Məhkəmə qərarları › İş №2-1(114)-2258/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2258/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2258/2023 12.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində İddiaçı hüquqlarının Dövlət qeydiyyatına alınması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 4465 nömrəli sərəncamı ilə 28 May küçəsi, Kimyəvi təmizləmə fabrikinin yanındakı “Avtomobilçi” cəmiyyətinə məxsus 2 nömrəli avromobil dayanacağı məntəqəsinin "Müşviq" kiçik müəssisəsinin adına rəsmiləşdirilməsi qərara alınmışdır.

2. xx.xx.2004-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Müşviq" kiçik müəssisəsi arasında torpaq sahəsinin icarəyə verilməsi barədə bağlanmış müqaviləyə əsasən 2150 kv.m torpq sahəsi 25 il müddətinə müəssisənin icarəsinə verilmişdir.

3. "Müşviq" kiçik müəssisəsinə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 4465 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixli 186 saylı icarə müqaviləsi ilə Gəncə şəhərində yerləşən 2150 kv.m torpaq sahəsi 2 nömrəli avtomobil dayanacaq məntəqəsi yaratmaq üçün 25 il müddətinə istifadəsinə verilmiş və bu barədə JN 4856 Kod 20000002 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə tərtib edilmişdir.

4. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1063 nömrəli xx.xx.2015ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən "Müşviq" kiçik müəssisəsinə məxsus avtomobil dayanacağı məntəqəsində əlavə inşa olunmuş 398,3 kv.m-satış zalı, 40,6 kv.m-ləmir sexi, 18,4 kv.m-çayxana, 39,1 kv.m-avtoyuma, 7,7 kv.mköməkçi otaq, 3,4 kv.m-sanitar qovşağı və 67,7 kv.m-mağaza tikilisi qeydiyyata alınması və "Müşviq" kiçik müəssisəsinin adına rəsmiləşdirilməsi qərara alınmışdır.

5. 08.04.1992-ci il tarixdə 1533 saylı sərəncam ilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət qeydiyyatına alınmış "Müşviq" kiçik müəssisəsinin nizamnaməsinə dəyişiklik edilmiş və müəssisənin təsisçisi kimi Nümayəndə qeydiyyata alınmışdır.

6. İddiaçı Nümayəndə daşınmaz əmlak üzərində İddiaçı hüquqlarının Dövlət qeydiyyatına alınması barədə cavabdehə etdiyi müraciətinə xx.xx.2022-ci il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair təqdim edilmiş "Torpaqdan müvəqqəti istifadə hüququna” dair JN-4856 saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgisi ilə faktiki ölçüləri arasında uyğunsuzluğun və torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisənin, torpaq sahəsinin bir hissəsinə digər şəxsin iddiasının olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamış və bu barədə bildiriş göndərilmişdir. Həmçinin ərizəyə əlavə edilmiş Gəncə şəhəri, Ş.l.Xətai prospektində yerləşən İddiaçınə məxsus avtomobil dayanacağı məntəqəsində inşa olunmuş əlavə tikililərin rəsmiləşdirilməsi haqında sərəncamın Gəncə şəhər lcra Hakimiyyəti tərəfindən deyil, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən verildiyi müəyyən edilmişdir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.11.11.5-ci və 4.18.2-ci bəndlərinə əsasən, İ və İl məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədinin verilməsi şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

7. İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı kiçik müəssisənin daşınmaz əmlak üzərində hüquqlarının Dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli 2(043)-5/2021 saylı qətnamə çıxarılmış, həmin qətnamə üzrə iddiaçı “Xeyriyyə” kiçik müəssisəsinin İddiaçı kiçik müəssisəninə qarşı zəbt olunmuş ərazidən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Müəssisəyə verilmiş bildiriş həmin qətnaməyə zidd olmaqla araşdırılma aparılmadan imtina yazılmışdır, halbuki, həmin ərazidə yerləşən torpağa dair sərəncam və çertyoj olan ilkin sənədlər vardır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

10. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, tələbin İddiaçı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı olsa da, iddia ərizəsində iddiaçı qismində İddiaçı deyil, fiziki şəxs Nümayəndə qeyd edildiyi bildirilmiş və həmin xətanın aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə qeyd edilmişdir. Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

13. İddia ərizəsi, o cümlədən iş materialları ilə müəyyən edilir ki, Nümayəndə daşınmaz əmlak üzərində İddiaçı kiçik müəssisənin hüquqlarının Dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması məqsədilə hazırkı iddianı qaldırmışdır. Nümayəndə həmin müəssisənin təsisçisi olsa da, iddia İddiaçı kiçik müəssisə tərəfindən qaldırılmalıdır. Fiziki şəxs isə müəssisəni təmsil edən şəxs olaraq iddia ərizəsini imzalamaq və məhkəmədə təmsil etmək hüququna malikdir.

14. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2023cü il tarixdə sərəncam göndərilərək, yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları və çatışmazlıqları aradan qaldırmamışlar.

15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

16. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar