Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2289/2024 29.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) qarşı “əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılma və məcburi iş buraxma dövrləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(052)-2/2024 saylı qərarı ilə müəyyən edilir ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdığından, sonuncu zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cavabdehin 21 fevral 2024-cü il tarixli əmrdə çıxarışı ilə müəyyən edilir ki, Nazirliyin sərəncamında olan daxili xidmət mayoru İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi barədə əmr verilmişdir, əsas qismində Naftalan Şəhər Məhkəməsinin 25 yanvar 2024-cu ıl tarixli 1 (052)-2/2024 nömrəli Qərarına əsasən Nazirliyin sərəncamında olan daxılı xidmət mayoru İddiaçı tərəfindən Azərbaycan Respublikası CM-ın 178.2.2-cı və 178 2 3-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədildiyi sübuta yetirilmiş, bununla da o, ‘Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10. 0.10-cu və 11.2.1-ci maddələrinin və Cavabdeh 30 dekabr 2007-ci ıl tarixli 140 nömrəli Əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərınin etik davranış Qaydalarının tələblərini pozaraq, xidmətlə bir araya sığmayan hərəkətlərə yol vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində verilmiş müvafiq əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılması və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Cavabdeh X1 Xidmətinin Naftalan şəhər X1 Hisəsinin rəisi vəzifəsində işləmiş, işlədiyi müddət ərzində bir çox şəxslərə köməklik götərmiş, lakin həmin şəxslər ona məlum olmayan səbəbdən onun barəsində etdiyi şikayət ərizələri istintaq orqanı tərəfindən araşdırmış, əsassız olaraq ona ittiham elan edilmiş və barəsində toplanmış cinayət işi Naftalan şəhər Məhkəməsinə göndərilmiş, məhkəmədə isə o, məsuliyyətdən azad olunaraq barəsində olan cinayət işinə xitam verilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsindən görünür ki, sərəncamda olma müddəti maksimum 6 ay ola bilər. Bundan başqa həmin maddənin 3-cü bəndinə görə “Fövqəladə hallar orqanlarının vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıİmış əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır. Göründüyü kimi Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri pozularaq ona qarşı qanunsuzluq olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0333/Ş nömrəli əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılması və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək, rədd olunmasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, Naftalan Şəhər Məhkəməsinin qərarı əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır.. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, iddiaçı tələbində “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə istinad edərək Fövqəladə hallar orqanlarının vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxıldığını qeyd etmişdir. “Fövqəladə hallar orqanlarında xidməkeçmə haqqında” Qanunun: Maddə 15. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olması və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması : 15.1. Fövqəladə hallar orqanlarının əməkdaşı təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə üç ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə olduğu dövr bu müddətə daxil edilmir. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır. 15.2. Fövqəladə hallar orqanlarının əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda həmin andan vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. 15.3. Fövqəladə hallar orqanlarının vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır. 15.4. Barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə görə: Maddə 39. Cinayət təqibini istisna edən hallar: 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış şəxs barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır, lakin məhkəmə qeyd edir ki, iddiaçı barəsində Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(052)-2/2024 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 –cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətdən azad edilərək iş üzrə icraata xitam verilsədə CPM-nin 39 və CM-nin 73 və 178-ci maddələrinə əsasən bu bəraətverici əsaslarla xitam deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən: Maddə 73-1. Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə: 73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 73-1.3. Bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 16 fevral 2024-cü il tarixli 3-18/3-16- 502/2024 nömrəli təqrir və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(052)- 2/2024 saylı qərarı ilə də müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.23-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdığından, sonuncu zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Odur ki, məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etmir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli, 0333/Ş nömrəli əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılması və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2289/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2289/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver