Məhkəmə qərarları › İş №2-1(114)-225/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-225/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-225/2020 25.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X32 (üçüncü şəxslər X17, X10, X20 və X13) qarşı şəhadətnamədə 0,36 ha torpaq sahəsi üzrə aparılmış qeydin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X32 (üçüncü şəxslər Şəmkir Rayon İcra Hakimiyyəti, X17, X25, X4) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Şəmkir rayonu, Abbaslı kəndində yerləşən və qaynanası X14 miras qalan və onun istifadəsində olan 0,36 ha torpaq sahəsinə dair X5 adına aparılmış qeydin ləğv edilməsi və həmin qeydiyyat əsasında xx.xx.2006-cı il tarixdə verilmiş JN-316F KOD 50413068 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X32 (üçüncü şəxslər Şəmkir Rayon İcra Hakimiyyəti, X17, X25, X4, X10, X20, X13) qarşı Şəmkir rayonu, Abbaslı kəndində yerləşən və qaynanası X14 miras qalan və onun istifadəsində olan 0,36 ha torpaq sahəsinə dair Şəmkir rayon X12 xx.xx.1998-ci il tarixli, 50 nömrəli qərarının və həmin qeydiyyat əsasında xx.xx.2006-cı il tarixdə verilmiş JN-316F KOD 50413068 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(83)-60/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(104)-294/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(83)-60/2019 nömrəli qərardadı ləğv olunmuş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməyə göndərilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayon X12 xx.xx.1998-ci il tarixli, 50 nömrəli qərarına əsasən X5 adına aparılmış qeydin və həmin qeyd əsasında xx.xx.2016-cı il tarixdə verilmiş JN-316F KOD 50413068 nömrəli şəhadətnamənin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayon X12 xx xxxxx 1998-ci il tarixli, 50 nömrəli qərarı əsasında üçüncü şəxslər X11, X3, X15 və X6 verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 316F KOD 50413068 nömrəli şəhadətnamədə 0,36 ha torpaq sahəsi üzrə aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X30 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci il tarixdə Şəmkir rayonunun Abbaslı kənd sakini X7 ilə faktiki olaraq evlənərək nikahılarını həmin tarixdə Bakı şəhər Orjanikidze rayon Qeydiyyat şöbəsində qeydiyyata aldıraraq rəsmiləşdirmişlər. Evlənərkən X39ın yaşadığı, yəni Şəmkir rayonun Abbaslı kəndində yerləşən, atası X8 və anası X21 məxsus 0,36 ha həyətyanı torpaq sahəsində yerləşən evə gəlin köçmüş, sonradan onlarla birgə həmin evdə yaşamışdır. X1 1960-cı ildə, qayınanası X27 xx.xx.1972-ci ildə, əri X7 xx.xx.1972-ci ildə vəfat etmişlər. Qayınatası Hüseynqulu vəfat etdkdən sonra qeyd etdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi qayınanası X18 adına qeydə alınmışdır. Mərhum qayınatası Hüseynqulunun və Şəfiyeva Şəkərin 5 övladları, yəni oğlu iddiaçının mərhum əri Qurban, qızları Zinyət, Zümrüd, Dursun, Həmayə olmuşlar, hansılar ki, vəfat etmişlər. Mərhum qayınanası X18 Şəmkir rayonun Abbaslı kəndində adına qeydə alınmış, ondan miras qalmış 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini iddiaçı qəbul və idarə etmişdir. Yəni iddiaçı onların vərəsəsidir. Belə ki, qeyd etdiyi miras mülkü mərhum X39la o faktiki olaraq qəbul edib idarə etmişlər. X9 və qayınanası Şəfiyeva Şəkər vəfat edərkən onları mərhum əri Qurbanla iddiaçı dəfn etmişdir.X39 rəhmətə getdikdən sonra onuda iddiaçı dəfn etmiş və onun valideynlərindən qalmış mirası onun ölümündən sonra o, qəbul etmiş və idarə etmişdir. Ona görə də mərhum qayınanası X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Şəmkir rayon notariat kontoruna müraciət etmişdir. Hüquqlarını bilmədiyindən mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş 6 (altı) aylıq müddət buraxdığına görə notariat kontoru xx.xx.2015-ci il tarixli qərarı ilə qayınanasından miras qalmış əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, bundan başqa sözü gedən miras mülkü o, faktiki olaraq qəbul etdikdən bir müddət sonra səhhətində problem yaranmışdır. Ona görə də Bakı şəhərinə gedərkən həmin miras mülkü mühafizə etməsi üçün mərhum baldızm X2 oğlu X5 müvəqqəti olaraq istifadəsinə vermişdir. Müvəqqəti olsa belə X17 miras mülkdə yaşadığına görə Şəmkir rayon AİK nin xx xxxxx 1998-ci il tarixli 50 saylı qərarına əsasən Abbaslı kənd sakinlərinə kütləvi şəkildə həyətyanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilərkən səhvən S.Z.Rəsulova miras torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, o isə bunu iddiaçıdan gizlətmişdir. Bunu o, xx.xx.2015-ci il tarixdə vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün Şəmkir rayon notariat kontoruna müraciət edərkən bilmişdir. Qayınatası və qayınanası vəfat etdikdən sonra bu torpaq sahəsindən yalnız iddiaçının ailəsi istifadə etmiş və bu faktı bütün kənd əhalisi, yerli özünüidarəetmə orqanları və yerli hakimiyyət orqanı nümayəndələri təsdiq edə bilərlər. Şəmkir rayon AİK-nin onun istifadəsində olan həyətyanı torpaq sahəsinin S.Rəsulova verilməsi qanunsuzdur. Çünki bu qərar «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9,10,29-31,47-51-ci maddələrinin tələblərini pozmaqla verilmişdir və ləğv edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib olunmuş adlı siyahından görünür ki, Şəmkir rayon X12 xx.xx.1998-ci il tarixli 50 nömrəli qərarı ilə X17 və ailə üzvlərinə (4 nəfər) 0,15 ha həyətyanı sahə xüsusi mülkiyyətə verilmişdir. Şəhadətnamədə isə 0,36 ha torpaqsahəsinin S.Rəsulovun mülkiyyətinə xerilməsi göstərilir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X22 xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi onun atasının valideynlərinə məxsus olsa da, X12 qərarı ilə üçüncü şəxslərə verilmişdir. Odur ki, Şəmkir rayon X12 xx xxxxx 1998-ci il tarixli, 50 nömrəli qərarı əsasında üçüncü şəxslər X11, X3, X15 və X6 verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-316F KOD 50413068 nömrəli şəhadətnamədə 0,36 ha torpaq sahəsi üzrə aparılmış qeydin ləğv edilməsini xahiş edir. Hesab edir ki, həmin qeyd əsassız aparılmışdır. Çünki Şəmkir rayon X12 xx.xx.1998-ci il tarixli 50 nömrəli qərarı ilə X17 və ailə üzvlərinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının vəkili X28 xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini və əlavə izahatının olmadığını bildirmişdir. İş üzrə tərəflərə və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri varədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Göründüyü kimi iddia ərizəsində iddiaçı tərəfindən X12 xx xxxxx 1998-ci il tarixli, 50 nömrəli qərarı əsasında üçüncü şəxslər X11, X3, X15 və X6 verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-316F KOD 50413068 nömrəli şəhadətnamədə 0,36 ha torpaq sahəsi üzrə aparılmış qeyd mübahisələndirilmiş və ləğv edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlumolur ki, iddiaçı inzibati orqanın bundan təxminən 22 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə həmçininqeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X32 (üçüncü şəxslər X17, X10, X20 və X13) qarşı şəhadətnamədə 0,36 ha torpaq sahəsi üzrə aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X32 (üçüncü şəxslər X17, X10, X20 və X13) qarşı şəhadətnamədə 0,36 ha torpaq sahəsi üzrə aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar