Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2253/2020 16.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X3rşı məcburi ödənişlərin müəyyən edilərək dövlət büdcəsinə ödənilməsi tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “xxxx” MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X7 tərəfindən Daş Salahlı ərazisində yerləşən “xxxx” MMC-yə məxsus daş karxanasında 2016-2019-cu illər ərzində işıq sərfiyyatı 36000 manat faktına dair MMC-də audit maliyyə uçot ilə yerində baxış, kameral yoxlama aparılmalı, nəzarətedici orqanların hərəkətsizliyindən, gizlədilən vergi və sığortadan əldə edilən külli miqdarda vəsaitlərdən tutulmalı olan hissəsindən məcburi ödənişləri müəyyən etməklə dövlət büdcəsinə ödənilməsini təmin etmək vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X4 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu Daş Salahli kəndində yerləşən “xxxx” MMC -nin icraçi direktoru X2 məhkəmə qərarı ilə 2017-2019-cu illər ərzində azadlıqdan məhrum olunduğu dövr ərzində cavabdeh təsisçi qanunsuz sahibkarlıq, vergidən yayınma, dağ mədən istehsalı ilə məşğul olmaqla MMC-ni gözlənilən maliyyə sanksiyalarına məruz qoymaqla gəlir əldə etmişdir. İcraçı direktor azadlığa çıxan kimi vəzifə səlahiyyətlərinin icrasına maneələr törətməsi “xxxx” MMC-də dağ mədən işlərininin məcburi dayanmasına səbəb olmuşdur. MMC-nin 2017-2019-cu illər ərzində cavabdehin fəaliyyəti və inzibati nəzarət orqanlarının hərəkətsizliyi nəticəsində dövlətə və MMC-yə küllü miqdarda vergidən yayınma gəlirlərin gizlədilməsi ilə ziyan dəymişdir. MMCnin 2017-2019-ci illər ərzində işiq sərfiyyatı haqqında çıxarışları dağ mədən işlərinin aparılmasına mötəbər sübutdur. Son nəticədə maliyyə sanksiyalarının kimə aid olması 14 saylı X4 marağına toxunur, eyni qaydada da gələcəkdə maliyyə sanksiyalarının kimə aid olması məhkəmə qərarları ilə təsdiqini tapması maraqlı şəxslərin qanuni tələbləridir. İş üzrə qərar dağ mədən işlərinin dayandırılmasına olan maneələrə məcbur etmə ilə son qoyulması tələbləridir. Belə ki, MMC işlədiyi halda maliyyə sanksiyalarını dövlətə ödəməyə imkanlarını genişləndirmək kimi əlverişli şərait qazanacaq, işçilər işlə təmin olunacaq, azad sahibkarlıq məntiqi hüquqi müstəviyə qayıdacaq və nəzarətedici orqanların funksiyası bərpa olunacaqdır Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması ona təklif olunmuşdur. İddiaçı tərəfindən sərəncamın tələblərinə riayət edilməmiş və məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbi qeyri-müəyyəndir. Belə ki, iddiaçı ərizəsində tələbinin nədən ibarət olmasını, hüquqlarının inzibati orqan tərəfindən pozulmasını, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunmasını iddia ərizəsində qeyd etməmiş və tələbini əsaslandırmamışdır. Belə ki, iş materiallarında olan 14 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətinizdə göstərilən məsələlər tam və hərtərfli araşdırılması ilə bağlı «xxxx-Asiman» MMC-də səyyar vergi yoxlamasının təyin edilməsi üçün tərəfimizdən müvafiq tədbirlər görülür və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə təkrar olduğunuz xx.xx.2020-ci il tarixli müraciətinizdə göstərilən məsələlər tərəflərindən «xxxx-Asiman» MMC-də keçiriləcək səyyar vergi yoxlaması zamanı vergi orqanlarının səlahiyyətləri daxilində araşdırılaraq nəticəsi barədə ətraflı məlumat verilməsinin təmin ediləcəkdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Bundan başqa cavabdeh 14 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu imtina xarakterli inzibati akt deyildir və inzibati orqan vergi qanunvericili ilə nəzərdə tutulan səlahiyyətləri həddində iddiaçının ərizəsi əsasında araşdırılma aparılacağını və nəticələri barədə ətraflı məlumat veriləcəyini qeyd etmişdir. Bu əsasla həmin məktub «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən aralıq inzibati aktdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.5. maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. 2.0.9. maddəsinə əsasən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. 32.2. maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1. maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 71.3. maddəsinə əsasən yalnız səlahiyyətlə bağlı, etirazla bağlı, icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı və qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər: Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X3rşı məcburi ödənişlərin müəyyən edilərək dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X3rşı məcburi ödənişlərin müəyyən edilərək dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2253/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2253/2020
16.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver