Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2252/2022 19.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir SES tikinti quraşdırma idarəsində bənna kimi işlədiyi 1998-ci ilin 4 ayının, yəni aprel, may, iyun, iyul aylarının, Şəmkir TCTB-nin 4№-li Tikinti İdarəsində bənna kimi işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək olan müddətin sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.1974-cü ildən xx.xx.1975-ci il tarixədək təhsil aldığı müddət, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajının 24 il 4 ay nəzərə alınmışdır. Bundan başqa əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək olan əmək fəaliyyəti ilə bağlı əmək haqqı cədvəlləri Dövlət arxivinə təhvil verilmədiyindən və Şəmkir SES tikinti quraşdırma idarəsindəki əmək fəaliyyəti zamanı 1998-ci il tarixində 4 ay müddətində adına əmək haqqı hesablanmadığından həmin müddətlər cavabdeh tərəfindən qəbul edilməyərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 1998-ci il tarixdə Şəmkir SES tikinti quraşdırma idarəsində bənna və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəmkir TCTB-nin 4№-li Tikinti İdarəsində bənna kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı xx.xx.2006-cı il tarixədək 21 İl 06 ay 26 gün, xx.xx.2006cı il tarixindən sonra 02 il 10 ay olmaqla ümumilikdə 24 il 04 ay 26 gün təşkil edir: 1) Hərbi biletə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Sovet ordusunda hərbi xidmət keçdiyi müddət; 2) xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil aldığı müddət; 3) Əmək kitabçasına əsasən, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-ci il tarixinədək, xx.xx.1990-ci il tarixindən xx.xx.1990-ci il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü; 4) xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək Şəmkir rayon Kür qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat Sahəsində əmək fəaliyyəti dövrü. İddiaçının mübahisələndirilən sığorta staiı ümumilikdə 02 il 10 ay 22 gün təşkil edir: 1) İddiaçının Şəmkir rayon 4 nömrəli Tikinti İdarəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyini iddia etdiyi dövrlər. İddiaçı həmin dövrlərdə işlədiyini iddia etsə də, 2 saylı Qazax-Tovuz regional filialının 13 yanvar 2022-ci il tarixli yoxlama aktına əsasən iddiaçının işlədiyi Şəmkir rayon 4 nömrəli Tikinti İdarəsinin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək arxiv sənədləri Şəmkir Arxiv İdarəsinə təhvil verilməmiş və əmək haqqı cədvəllərində xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrlər üzrə əməkhaqqı ödənilmədiyi müəyyən edilmişdir. Buna görə də həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Bundan əlavə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək olan müddətdə əmək haqqı cədvəlləri xx.xx.2022-ci il tarixli k- 3-118 nömrəli arxiv arayışında qeyd edildiyi kimi arxivə təhvil verilmədiyindən həmin dövr nəzərə alınmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - təsdiq edilmiş surəti işə əlavə edilmiş iddiaçıya məxsus ИT-l ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci ildə Şəmkir 4 №-li TCTB-də 5-ci dərəcəli bənna vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə isə öz ərizəsi əsasında işdən azad edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət X2 xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, Şəmkir 4 №-li tikinti idarəsinin xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək olan sənədlərinin Şəmkir Arxiv idarəsinə təhvil vermədiyi üçün yoxlamaq mümkün olmamışdır. - Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, k-3-118 nömrəli arxiv arayışından görünür ki, «TCTB» birliyi idarəsinin əmr kitablarına əsasən İddiaçı idarənin xx.xx.1992-ci il tarixli 32-k § 3 №-li əmri ilə xx.xx.1992-ci il tarixdən 5-ci dərəcəli bənna vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin xx.xx.1994-cü il tarixli 45 №-li əmri ilə işdən azad edilmişdir. İdarənin əmək haqqı kitabları arxivə təhvil verilməmişdir. Bundan əlavə Şəmkir SES TQİ-nin əmək haqqı kitablarında iddiaçının 1994-2000-ci illərdə 1998-ci ilin aprel, may, iyun və iyul aylarında əmək haqqı hesablanmadığı müyyən edilmişdir. - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Şəmkir SES tikinti quraşdırma idarəsindəki əmək fəaliyyəti zamanı 1998-ci il tarixində 4 ay, 1999-cu il tarixində 2 ay adına əmək haqqı hesablanmadığından, həmçinin Şəmkir TCTB-nin 4-№ Tikinti İdarəsinin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan əmək haqqı cədvəlləri X4 filialına təhvil verilmədiyindən həmin illər onun sosial sığorta stajına daxil edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixədək işləmiş olduğu Şəmkir rayon 4 nömrəli Tikinti İdarəsinin arxiv sənədlərinin Arxiv idarəsinə təhvil verilməməsi, həmçinin xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixədək əmək haqqı cədvəllərində əməkhaqqı ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Şəmkir TCTB-nin 4№-li Tikinti idarəsində işləmişdir. Bu səbəbdən də həmin illərə aid əmək haqqı cədvəllərinin arxiv idarəsinə təhvil verilməməsi iddiaçının həmin dövr üzrə əmək fəaliyyətinin olmamasını deməyə əsas vermir, eyni zamanda bu hal ona məxsus əmək kitabçasında olan qeydlərin doğruluğunu şübhə altına almağa əsas vermir. Bundan əlavə əmək kitabçası ilə təsdiq olunur ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Şəmkir SES tikinti quraşdırma idarəsində işləmişdir. Qeyd olunan fakt Dövlət Arxivinə təhvil verilmiş əmək haqqı cədvəlləri ilə də öz təsdiqini tapır. Lakin cavabdeh sözügedən dövrdə 1998-ci ilin aprel, may, iyun və iyul aylarına dair əmək haqqı cədvəllərində iddiaçıya əmək haqqı ödənilməsi barədə məlumatın olmaması səbəbindən həmin dövrü sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 24 il 04 ay 26 gündür. Əmək kitabçasına əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək (2 il 4 ay 24 gün) və 1998-ci il tarixdə 04 ay işlədiyi müddətlər də nəzərə alındıqda iddiaçının ümumilikdə 27 il 1 ay 20 gün sığorta stajı yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox (27 il 1 ay 20 gün) sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapır. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 27 il 1 ay 20 gün) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Şəmkir rayon 4 nömrəli Tikinti İdarəsində və 1998-ci ilin aprel, may, iyun və iyul aylarında Şəmkir SES tikinti quraşdırma idarəsində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Şəmkir rayon 4 nömrəli Tikinti İdarəsində və 1998-ci ilin aprel, may, iyun və iyul aylarında Şəmkir SES tikinti quraşdırma idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2252/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2252/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver