Məhkəmə qərarları › İş №2-1(114)-2269/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2269/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2269/2023 07.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. O, xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1982-ci il tarixdə ordudan tərxis olunmuşdur. xx.xx.1982-ci il tarixdə X4 fəhlə işinə qəbul olunaraq, xx.xx.1983-cü il tarixdə elektrovoz təmir sexinə çilingər işinə dəyişirilmiş, xx.xx.1985-ci il tarixə kimi həmin işdə işləmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi X7 teplovoz üzrə maşinist köməkçisi, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi mator vaqon elektrik seksiyasının maşinist köməkçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2002ci il tarixə kimi mator vaqon seksiyasının maşinist köməkçisi, xx.xx.2002-ci il tarixdə MVS üzrə maşinist köməkçisi işinə təyin olunmuş, xx.xx.2002-ci il tarixdə MVS üzrə maşinist vəzifəsinə irəli çəkilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tariхə kimi Azərbaycan Dövlət Dəmir X9 X5 vağzalında təcrübəçi bilet kassiri işləmişdir. xx.xx.2010-cu il tarixdən hal-hazıra kimi X6 Birliyinin Sərnişin daşımaları Departamentinin Gəncə vağzalına bilet kassiri işləyir. Hal-hazırda da həmin vəzifədə işləyir. Cəmi əmək stajı 36 il, 17 gün təşkil edir ki, bunun da 17 il, 4 ay, 11 günü ağır peşə hesab edilən işdə işləmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə görə 2006-cı ilin yanvar ayının 01-nə kimi 25 il ümumi əmək stajı olan, həmin stajın 12 il, 06 ayını zərərli, ağır işdə işləyən kişilər 57 yaşı taman olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranır. Qeyd etdikləri əmək kitabçasının təsdiqlənmiş surətindən də təsdiq olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi arayışdan da təsdiq olunur ki, 36 il əmək stajından 17 il, 4 ay, 11 gününü güzəştli peşədə işləmişdir. Mator vaqon elektrik seksiyalarının maşinisi və maşinist köməkçiləri, elektrovoz maşinist və maşinist köməkçiləri kimi yüksək gərginlikli (3500 volt) elektrik enerjisi altında işlədiyindən, həmin peşə də ağır peşə hesab edilir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasın iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin X2 motor vaqon seksiyalarının maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) motor-vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmadığı, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası” nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilməyib. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulub. Göründüyü kimi, qanunvericilikdə yalnız iddiaçının xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək güzəştli iş stajı 7 il 7 ay 28 gün təşkil edir. Göründüyü kimi, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az 8 il 21 gün olmaqla xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər təşkil edir.Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq kifayət qədər güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - təsdiq edilmiş surəti işə əlavə edilmiş ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X7 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci ildən xx.xx.1993cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işləmişdir. - işə əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 257451 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X7 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stajı 17 il 4 ay 11 gün təşkil edir. Qeyd olunar peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda nəzərdə tutulmuşdur (21.4-cü bəndin 7-ci, 8-ci, 13-cü, 14-cü və 15-ci abzasları). Motor vaqon seksiyasının (MVS) maşinisti peşəsinin iş xüsusiyyətləri sözügedən Siyahıda 21.4cü bəndin 8-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşələri, motor vaqon elektrik seksiyasının maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi peşələrinin iş xüsusiyyətləri isə 21.4-cü bəndin 15ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. - işə əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13- 1/2-5099/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “motor vaqon elektrik seksiyası” və “motor vaqon seksiyası (MVS)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyatı vasitələrindən hesab edilir. - ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-30939/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin güzəştli iş stajının qanunvericiliklə nəzərdə tutulan həddən az olduğundan müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh orqan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün üçüncü şərtlə bağlı tələbin ödənilmədiyini qeyd edərək, imtinasını iddiaçının çalışdığı “motor-vaqon seksiyalarının maşinisti” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilməməsi ilə əsaslandırmış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixədək xx.xx.2002-ci il tarixdək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində çalışdığı dövrləri güzəştli iş stajına daxil etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X7 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işləməsini mübahisələndirməmişdir. Odur ki, məhkəmə “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, “motor vaqon seksiyasının maşinist köməkçisi” və “motor vaqon seksiyasının maşinisti” vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olubolmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 257451 nömrəli arayışından görünür ki, motor vaqon seksiyasının (MVS) maşinisti peşəsinin iş xüsusiyyətləri sözügedən Siyahıda 21.4-cü bəndin 8-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşələri, motor vaqon elektrik seksiyasının maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi peşələrinin iş xüsusiyyətləri isə 21.4-cü bəndin 15-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2- 5099/2023 nömrəli məktubundan görünür ki, “motor vaqon elektrik seksiyası” və “motor vaqon seksiyası (MVS)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyatı vasitələrindəndir. Odur ki, sadalanan dövrlər iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, “motor vaqon seksiyasının maşinist köməkçisi” və “motor vaqon seksiyasının maşinisti” vəzifələrinin yuxarıdakı siyahıda qeyd edilməməsinə əsaslanaraq həmin dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının hüququ yarandığı tarxidən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X7 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixədək xx.xx.2002-ci il tarixdək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işlədiyi illər güzəştli iş stajına daxil edilməklə hüququ yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X7 xx.xx.1992-ci il tarixdən xx.xx.1992ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixədək xx.xx.2002-ci il tarixdək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işlədiyi illər güzəştli iş stajına daxil edilməklə hüququ yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar