Məhkəmə qərarları › İş №2-1(114)-226/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-226/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-226/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (8 ay 6 gün) Kəlbəcərdə “Yenilik” rayon qəzetinin mətbəəsində çapçı, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (4 ay 15 gün) “Mayak” Montaj İdarəsində fəhlə, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (09 gün) Kombinatda krançı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (3 ay 7 gün) Kəlbəcər Avtobazasında 2-ci dərəcə çilingər, 02 02.1978-ci ildən xx.xx.1978-ci ilədək (5 ay 25 gün) Xüsusi Təsərrüfat hesablı Avtoqarajda 3-cü dərəcəli çilingər, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (2 m 13 gün) Yevlax Rayonlararası İdarənin Kəlbəcər rayonunda benzin anbardarı, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək (4 ay 14 gün) Kirovabad pivə zavodunun Kəlbəcər sexində fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək 1 ay 26 gün) Kirovabad pivə zavodunun Kəlbəcər sexində maşinist, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək (4 ay 15 gün) Kəlbəcər rayon “İstisu” sanatoriyasında fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək (4 il 1 ay 13 gün) Kəlbəcər rayon Nərimanov adına kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək (9 ay 6 gün) Kəlbəcər rayon Nərimanov adma kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (11 ay 27 gün) Bərdə rayon 15 nömrəli SMD (PMK-15) sürücü, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək (3 il 1 ay 27 gün) Tərtər rayon “Pravda” kolxozunun mal-fermasına çilingər, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci ilədək (1 il 8 ay 20 gün) Tərtər rayon “Nizami” kolxozunun mal-fermasına çilingər, xx.xx.1991-cı ildən xx.xx.1993-cü ilədək (1 il 3 ay 26 gün) Tərtər Alqı-satqı firmasında sürücü, xx.xx.1993-cı ildən xx.xx.1993-cü ilədək (3 ay 11 gün) Tərtər rayonu 9 nömrəli X2 (SMD-də) 2-ci dərəcə üzrə quraşdırıcı çilingər, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək (12 il 8 ay) Tərtər rayonu 9 nömrəli X2 (SMD-də) sürücü işlədiyi iş illərinin və xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 7 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin, ümumilikdə 30 il 15 gün ona pensiya hüququ verən sığorta stajına hesablanması, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tərtər rayonu 9 nömrəli X2 (SMD-də) sürücü vəzifəsində işlədiyi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialı hüquqi varisi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əmək kitabçasındakı sonuncu möhürün oxunmamasının səbəbini bilmir, arayışı Tərtər rayonu 9 nömrəli X1 keçmiş müdirinin oğlu evdə yazıb vermişdir, müdir İslam Səlimov iflic xəstəsidir, müəssisənin sənədlərini arxivə təhvil verməmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 03.02..1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Tərtər rayonu 9 nömrəli X2 (SMD) işləməsini qeyd etsə də həmin illər iddiaçının əmək kitabçasında öz əksini tapmamışdır. Eyni zamanda DSMF Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubuna əsasən 2006-cı il üzrə sığortaolunan İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqqı üzrə hər hansı sığortaedən tərəfindən ödənişlər edilməmişdir. Məktubun məzmunundan da aydın olur ki, Tərtər rayonu 9 nömrəli X4 (sığortaedən) tərəfindən iddiaçı barəsində heç bir məcburi dövlət sosial sığorta ödənişi həyata keçirilməmişdir. Həmçinin Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 54 nömrəli arayışına əsasən Tərtər rayonu 9 nömrəli SMD-nin əmr və əmək haqqı kitabları arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyəti barədə heç bir məlumat verilməmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı və yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (28800 manat) mövcud olmadığından əmək pensiyası hüququ yaranmır. Həmçinin iddiaçıya məxsus əmək kitabçasında 1991-1993-cü illərə dair qeydlərin üzərinə vurulmuş möhür azərbaycan dilindədir, həmin dövrdə azərbaycan dilində möhür olmamışdır, bununla yanaşı əmək kitabçasındakı sonuncu möhür də oxunmur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1973-cü ildən xx.xx.2006-cı ilədək işlədiyi illər və hərbi xidmət müddəti də daxil olmaqla ümumilikdə 30 il 15 gün sığorta stajının olduğunu iddia edir. Lakin əmək kitabçasında qeyd olunan müddətlərdən iddiaçının 03.02..1993-cü il tarixdən 2006-cı il tarixədək Tərtər rayonu 9 nömrəli X2 (SMD) işlədiyi müddət cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı qeyd olunur ki, iddiaçının 03.02..1993-cü il tarixdən 2006-cı il tarixədək Tərtər rayonu 9 nömrəli X2 (SMD) işləməsi ona məxsus əmək kitabçasında qeyd olunsa da, əmək kitabçasının 2006-cı il tarixədə işdən azad edilməsi hissəsinə vurulmuş möhür oxunmur, eyni zamanda 2006-cı ilin hansı ayında və günündə azad edilməsi, habelə azad edilmə barədə əmr və əmrin nömrəsi qeyd edilməmişdir. Məhz bu səbəbdən əmək kitabçasındakı qeydlər iddiaçının 2006-cı il tarixədə işdən azad edilməsi ilə bağlı hissədə mötəbər sübut kimi qəbul edilə bilməz. Başqa sözlə iddiaçının işdən azad edilmə tarixi ilə bağlı mötəbər sübut olmadığından onun sosial sığorta stajının həcmi də məhkəmə üçün aydın deyildir. Göründüyü kimi iddiaçı ümumilikdə 25 il sosial sığorta stajına malik deyil, eləcə də onun xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında pensiya kapitalı yoxdur. Hazırki halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə onun malik olduğu sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir.Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar