Məhkəmə qərarları › İş №2-1(114)-228/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-228/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-228/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X4, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1971- 1998-ci illərdə M.Quliyev adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçının vəkili X7 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, şəxsin iddia etdiyi 1971-1999-ci illərdə “M.Quluyev” adına sovxozda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında da olmalıdır. Lakin təqdim edilmiş sənədlərdən göründüyü kimi əmək kitabçası yoxdur. Eyni zamanda təqdim olunan arayışda işə daxil olma və işdən çıxma barədə əmrlər mövcud deyildir. Həmçinin, arxiv arayışından görünür ki, iddiaçının adına 1975, 1984, 1992, 1993 və 1999 cu illərə dair əmək haqqı əmək haqqı cədvəllərində qeyd olunmamışdır. Sovxozda fəaliyyət adətən mövsümü olduğu üçün vətəndaşlar yalnız müəyyən aylarda əmək haqqı almış digər aylarda isə əmək haqqı almamışdır. Məhz bu səbəbdən formalaşmış praktikaya əsasən sovxoz illəri ilə bağlı sığorta stajı hesablanarkən vətəndaşın işlədiyi illər üzrə əmək haqqı aldığı aylar staja daxil edilir. İddiaçı təqdim olunmuş arxiv arayışında ümumilikdə 1971- 1999 cu illər ərzində 218 ay əmək haqqı aldığı görünür. İddiaçının əmək haqqı aldığı ayları 12 aya bölməklə onun sovxozda faktiki stajı (218:12=18.16) 18 il 16 gündür. Eyni zamanda vətəndaşın hərbi xidmətdə olduğu 1974.xx.xx-1976.06.15 ci illər (1 il 11 ay 19 gün) onun stajına daxil edilsə belə, hal- hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının 20 il 5 gün əmək stajı var. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 1973-cü ildən rəsmi işləməyə başlamışdır, ona görə də 25 il sosial sığorta stajı yaranmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Gədəbəy rayon Dövlət arxivinin xx xxxxxx 2021-ci il tarixli 08 nömrəli müşaiyət məktubu ilə təqdim edilmiş əmrlərdən çıxarışdan görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə işdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş arxiv arayışlarında İddiaçı 1971-1972-ci və 1997-1998-ci illərdə əmək haqqı alması barədə məlumat olsa da, müvafiq sorğu nəticəsində əldə edilmiş məlumatdan görünür ki, o xx.xx.1973-cü ildə rəsmi olaraq işə qəbul edilmiş, 1996-cı ildə işdən azad edilmişdir. Deməli iddiaçının 1973-1996-ci illər ərzində hərbi xidmət müddəti də daxil olmaqla 23 il sığorta stajı yaranmış olur. Hazırki halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə onun malik olduğu sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir.Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar