Məhkəmə qərarları › İş №2-1(114)-2257/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2257/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2257/2025 18.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. X4 xx.xx.2023-cü il tarixli Stasionar xəstənin tibbi kartasından çıxarışında diaqnoz “S41 Sol çiyin nahiyəsinin güllə yaralanması, S76 Sol budun odlu silah yaralanması, sol bud sinirinin neyropatiyası” kimi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hospitalının 1290/2023 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizində diaqnoz “Partlayış və güllə yaralanması (xx.xx.2023) nəticəsində sol çiyin və sol bud nahiyələrinin kor güllə yaralanmasına görə aparılmış yaraların İ cərrahi işlənməsi, yad cismin xaric olunmasından sonrakı vəziyyət. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Kəskin akustik travma mənşəli sensonevral eşitmə azlığı” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hospitalının 1520/2023 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2023) və güllə yaralanması nəticəsində sol çiyin və sol bud nahiyələrinin kor qəlpə və güllə yaralanmalarına görə yaraların İ cərrahi işlənməsindən sonrakı çapıqlar-yumşaq toxumaların yad cismi (metal qəlpə), keçirilmiş qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Akustik mənşəli xroniki sensonevral eşitmə azlığı” kimi qeyd edilmişdir.

4. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmasından sonra sol kürək sümüyünün aşağı bucağı nahiyəsində sol bazu oynağının ön, sol budun yuxarı 1/3-nin arxa qasıq nahiyəsinin ön səthlərində çapıq toxumaları, sol budun yuxarı orta 1/3 nahiyəsində yumşaq toxumalarda böyüyü 5 mm ölçülü olan bir neçə metal qəlpəsi, daimi ağrı sindromu ilə” kimi qeyd edilmişdir.

5. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X8 şöbəsinin xx.xx.2024-cü il tarixli BERA müayinəsinin nəticəsində diaqnoz “İki tərəfli xroniki neyrosensor ağıreşitmə, sol İİİ, sağ İİ dərəcəli” kimi qeyd edilmişdir.

6. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3192 nömrəli tibbi rəyində diaqnoz “Uzunmüddətli posttravmatik stress pozuntusu F43.1. Ağır depressiv epizod və intihar fikirləri ilə” kimi müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2023). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Uzunmüddətli posttravmatik stress pozğunluğu. Ağır depressiv epizod və intihar fikirləri ilə. Hava zərbə dalğası nəticəsində ikitərəfli neyrosensor tipli ağlreşitmə, sol qulaq İİİ (üçüncü), sağ qulaq İİ (ikinci) dərəcə. Pıçıltı nitqi:AD/AS=3 m/1 m. Sol çiyin nahiyəsinin odlu silah kor güllə, sol bud və qasıq nahiyələrinin odlu silah kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol çiyin nahiyəsindən güllənin xaric edilməsi (xx.xx.2023), sol bud nahiyəsindən qəlpənin xaric edilməsi (xx.xx.2023) cərrahi əməliyyatlarından sonrakı tam bərkimiş dəri çapıqları. Sol budun yuxarı-orta 1/3-nin yumşaq toxumalarının çıxarılmamış yad cisimləri (metal qəlpələr) XBT-10, Y36.2; S06.0; F43.1; F32.2; H90.3; Y36.4; L90.5; M79.5" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Öd kisəsinin polipi (XBT-10, D37.6)” diaqnozlu xəstələyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

8. Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nın xx.xx.2024-cü il tarixli protokolundan 222/24 nömrəli çıxarışında diaqnoz “F43.1 Posttravmatik stress pozğunluğu. Depressiv epizod, intihar cəhdləri ilə” kimi qeyd edilmişdir.

9. 17072 nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 373 nömrəli arayışında göstərilmişdir ki, MAXE-əsgər İddiaçı xx.xx.2023-cü il tarixdə Lokal antiterror tədbirləri zamanı “Partlayış travması (xx.xx.2023) Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Uzunmüddətli posttravmatik stres pozğunluğu. Ağır depressiv epizod və intihar fikirləri ilə. Hava zərbə dalğası nəticəsində ikitərəfli neyrosensor tipli ağıreşitmə, sol qulaq 3-cü, sağ qulaq 2-ci dərəcə. Pıçıltı nitqi: AD/AS=3m/1m. Sol çiyin nahiyəsinin odlu silah kor güllə, sol bud və qasıq nahiyələrinin odlu silah kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol çiyin nahiyəsindən güllənin xaric edilməsi (xx.xx.2023), sol bud nahiyəsindən qəlpənin xaric edilməsi (xx.xx.2023) cərrahi əməliyyatlarından sonrakı tam bərkimiş dəri çapıqları. Sol budun yuxarı orta 1/3-nin yumşaq toxumalarının çıxarılmamış yad cisimləri (metal qələpələr)” diaqnozlu travma almışdır.

10. Goranboy rayon 24 nömrəli poliklinikasının xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) 111039 nömrəli çıxarışında diaqnoz “F06.3 Üzvi (xx.xx.2023-cü il tarixdə antiterror əməliyyatları zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə” kimi qeyd edilmişdir.

11. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında əsas diaqnoz “F43.1 Posttravmatik stress pozğunluğu”, yanaşı xəstəliklər “F33.3 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.

12. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs AkademikZ.Məmmədov adına Xəstəxananın Oftalmologiya şöbəsinin xx.xx.2024-cü il tarixli 1137 nömrəli tibbi rəyində diaqnoz “Hər iki gözdə zəif dərəcəli hipermetropiya. Ambliopiya” kimi qeyd edilmişdir.

13. X7 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyində diaqnoz “H52.0-Hipermetropiya; H52.2-Astiqmatizm” kimi müəyyənləşdirilmişdir.

14. 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında diaqnoz “F06.3 Üzvi (xx.xx.2023-cü il tarixdə Antiterror əməliyyatları zamanı keçirilmiş qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, kobud davranış pozuntuları, ağır dərəcəli depressiv epizod, intihar fikirləri, anamnezində intihar cəhdləri” kimi qeyd edilmişdir.

15. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, yanaşı xəstəliklər “F33.1 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.

16. X6 xx.xx.2024-cü il tarixli Kontrastsız beyin KT müayinəsinin nəticəsi “Mikro travma ocaqları KT müayinəsi ilə inkar edilə bilmir” kimi qeyd edilmişdir.

17. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişindəki “Üzvi (xx.xx.2023-cü il tarixli antiterror əməliyyatları zamanı keçirilmiş QKBT nəticəsində) affektiv pozuntu, ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə. Posttravmatik stress pozuntusu. Görmə pozğunluğu. Yumşaq toxumalarda qalmış yad metal cisim (qəlpə). Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin itirilməsi” diaqnu üzrə xx.xx.2024cü il tarixdə qiymətləndirərək, diaqnozun öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8560/2024 nömrəli qərar qəbul edilmişdir.

18. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2025-ci il tarixli 3-13-14/2-549/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi- Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli xəstəlik haqqında şəhadətnaməsi hal-hazırda qüvvədədir. II. Məhkəmədə icraat

19. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuşdur. O, əliliyin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq imtina etmişdir. Belə ki, onun diaqnozu ona əliliyin təyin edilməsi üçün əsasdır. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, onun qanuni olaraq təyin edilmiş əlillik dərəcəsi cavabdeh tərəfindən əsassız olaraq təyin edilmir. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq nəticə olmamışdır. O, hərbi xidmət dövründə xəsarət almışdır və müxtəlif vaxtlarda müxtəlif müalicə müəssisələrində müalicə və müayinə olmuşdur. Cavabdehin imtinasını əsassız hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2024cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

22. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

23. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

24. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

25. Belə ki, xx.xx.2024-cü il tarixdə imtina barədə iddiaçıya bildiriş göndərildiyindən, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən müddət ötürülməmişdir.

26. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

27. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

28. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

30. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

31. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

32. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - X4 xx.xx.2023-cü il tarixli Stasionar xəstənin tibbi kartasından çıxarışı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hospitalının 1290/2023 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizi; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hospitalının 1520/2023 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizi; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışı; - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X8 şöbəsinin xx.xx.2024-cü il tarixli BERA müayinəsinin nəticəsi; - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3192 nömrəli tibbi rəyi; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə); - Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nın xx.xx.2024-cü il tarixli protokolundan 222/24 nömrəli çıxarışı; - 17072 nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 373 nömrəli arayışı; - Goranboy rayon 24 nömrəli poliklinikasının xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) 111039 nömrəli çıxarışı; - “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı; - “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs AkademikZ.Məmmədov adına Xəstəxananın Oftalmologiya şöbəsinin xx.xx.2024-cü il tarixli 1137 nömrəli tibbi rəyi; - X7 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyi; - 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı; - “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı; - X6 xx.xx.2024-cü il tarixli Kontrastsız beyin KT müayinəsinin nəticəsi; - “Diaqnozun təsdiqlənməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 8560/2024 nömrəli qərar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2025-ci il tarixli 3-13-14/2-549/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

34. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

35. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2023). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Uzunmüddətli posttravmatik stress pozğunluğu. Ağır depressiv epizod və intihar fikirləri ilə. Hava zərbə dalğası nəticəsində ikitərəfli neyrosensor tipli ağlreşitmə, sol qulaq İİİ (üçüncü), sağ qulaq İİ (ikinci) dərəcə. Pıçıltı nitqi:AD/AS=3 m/1 m. Sol çiyin nahiyəsinin odlu silah kor güllə, sol bud və qasıq nahiyələrinin odlu silah kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol çiyin nahiyəsindən güllənin xaric edilməsi (xx.xx.2023), sol bud nahiyəsindən qəlpənin xaric edilməsi (xx.xx.2023) cərrahi əməliyyatlarından sonrakı tam bərkimiş dəri çapıqları. Sol budun yuxarı-orta 1/3-nin yumşaq toxumalarının çıxarılmamış yad cisimləri (metal qəlpələr) XBT- 10, Y36.2; S06.0; F43.1; F32.2; H90.3; Y36.4; L90.5; M79.5" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Öd kisəsinin polipi (XBT-10, D37.6)” diaqnozlu xəstələyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

36. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişindəki “Üzvi (xx.xx.2023-cü il tarixli antiterror əməliyyatları zamanı keçirilmiş QKBT nəticəsində) affektiv pozuntu, ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə. Posttravmatik stress pozuntusu. Görmə pozğunluğu. Yumşaq toxumalarda qalmış yad metal cisim (qəlpə). Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin itirilməsi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8560/2024 nömrəli qərar qəbul edilmişdir.

37. İş materiallarında olan Xəstəlik tarixlərindən çıxarışlardan görünür ki, İddiaçı həmin diaqnozlar üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X5, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hospitalında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Goranboy rayon 24 nömrəli poliklinikasında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 nömrəli X3 və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Mərkəzi Xəstəxanasında stasionar müayinə və müalicədə olmuşdur.

38. Həmin diaqnozlardan Əsas diaqnoz – “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra ifadə olunmuş şəxsiyyət dəyişikliyi, anamnezində psixotik epizod və intihar cəhdi” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

40. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

42. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının davamlı müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.

7.5.1. Posttravmatik stres pozuntusu F43.1

Qiymətləndirmə

7.5.1.1. 2 il müddətində əmək 35-60 2 il qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

43. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

44. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2023). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Uzunmüddətli posttravmatik stress pozğunluğu. Ağır depressiv epizod və intihar fikirləri ilə. Hava zərbə dalğası nəticəsində ikitərəfli neyrosensor tipli ağlreşitmə, sol qulaq İİİ (üçüncü), sağ qulaq İİ (ikinci) dərəcə. Pıçıltı nitqi:AD/AS=3 m/1 m. Sol çiyin nahiyəsinin odlu silah kor güllə, sol bud və qasıq nahiyələrinin odlu silah kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol çiyin nahiyəsindən güllənin xaric edilməsi (xx.xx.2023), sol bud nahiyəsindən qəlpənin xaric edilməsi (xx.xx.2023) cərrahi əməliyyatlarından sonrakı tam bərkimiş dəri çapıqları. Sol budun yuxarı-orta 1/3-nin yumşaq toxumalarının çıxarılmamış yad cisimləri (metal qəlpələr) XBT-10, Y36.2; S06.0; F43.1; F32.2; H90.3; Y36.4; L90.5; M79.5" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

46. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

47. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar