Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2286/2025 19.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-37702/2024 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, MMC xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün “tikinti materiallarının topdan satışı”ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan “Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan “Beton Zavod” adlı təsərrüfat subyekti (obyektinin) (obyektin kodu: **********-16001) uçota alınmışdır. Bildirilir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyənnaməsi təqdim edilərək, təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri ƏDV-siz dəyəri 2.821.875.78 manat, daxil olmuş məbləğ 1.735.004.5 manat, büdcəyə yaranan ƏDV öhdəliyi 312.300.81 manat, VM-nin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilməli məbləğ 375.313.86 olmaqla, büdcədən geri qaytarılmalı məbləğ 63.013.05 manan bəyan olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 3-21- 2-20/2-34065/2024 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub” göndərilərək 2024-cü ilin sentyabr ayı üzrə əvəzləşdirmə üçün təqdim edilmiş MT2409 10528994 saylı e-qf üzrə "xxxx" MMC-nə 9.546.12 manat ƏDV məbləği ödənilmədiyi üçün, elektron qaimə faktura üzrə əvəzləşdirimə aparıla bilməməsi bildirilmiş və dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyənnaməsinin verilməsi tələb olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-37702/2024 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək, iddiaçıya 567.221.91 manat ƏDV məbləği hesablanılmışdır. Kameral hesablama ilə bağlı qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki, “Minimium dövriyyə üzrə vergi hesablanılması”, uyğunsuzluq məktubunun nömrəsi olaraq isə xx.xx.2024-cü tarixli **********985600 qeyd edilmişdir. ƏDV bəyənnaməsində isə daxil olma sütununa cavabdeh tərəfindən 4.833.203.33 manat qeyd edilmişdir. 2024-cü ilin sentyabr ayı üzrə ƏDV depozit hesabından çıxarışa əsasən müəyyən olunur ki, cəmiyyətin ƏDV depozit hesabına cəmi 312.300.81 manat daxil olmuş, eyni məbləğ isə məxaric olmuşdur. Bank hesabından çıxarışlara əsasən isə bank hesabına 1.735.004.5 manat məbləğ daxil olduğu müəyyən olunur. Etiraza qoşma şəklində əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-37702/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 567.221,91 manat təşkil etmişdir.
3. İddiaçının nümayəndəsi tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən: - 31.03.2022-ci il tarixli, H-08/2022 nömrəli İddiaçı MMC ilə (direktoru X3) və "xxxx" MMC (direktoru X2) arasında bağlanmış arasında bağlanmış “borc müqaviləsi”nə əsasən, “borc verən” 1.000.000 (bir milyon) manat əsas və 180.000 (yüz səksən min) manat ƏDV məbləğində pul vəsaitini “borc alan”a qaytarmaq şərti ilə borca verilmişdir. - 22.05.2024-cü il tarixli, 2 nömrəli İddiaçı MMC ilə (direktoru X3) və "xxxx" MMC (icraçı direktoru X5) arasında bağlanmış arasında bağlanmış “borc müqaviləsi”nə əsasən, “borc verən” 1.000.000 (bir milyon) manat əsas və 180.000 (yüz səksən min) mnat ƏDV məbləğində pul vəsaitini “borc alan”a qaytarmaq şərti ilə borca verilmişdir. - 22.08.2024-cü il tarixli, 3 nömrəli İddiaçı MMC ilə (direktoru X3) və "xxxx" MMC (icraçı direktoru X5) arasında bağlanmış arasında bağlanmış “borc müqaviləsi”nə əsasən, “borc verən” 2.040.000 (iki milyon qırx min) manat əsas və 367.200 (üç yüz altmış yeddi min iki yüz) manat ƏDV məbləğində pul vəsaitini “borc alan”a qaytarmaq şərti ilə borca verilmişdir.
4. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən, iddiaçı 17 mart 2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, 17 mart 2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “tikinti materiallarının topdan satışı”ndan ibarət olduğu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 300 kv.m. olan “Beton Zavod” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16001), ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m. olan “Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi ünvanında yerləşən ümumi sahəsi 2000 kv.m. olan “Beton Zavod - Xırdalan” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 31001), Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1458 kv.m. olan “Beton Zavod - Novxanı” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 31002) və Abşeron rayonu ünvanında yerləşən ümumi sahəsi 1500 kv.m. olan “Beton zavod - Qala” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 31003) uçotda olduğu müəyyən edilmişdir. İddiaçının 2024-ci ilin sentyabr ayı üzrə təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsi kameral qaydada yoxlanmışdır. Hesablanmış 567 221,91 manat verginin əsası, vergi ödəyicisinin 17 mart 2022-ci ildə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı tarixdən 2024-cü ilin sentyabr ayı üzrə təqdim etdiyi dəqiqləşmiş əlavə dəyər vergisi bəyannaməsinin tarixinədək, ƏDV depozit hesabının çıxarışına əsasən qeyd hissəsində səhv vurulmuş vəsaitin geri qaytarılması kimi qeyd edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı ƏDV depozit hesabına daxil olmuş vəsaitin geri qaytarılması müəyyən edilməsinə baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) əldə etdiyi elektron qaimə fakturaları ƏDV bəyannaməsində əvəzləşdirilən dövriyyədə göstərilməklə büdcəyə hesablanmış vergini azaltmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixl, 3-21- 2-20/2-31938/2024 nömrəli məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 567 221,91 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 28 noyabr 2024-cü il tarixli, 3-21-2-20/2- 37702/2024 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçının elektron qutusuna göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-31938/2024 nömrəli məktub 15 noyabr 2024-cü il tarixdə elektron qutuda oxunmuşdur. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etirazı müdafiə edərək, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər; - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
8. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
10. Mübahisə predmeti olan qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.
11. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində 2024-cü ilin sentyabr ayı üzrə ƏDV bəyənnaməsi təqdim edilmişdir. Həmin bəyənnaməyə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-31938/2024 nömrəli məktub göndərilərək bildirilmişdir ki, “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 5 165 053.64 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələri(301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1 +301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7) sətirlərin əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4 60 7377.85 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə - 557 675.79 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir”.
12. Həmin məktub ilə dəqiqləşdirilmiş ƏDV bəyənnaməsi və ya izahat verilməsi tələb edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınsa da, onun qeydiyyatda olmadığı xx.xx.2020-ci ildən ƏDV depozit hesabı üzrə əməliyyatlar apardığı iddia olunmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbi pozularaq 3 ildən əvvəlki dövrlər üzrə kameral vergi yoxlaması üçün uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçı tərəfindən qeyd olunan uyğunsuzluq məktubundan sonra xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyənnaməsi təqdim edilmişdir. Təqdim edilmiş sonuncu bəyənnaməyə münasibətdə xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-34065/2024 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək 2024-cü ilin sentyabr ayı üzrə əvəzləşdirmə üçün təqdim edilmiş MT2409 10528994 saylı e-qf üzrə "xxxx" MMC-nə 9 546.12 manat ƏDV məbləği ödənilmədiyi üçün, elektron qaimə faktura üzrə əvəzləşdirmə aparıla bilməməsi bildirilmiş və dövr üzrə 5 iş günü müddətində dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin verilməsi tələb olunmuşdur. Uyğunsuzluq məktubuna istinad edilməklə xx.xx.2024-cü il tarixli xx.xx.2024cü il tarixli, 3-21-2-20/2-37702/2024 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək, iddiaçıya 567 221.91 manat ƏDV məbləği hesablanılmışdır. Kameral hesablama ilə bağlı qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki, “Minimium dövriyyə üzrə vergi hesablanılması”, uyğunsuzluq məktubunun nömrəsi olaraq isə xx.xx.2024-cü tarixli **********985600 qeyd edilmişdir. Beləliklə müəyyən olunur ki, istinad edilən uyğunsuzluq məktubunda Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə zidd olaraq 567 221.91 manat ƏDV hesablamasına əsas ola biləcək vergidən yayınma halı ilə bağlı izahat və dəqiqləşdirilmiş vergi bəyənnaməsi verilməsi tələb edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ƏDV depozit hesabından çıxarışa əsasən müəyyən olunur ki, 2024-cü ilin sentyabr ayı ərzində 312 300.81 manat mədaxil, eyni məbləğdə isə məxaric əməliyyatları aparılmışdır. Əlavə olunmuş bank hesablarından çıxarışa əsasən müəyyən olunur ki, debet dövriyyəsi 1 753 649.25 manat, kredit dövriyyəsi isə 1 688 193.84 manat təşkil etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ƏDV bəyənanməsinən əsasən müəyyən olunur ki, 2024-cü ilin sentyabr ayı ərzində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 2 281 875.78 manat, daxil olmuş məbləğ ƏDV-siz 1 735 004.50 manat, ƏDV məbləği 312 300.81 manat, əvəzləşdirilən məbləğ 2 085 076.99 manat, ƏDV məbləği 375 313.86 manat olmaqla, 63 013.05 manat büdcədən qaytarma yaranmışdır. Cavabdeh tərəfindən kameral yoxlama ilə hazırlanmış ƏDV bəyannaməsinin daxil olma sütununda isə 3098198,83 manat artırılmaqla 4833203,33 manat qeyd edilmiş, əvəzləşdirilən ƏDV məbləği isə 9546,12 manat azaldılaraq 365767,74 manat qeyd edilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunur ki, cəmiyyətin bank və ƏDV depozit hesabı üzrə sentyabr ayında 3 098 198.83 manat dövriyyə artımına səbəb ola bilən hər hansı əməliyyat aşkar edilməmişdir. Eyni zamanda uyğunsuzluq məktubunda qeyd edilmiş MT2409 10528994 saylı e-qf üzrə "xxxx" MMC-nə 9 546.12 manat ƏDV məbləğinin ödənilməməsi iddiası ilə bağlı olaraq ƏDV depozit hesabından çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində 6300 manat, bank hesabı vasitəsi ilə isə 3 246.12 manat ödənilmişdir.
13. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında müxtəlif tarixlərdə borc müqavilələri, həmçinin mal, iş və xidmətlərin təqdim edilməsinə dair müqavilələr bağlanılmış və təsərrüfat əməliyyatları aparılmışdır. O cümlədən, sentyabr ayı ərzində 196 928.17 manat ƏDV depozit hesabına borc müqaviləsi əsasında məbləğ daxil olmuşdur.
14. İlk öncə məhkəmə bildiri ki, cavabdeh tərəfindən mübahisə predmeti olan qərar qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə də əməl edilməmişdir.
15. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.
16. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 3-21-2-20/2- 3465/2024 nömrəli sənədlərin tələb edilməsi ilə bağlı məktub göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı qeyd edilən məktubun inzibati orqan tərəfindən deyil, avtomatlaşdırılmış qaydada sistem tərəfindən göndərildiyini bildirmiş, bu səbəbdən də mübahisə predmeti olan qərarın 14 noyabr 2024-cü il tarixli məktuba iddiaçı tərəfindən əməl edimədiyindən qəbul edildiyini bildirmişdir.
17. Məhkəmə cavabdehin bununla bağlı dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli qərarın “Ödəyiciyə göndərilən uyğunsuzluq məktubunun nömrəsi” hissəsində məktubun tarixi xx.xx.2024-cü il, nömrəsi isə **********985600 qeyd edilmişdir.
18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinin məzmunundan görünür ki, vergi orqanı vergi yoxlaması başa çatdıqdan sonra 5 iş günü müddətində (bu müddət uyğunsuzluq məktubu göndərmək üçün inzibati orqana verilən müddətdir) dəqiqləşdirmə hesbatını tələb etmək hüququnu mövcuddur. Vergi ödəyicisi isə 10 iş günü (bu müddət uyğunsuzluq məktubuna cavab olaraq vermək üçün vergi ödəyicisinə verilmiş müddətdir) ərzində uyğunsuzluğun aradan qaldırılmasına dair sənədləri vergi orqanının təqdim etmək vəzifəsi vardır.
19. Göründüyü kimi cavabdeh mübahisə predmeti olan qərarı qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinin tələblərinə əməl etməyərək prosessual pozuntuya yol vermişdir.
20. Sənədlərin iddiaçıdan istənilməsinə dair cavabdehin etirazında qeyd etdiyi sənədlərin tələb edilməsi barədə xx.xx.2024-cü il tarixli məktubu qəbul etsə belə cavabdeh orqan aşağıdakı qeyd edilənlərə əsasən qanunsuz qərar qəbul etmişdir:
21. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə:
1. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir.
2. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.
22. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.
23. Halbuki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə, həmçinin iddiaya etirazda iddiaçının 2024-cü ilin sentyabr ayı üzrə xx.xx.2020-ci ildən xx.xx.2024cü ilədək olan dövrləri əhatə etməklə kameral vergi yoxlaması həyata keçirildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanı 2024-cü ilin sentybar ayı üzrə yoxlama apardığından xx.xx.2021-xx.xx.2024-cü illər ərzində olan dövr üzrə yoxlama aparmalı olduğu halda qanunvericiliyin tələbini pozmaqla yuxarıda qeyd edilən dövr üzrə yoxlamanı həyata keçirmişdir.
24. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 2276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir.
25. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2024-cü ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2024- cü ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir.
26. Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır.
27. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.
33. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir.
28. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-yi təşkil edir.
29. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə qeyd edir ki, hesabat dövrü ərzində vergi tutulan dövriyyə müəyyən edilmədən həmin dövrə dair ƏDV hesablanmasının qanuniliyini yoxlamaq mümkün deyildir.
30. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə:
31. Maddə 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:
32. 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud
33. 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
34. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:
35. 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt.
36. Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.
37. Maddə 174.2. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.
38. Maddə 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
39. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati orqanın xx.xx.2024-cü il tarixli 3- 21-2-20/2-27702 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2024-cü ilin sentyabr ayı üzrə 567221,91 manat əlavə dəyər vergisi hesablanmışdır.
40. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin əlavə hesablanmış borc məbləğinin hansı vaxta aid edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur.
41. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 2025/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2-1(102)-2270/2023 saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2025-ci il tarixli 2-1(102)-2525/2025 qərarlarında da oxşar mövqe əks etdirilmişdir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə:
32. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
33. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
34. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
35. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-37702/2024 saylı qərar qanunsuz olduğundan ləğv edilməlidir.
36. İPM-ə görə:
37. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
39. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
17. Göründüyü kimi, cavabdeh orqan tərəfindən qanunun tələbləri gözlənilməmiş və qanunsuz inzibati akt qəbul edilmişdir.
18. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-37702/2024 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov