Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-226/2020 21.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3, Əliyev Rövşən Kamal oğlunun və X1 iştirakları ilə İddiaçı Cavabdeh1nə qarşı Cavabdeh1 xx.xx.2019-cu il tarixli, Ə42-120-19 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ə42-120-19 nömrəli əmrinin və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsnin xx.xx.2019-cu il tarixli, Ə9ş/h-122-19 saylı əmrinin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-666/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-484/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-666/2019 nömrəli qərarı ləğv edilmiş, iş materialları birinci istansiya məhkəməsinə qaytarılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, Ə42-120-19 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 1(083)-2065/2019 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildən X15 daxil olmuş və 2018ci ilin iyul ayından Cavabdeh2 Təminat hissəsinin polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində işləmişdir. 2019-cu ilin yanvar ayında barəsində Cavabdeh1nə şikayət ərizəsi yazılmış və həmin şikayət üzrə material Gəncə şəhər Prokurorluğunda araşdırılaraq xx xxxxxx 2019-cu il tarixli qərara əsasən X6 və X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından rədd edilmişdir. Bundan sonra, Cavabdeh2 rəisinin xx.xx.2019- cu il tarixli, Ə9ş/h-122-19 saylı əmri ilə Cavabdeh2 Təminat hissəsindən xaric edilmiş, əsas Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ə42-120-19 nömrəli əmri göstərilmişdir. Cavabdeh1 və Cavabdeh2 əmrlərini əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərəkCavabdeh1 xx.xx.2019-cu il tarixli Ə42-120-19 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndələri X7, Əliyev Rövşən Kamal oğlu və X5 ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək və eyni məzmunda izahat verərək bildirmişlər ki, sabiq polis əməkdaşı İddiaçı xx.xx.2012-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi X9 xidmət etmişdir. Xidmət etdiyi dövrdə müsbət xarakterizə olunmamış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyərək, xidməti vəzifəsinə laqeyd, etinasız, məsuliyyətsiz münasibət bəsləmişdir. «Polis haqqında» Qanunun 5-ci maddəsinin, «DİO əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 4, 13, 15, 22-ci maddələrinin, «İntizam Nizamnaməsi»nin 3.2-ci və 3.9-cu maddələrinin tələblərini pozaraq vətəndaş X8 məxsus ekskovatoru 500 manat ödəyərək götürdükdən sonra yaranmış 3500 manat borcu ilə üzərinə götürdüyü öhdəliyi razılaşdırılmış şərtlərə uyğun icra etməməklə vətəndaşın haqlı narazılığına səbəb olaraq şikayət etməsinə zəmin yaratdığına, bu hərəkətləri ilə X14 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə, rəhbərliyin icazəsi olmadan Gəncə şəhərinin inzibati ərazisini özbaşına tərk etdiyinə, xidməti vəzifəsinin icrasına laqeyd münasibət bəslədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, eləcə də eyni hərəkətlərə yol verdiyi üçün üzərində qüvvədə olan Gəncə şəhər Baş Polis İdaəsinin xx.xx.2019-cu il tarixli Ə24-120-19 №-li əmri ilə elan olunmuş «Şiddətli töhmət» intizam tənbehindən nəticə çıxarmadığına görə «Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndinə əsasən (X14 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) Cavabdeh2 Təminat Hissəsinin polis nəfəri-sürücüsü, polis serjantı İddiaçı Cavabdeh1 xx.xx.2019- cu il tarixli Ə 42-120-19 №-li inzibati əmrinə əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli Ə 9ş/h-122-19№-li şəxsi heyət əmri ilə X9 xidmətdən xaric edilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - 11.03.2019-cu il tarixli, 32 nömrəli yaşayış yeri haqqında arayış; - Cavabdeh2 xx.xx.2019-cu il tarixli Ə9ş/h-122-19 nömrəli əmrinin surəti; - Cavabdeh1 xx.xx.2019-cu il tarixli, Ə42-120-19 nömrəli əmrinin surəti; - cinayət işinin başlanmasının rədd edilməsi haqqında Gəncə şəhər prokurorunun xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarları. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından aşağıdakılara görə əsaslı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İşin faktiki halları, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, sabiq polis əməkdaşı İddiaçı xx.xx.2012-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi X9 xidmət etmişdir. Xidmət etdiyi dövrdə müsbət xarakterizə olunmamış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyərək, laqeydliyə yol vermiş, xidməti vəzifəsinə laqeyd, etinasız, məsuliyyətsiz münasibət bəsləmişdir. «Polis haqqında» Qanunun 5-ci maddəsinin, «DİO əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 4, 13, 15, 22-ci maddələrinin, «İntizam Nizamnaməsi»nin 3.2-ci və 3.9-cu maddələrinin tələblərini pozaraq X8 məxsus ekskovatoru 500 manat ödəyərək götürdükdən sonra yaranmış 3.500 manat borcu ilə üzərinə götürdüyü öhdəliyi razılaşdırılmış şərtlərə uyğun icra etməməklə vətəndaşın haqlı narazılığına səbəb olaraq şikayət etməsinə zəmin yaratdığına, bu hərəkətləri ilə X14 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə, rəhbərliyin icazəsi olmadan Gəncə şəhərinin inzibati ərazisini özbaşına tərk etdiyinə, xidməti vəzifəsinin icrasına laqeyd münasibət bəslədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, eləcə də, eyni hərəkətlərə yol verdiyi üçün üzərində qüvvədə olan Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ə24-120-19 №-li əmri ilə elan olunmuş «Şiddətli töhmət» intizam tənbehindən nəticə çıxarmadığına görə «Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndinə əsasən (X14 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) Cavabdeh2 Təminat Hissəsinin polis nəfəri-sürücüsü, polis serjantı İddiaçı Cavabdeh1 xx.xx.2019- cu il tarixli Ə 42-120-19 №-li inzibati əmrinə əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli Ə 9ş/h-122-19№-li şəxsi heyət əmri ilə X9 xidmətdən xaric edilmişdir. İddiaçı 2012-ci ildən X15 daxil olduğundan və 2018-ci ilin iyul ayından Cavabdeh2 Təminat hissəsinin polis nəfəri vəzifəsində (polis serjantı rütbəsi) işlədiyindən ona “Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında” Əsasnamənin və “Polis haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında” Əsasnamənin 29-cu maddəsinə əsasən X9 xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 29-cu maddəsində göstərilmiş məzmunda və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada and içirlər. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən X14nın əməkdaşı X14 əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı xidmət etdiyi müddətdə dəfələrlə töhmət və şiddətli töhmət alaraq X14 əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etmiş və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş davranış qaydalarına riayət etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. «X17 əməkdaşlarının etik davranış Kodeksi»nin 1-ci maddəsinə əsasən X17 əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci maddəsinə əsasən X17 əməkdaşı anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Həmin Kodeksin 3-cü maddəsinə əsasən X17 əməkdaşı dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Həmin Kodeksin 4-cü maddəsinə əsasən X17 əməkdaşı dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 13-cü maddəsinə əsasən X17 əməkdaşı icrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Həmin Kodeksin 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X14 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X14nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X14 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı polis nəfəri olaraq «X17 əməkdaşlarının etik davranış Kodeksi»ndə təsbit olunan davranış qaydalarına riayət etmədiyindən haqlı olaraq X9n xaric edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ə42-120-19 nömrəli əmri inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmədiyindən həmin əmrin ləğvi üçün əsas yoxdur. Ona görə də, məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Cavabdeh1 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdeh1nə qarşı Cavabdeh1 xx.xx.2019-cu il tarixli, Ə42-120- 19 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı Cavabdeh1 xx.xx.2019-cu il tarixli, Ə42-120-19 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-226/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-226/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver