü il tarixdə tərtib edilmiş, lakin bu zaman ata qrafasında ata haqqında məlumatlar özünü ata hesab edən şəxsin ərizəsi və atalığın müəyyən edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeyd edilməli olmasına baxmayaraq, həmin sənədlər tələb olunmadan və təqdim edilmədən doğum akt qeydində uşağın atasının X6 olması barədə qeyd aparılmışdır.
24. X1 vəfatı ilə əlaqədar X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi zamanı pensiya təyinatı orqanı tərəfindən X4 atasının X6 olması barədə sənəd tələb edildiyi üçün hazırkı mübahisəli vəziyyət yaranmışdır.
25. Lakin məhkəmə qeyd edir ki, X4 doğum akt qeydində ata qrafasında onun X2 qeyd edildiyindən və əslində iddiaçının hüquqi marağı X4 atasının X6 olması faktını təsdiq edən sənəd əldə etmək olduğundan, bu məsələ rayon məhkəməsi tərəfindən atalığın tanınması (etirafı) faktının müəyyən edilməsi kimi xüsusi icraat qaydasında baxılaraq, həll edilməlidir.
26. Belə ki, Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
27. Hazırkı işdə uşağın X2 xx.xx.2023-cü ildə ölmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı atalığın tanınması (etiraf olunması) faktının müəyyən edilməsi barədə ərizə ilə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.10. Məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır.
29. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın-yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni, atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.
30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
31. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya müvafiq ərizə ilə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
32. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır.
33. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hüquqi marağına uyğun olaraq müvafiq tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva