Məhkəmə qərarları › İş №2-1(114)-2262/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2262/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2262/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı nikah akt qeydində düzəliş edilməsi və yeni nikah haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X3 ilə aralarında bağlanmış Ağdam rayonu Nəmirli icra nümayəndəliyində qeydə alınmış xx.xx.1962-ci il tarixli 3 №-li nikah akt qeydində səhvən yazılmış “Abdullayev” Camal Bayram oğlu soyadının əvəzinə “Camalov” Camal Bayram oğlu kimi və doğum tarixinin “xx.xx.1937-ci il” əvəzinə “xx.xx.1932-ci il” kimi qeyd edilməklə düzəliş aparılması və ona yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1962-ci il tarixdə X3 ilə rəsmi nikah bağlamış və nikahları Ağdam rayonu Nəmirli Ərazi İcra Nümayəndəliyində xx.xx.1962-ci il tarixdə 3 saylı nikah akt qeydi ilə qeydiyyata alınmışdır. X3 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Sonuncunun vəfatından sonra mirası qəbul etmək üçün notariat orqanına müraciət etmiş, ondan nikah haqqında şəhadətnamə tələb edilmişdir. Lakin erməni təcavüzü nəticəsində sənədlərini özləri ilə götürə bilməmişdir. Bundan sonra nikah haqqında şəhadətnamənin təkrarını almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh nikah haqqında şəhadətnamədə soyadının və təvəllüdünün fərqli qeyd edilməsi səbəbindən bundan imtina etmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZE seriyalı 04145197 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının soyadı, adı, ata adı və təvəllüdü müvafiq olaraq İddiaçı, xx.xx.1932-ci il kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, “ölüm haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.2002-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci ildə 1 № ilə qeyd edilmişdir. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli, 594-05/15 nömrəli arayışından görünür ki, nikah haqqında akt qeydində düzəliş olunmasına əsas verən zəruri sənədlər təqdim edilmədiyindən düzəliş aparılması onların səlahiyyətlərində deyil. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli, 657-05/16 nömrəli məktubundan görünür ki, Cavabdeh arxivində saxlanılan akt qeydi kitabları xx.xx.01945-ci ildə başladığından xx.xx.1932-ci ildə anadan olmuş Camalov (Abdullayev) Camal Bayram oğlunun doğumu barədə şöbənin arxivində məlumat aşkar edilməmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.1962-ci il tarixli, 3 №-li “evlənmə akt qeydi”-dən görünür ki, kişi qrafasında “Abdullayev (Abdullayev) Camal Bayram oğlu, xx.xx.1937-ci il”, qadın qrafasında “Abdullayeva (Mamedova) Səkinə Quluş qızı, xx.xx.1932-ci il” qeyd edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-6552/13 nömrəli məktubundan görünür ki, C.X1 ilə nikahının xx.xx.1962-ci ildə Ağdam rayonunun Nəmirli icra nümayəndəliyində dövlət qeydiyyatına alındığı aşkar edilmişdir. Həmin akt qeydi nəzərdən keçirilərkən C.Abdullayevin doğum tarixinin sorğuda qeyd edildiyi kimi “xx.xx.1932-ci il” deyil, “xx.xx.1937-ci il”, doğum yerinin isə “Ermənistan Respublikasının Sisiyan rayonu” deyil, “Umudlu kəndi” kimi qeyd edildiyi müəyyən edilmişdir. C.Abdullayevin (Camalovun) doğumu haqqında akt qeydinə dair hər hansı məlumat aşkar olunmamışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-01811-2022 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Ağdam rayonu Qeydiyyat şöbəsi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında Abdullayev (Camalov) Camal Bayram oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından da əsaslı deyil. Belə ki, iddiaçı xx.xx.1962-ci il tarixli, 3 №-li “evlənmə akt qeydi”-də soyadının “Camalov” yazılmalı olduğu halda səhvən “Abdullayev” kimi, təvəllüdünün isə “xx.xx.1932ci il” yazılmalı olduğu halda səhvən “xx.xx.1937-ci il” qeyd edildiyini bildirməklə düzəliş edilməsini tələb etsə də soyadının “Camalov”, təvəllüdünün isə “xx.xx.1932-ci il” olmasını təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.17-ci bəndində qeyd olunmuşdur ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişildikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd edilməlidir ki, iş üzrə aidiyyəti orqanlara verilmiş müvafiq sorğulara əsasən iddiaçının doğum tarixinin “xx.xx.1932-ci il”, soyadının “Abdullayev” olmasını təsdiq edən sənədlər müəyyən edilmədiyindən xx.xx.1962-ci il tarixli, 3 №-li “evlənmə akt qeydi”-də düzəliş edilməsi qanunmüvafiq hesab edilə bilməz. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı nikah akt qeydində düzəliş edilməsi və yeni nikah haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar