Məhkəmə qərarları › İş №2-1(114)-2258/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2258/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2258/2025 27.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı X4 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları Travma haqqında xx.xx.2018-ci il tarixli arayışa əsasən əsgər X8 25 yanvar 2018-ci il xx.xx.2018-ci il tarixdə patrul rəisi olan zaman saat 06:30 radələrində Xəsarətin(yaralanmanın ,travmanın,kontuziyanın) alındığı gün, ay, il, alınma şəraiti Yeməkxananın qarşısındakı patrul nəfərlərini yoxlayarkən başı gicəllənib yıxılaraq “Qapalı kəllə -beyin travması, saq əlin ovuc səthinin əziyi” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma) “hərbi xidmət vəzifəsini” yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 704 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə X4 diaqnozu: Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin vegetativ damar davamsızlıqı, asteno-nevrotik təzahürlər, mülayim kəllədaxili hipertenziya və posttravmatik araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Hərəki, hissi pozulmalarla müşayiət olunan diskogen mənşəli xroniki bel-oma radikuliti. natamam remissiva mərhələsində. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən X4 diaqnozu XBT-10 üzrə kod F 07.0 əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğudur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3468 nömrəli hərbi psixiatr komissiyasının rəyində X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0. X4 əlillik vəziyyəti xxxxxxx0003 nömrəli göndərişə əsasən “Keçirilmiş KBT-nın davamlı qalıq əlamətləri, baş beynin silkələnməsi. Baş-Diaqnozun mətni: beynin silkələnməsi, vegetativ-damar davamsızlığı, asteno-nevrotik təzahürlər, mülayim kəllədaxili hipertenziya və posttravmatik araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Gədəbəy rayonunda anadan olmuş, xx.xx.2014-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində sürücü (MAHHXQ) işləmişdir . Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almış olduğu tavma nəticəsində uzun müddətili müalicələr alsa da, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də xx.xx.2019-cu ildə ordu sıralarından təxris olunmuşdur. Bununla bağlı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinə müraciət etsə də, müraciətindən imtina edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 3752 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X5 hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (xidməti vəzifələrini yerinə yetirən zaman kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyalann enməsi ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. xx.xx.1988-ci il təvəllüdlü X8 canlı müayinə olunmaqla, onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş "F07.0” diaqnozu öz təsdiqini tapır. X5 hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları, koqnitiv funksiyalann enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Ona qoyulmuş “XBT10 kodu “F07.0” “ diaqnozu öz təsdiqini tapır. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir və bu qərar iddiaçıya xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İddiaçı tərəfindən ünvanlanmış ərizə poçt vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur, bununla da qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı X8 və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0272003AANWR nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 704 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin vegetativ damar davamsızlığı, astenonevrotik təzahürlər, mülayim kəllədaxili hipertenziya və posttravmatik araxnoiditlə nəticələnmiş qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və “Hərəki, hissi pozulmalarla müşayiət olunan diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına zahirən səliqəsiz (saç-saqqalı uzadılmış və dağınıq şəkildə) daxil olmuş, özünü anlaqsız göstərməyə, bir nöqtəyə baxaraq verilən suallardan yayınmağa çalışmışdır. Sonradan pis eşitdiyini bildirərək kontakta daxil olmuşdur. Anamnestik məlumatlarında 2018-ci ildə yıxılaraq qapalı kəllə-beyin travması aldığını qeyd etsə də, heç bir çapıq izi olmadığını söyləmişdir. Təxminən 1 həftə öncə övladına əsəbləşdiyi üçün qulağının tutulduğunu ifadə etmişdir. Ay ərzində təxminən 6-7 dəfə bayılma hallarının olduğunu, medikamentoz preparatlardan “Phenazepam” və adlarını xatırlamadığı digər dərmanlar qəbul etdiyini söyləmişdir. Müayinə zamanı sağ əlinin üzərində təxminən 1 sm ölçüdə çapıq izlənilmiş, nə ilə əlaqədar olduğunu bilmədiyini vurğulamışdır. Baxış zamanı 3m məsafədə oturmuş, sakit səslə danışmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə olunmuşdur. Psixi status: Bələdliyi saxlanılmış, müayinə zamanı kobud simulyativ davranış sərgiləmiş, özünü anlaqsız şəxs kimi nümayiş etdirmişdir. Verilən sualları cavablandırsa da, aparılan müalicələrlə bağlı verilən suallara seçmə cavablar vermişdir. Təqdim etdiyi MRT (Maqnit rezonans tomoqrafiya) müayinəsinin doğruluğuna şübhə yaranmışdır. Nevroloji status: Kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, reflekslər canlı D=S alınmış, yerişi, nitqi sərbəst olmuşdur. Təqdim etdiyi baş beyinin instrumental müayinəsinin (Elektroensefaloqramma) nəticəsində epi aktivlik qeyd olunmamışdır. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli kranio-serebral KT müayinəsinin nəticəsi “Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Beyinin hər iki yarımkürəsində bir neçə ədəd millimetrik qliotik ocaqlar aşkar olunur. Periventrikulyar sahələrdə aterosklerotik ensefalopatiyaya uyğun işıqlanma sahələri izlənilir” kimi müəyyənləşdirilmişdir. X9 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5997 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez baş verən krizlərlə. Koqnitiv funksiyaların pozulması ilə” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1608/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024- cü il tarixli 3557 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir. “Dr. Aygün” Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Aparılan EEQ müayinəsi zamanı paroksizmal aktivlik sağ yarımkürədə temporal bölgədə qeyd edildi. Beyin yarımkürələrarası asimmetriyaya, fokal kortikal lezyona rast gəlinmədi. EEQ abnormaldır, təməl ritm yaşa uyğundur, ləngdir, baş-beyin bioelektrik aktivliyi yetərsizdir” kimi qeyd edilmişdir. Təqdim etdiyi xx.xx.2024-cü il tarixli Serebral MRT müayinəsinin nəticəsi “Periventrikulyar sahədə, sentrum semiovaledə ən böyüyü aksial kəsikdə 3mm olmaqla qlioz ocaqları aşkarlandı. 3 və yan mədəciklər bir qədər genişlənmişdir. Hər 2 təpə payının kortekslərində şırımlar bir qədər genişdir (mülayim kortial atrofiya). Hər 2 təpə payının kortekslərində şırımlar bir qədər genişdir” kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və şəxsiyyət pozuntusu əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı X8 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin X8 barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsini və X6 xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirilməsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi X6 dair tibbi-sosial ekspertiza sənədləri və digər sənələr təşkil etmişdir. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, X4 əlillik vəziyyəti Müəssisəsinin xxxxxxx0003 nömrəli göndərişinə əsasən “Keçirilmiş KBT-nın davamlı qalıq əlamətləri, baş beynin silkələnməsi. Baş-Diaqnozun mətni: beynin silkələnməsi, vegetativdamar davamsızlığı, asteno-nevrotik təzahürlər, mülayim kəllədaxili hipertenziya və posttravmatik araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu F 07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində ambulator, XBT 10 kodu F 07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində stasionar müalicə almışdır. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, X4 əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı iddiaçı X4 diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1–ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1–ci bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3468 nömrəli hərbi psixiatr komissiyasının rəyində X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0 olması müəyyən edilmişdir. Həmçinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin publik hüquqi şəxsinin Məhkəmə Psixiatrik Ekspertiza Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3752 saylı rəyinə əsasən X5 hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları, koqnitiv funksiyaların enməsi və depressiv axilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (xidməti vəzifələrini yerinə yetirən zaman kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyalann enməsi ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. xx.xx.1988-ci il təvəllüdlü X8 canlı müayinə olunmaqla, onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş "F07.0” diaqnozu öz təsdiqini tapır. X5 hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları, koqnitiv funksiyalann enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Ona qoyulmuş “XBT10 kodu “F07.0” “ diaqnozu öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 704 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə X4 diaqnozu: Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin vegetativ damar davamsızlıqı, asteno-nevrotik təzahürlər, mülayim kəllədaxili hipertenziya və posttravmatik araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Hərəki, hissi pozulmalarla müşayiət olunan diskogen mənşəli xroniki bel-oma radikuliti. natamam remissiva mərhələsində. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. kimi müəyyənləşdirilmişdir. Travma haqqında xx.xx.2018-ci il tarixli arayışa əsasən əsgər X8 25 yanvar 2018-ci il xx.xx.2018-ci il tarixdə patrul rəisi olan zaman saat 06:30 radələrində Xəsarətin(yaralanmanın ,travmanın,kontuziyanın) alındığı gün, ay, il, alınma şəraiti Yeməkxananın qarşısındakı patrul nəfərlərini yoxlayarkən başı gicəllənib yıxılaraq “Qapalı kəllə -beyin travması, saq əlin ovuc səthinin əziyi” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma) “hərbi xidmət vəzifəsini” yerinə yetirərkən alınmışdır. Həmçinin iddiaçının Forma88 arayışda iddiaçının əsas diaqnozu Üzvi mənşəli şəxsiyyət pozuntusu, F07.0-Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə.Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri,başbeyinin silkələnməsi kimi müəyyən edilmişdir. Forma 88 arayışında qeyd edilmiş həkim müayinəsinin nəticəsində Qapalı kəllə-beyin travması keçirmiş, Hərbi travmadır,Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Göründüyü kimi iddiaçının diaqnozu olan F07.0-Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə.Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri,başbeyinin silkələnməsi “Hərbi travmadır,Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən almışdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1–ci bəndində intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3468 nömrəli hərbi psixiatr komissiyasının rəyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin publik hüququi şəxsinin Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3752 saylı rəyin ilə iddiaçının şəxsiyyət pozuntusunun olması müəyyən olunur. Göründüyü kimi, iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1–ci bəndində qeyd olunmuş halın mövcud oludğu müəyyən olunur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin X8 barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli və X6 xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirilməsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin X8 barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. X6 xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirilməsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar