Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-228/2020 20.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4rşı (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0.50 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4rşı (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0.50 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü il tarixdən ailəlikcə Bərdə rayonu, Ərəblər kəndində məskunlaşmışlar. Cəyirli kənd bələiyyəsinin mülkiyyətində olan 0.50 ha torpaq sahəsini həmin ildən icarəyə götürərək heyvandarlıqla məşğul olmuşlar. Bələdiyyələr yaranandan sonra, 2001-ci il tarixdən başlayaraq Cəyirli kənd bələdiyyəsi ilə müqavilə bağlayaraq, istfadəsində olan həmin 0.50 ha torpaq sahəsinin uzun müddətə icarəyə verilməsini rəsmiləşdirmişlər. 1993-cü ildən istifadəsində olan həmin 0.50 ha torpaq sahəsinin üzərində yaşayış evi və mal-qara saxlamaq üçün isə tövlə inşa etdirmişdir. İstifadəsində olan 0.50 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cəyirli bələdiyyəsi ilə hər 5 ildən bir müqaviləni yeniləmişlər. Lakin 2010-cu ildən sonra bələdiyyə müqaviləni yeniləməmiş, icarə müqaviləsini dövlət reyestrindən qeydiyyatdan keçirilməsini tələb etmişlər. O, Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0.50 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7 müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0.50 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 və üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 xx.xx.2019-cu il tarixli, **********41 nömrəli məktubu; İddiaçıya məxsus AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; Cəyirli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolundan çıxarışın surəti; Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 10 nömrəli torpaq icarə müqaviləsinin surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 xx.xx.2019-cu il tarixli, **********14 nömrəli iddia tələbinə dair etirazı. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, İddiaçı Bərdə rayonu Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan, hal-hazırda onun istifadəsində olan 0.50 ha heyvandarlığı inkişaf etdirmək məqsədilə ayrılan torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7 müraciət etmiş, lakin inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, sözügedən 0.50 ha torpaq sahəsi Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş eskiz-planı, DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyi və plan və ölçü sənədi təqdim olunmamışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Bərdə rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli məktubundan görünür ki, tələb edilən Bərdə rayon Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0.50 ha torpaq sahəsinə dair sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş eskizplanı, DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyi və plan və ölçü sənədinin məhkəməyə göndərilməsi tələbi ilə əlaqədar bildirilir ki, sözügedən sənədlərin arxivləri (kötükləri) Bərdə rayon Cəyirli bələdiyyəsində mövcud olmadığı üçün həmin sənədlərin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Sözügedən 0.50 ha torpaq sahəsinin təsdiq olunmuş xəritəsi eskizi Bərdə rayon Cəyirli bələdiyyəsində mövcud olmaması səbəbindən həmin ərazinin xəritə eskizinin də məhkəməyə təqdim edilməsi mümkün deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən 0.50 ha torpaq sahəsi Bərdə rayonu Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş eskiz-planı, DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyi və plan və ölçü sənədi də təqdim olunmamış, bu səbəbdən də, cavabdeh haqlı olaraq torpağın qeydə alınmasından imtina etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun İİ fəsli bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri müəyyən edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış veri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaqın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4rşı (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0.50 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4rşı (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0.50 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-228/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-228/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver