Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-227/2020 26.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “X24 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X24 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (üçüncü şəxslər X13, X14, X10, X15, X6) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X24 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyət Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, X7, X8, X5, X3 və X9 bankın mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 5-ci döngə, 46A nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(044)-145/2017 saylı qətnaməsinə əsasən ümumilikdə 19349.68 USD (on doqquz min üç yüz qırx doqquz dollar 68 sent) və 38.25 AZN (otuz səkkiz manat 25 qəpik) məbləğində borcun cavabdeh Həsənzadə Rövşən Əli oğlundan tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmeti olan ünvan 1 “A” ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqda bir ay müddətində boşaldılması qət edilmişdir. Keçirilən hərracın nəticələri barədə xx xxxxxxxx 2017-ci il tarixli 58/07 saylı yekun Protokola əsasən “xxxx” QSC tərəfindən əldə edilmiş, dövlət qeydiyyatına alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 tərəfindən RX ******* nömrəli dövlət reyestrindən Çıxarış verilmişdir. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin icrası prosessual ardıcıllığa uyğun fərdi yaşayış evinin xx xxxxx 2019-cu il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları tərəfindən boşaldılması təmin edilmiş və fərdi yaşayış evi həmin tarixli “Akt” əsasında “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsinə təhvil verilmişdir.X12 59.4. maddəsinə xx xxxxxx 2018-ci il tarxində edilmiş dəyişikliyə əsaslanaraq xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə ərizə ilə müraciət edilərək, bankın mülkiyyətində olan yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin həmin ünvan üzrə qeydiyyatdan çıxarılması xahiş edilsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -RX seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında “xxxx” QSC-nin adına qeydiyyata alınmışdır. -“Elektron notariat" X1 xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, X13, X14, X10, X15 və X2 şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 5-ci döngə, ev 46A ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 120-3922-1219 nömrəli məktubun məzmunundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasının müvafiq məhkəmə qətnaməsi əsasında həyata keçirilməsi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka predmeti olmuş, kredit üzrə öhdəlik təmin edilmədiyindən həmin mənzil hərraca çıxarılmış və “xxxx” QSC tərəfindən əldə edilmiş, həmçinin daşınmaz əmlakın Dövlət reyestrində “xxxx” QSC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının X12 59.4-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi mövcud qanunvericilik normalarının tələblərinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış yeri üzrə qeydiyyatdan məcburi qaydada çıxarılırlar. Bundan başqa qeyd olunmalıdır ki, sözügedən fərdi yaşayış evi “xxxx” QSC-nin adına qeydiyyata alındığından mülkiyyətçinin və ya əmlak hüququ sahibinin ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin həmin yaşayış sahəsində qeydiyyatda qalması əmlak sahibinin mənafeyinə toxunur. Həmçinin məhkəmə qeyd edir ki, mövcud qanunvericiliklə qeydiyyatdan çıxarılan şəxslərin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmamışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X7, X8, X5, X3 və X9 ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-227/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-227/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver