Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-229/2020 20.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X3 xx.xx.2019-cu il tarixli, **********42 nömrəli məktubu ilə iddia predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmadığını, eyni zamanda torpaq sahəsinin ayrılmasına dair sahəseçmə aktının, torpaq sahəsinin təsdiqlənmiş eskiz-planının, DT və XK-nın Bərdə rayon şöbəsinin müvafiq rəyinin, plan və ölçü sənədinin təqdim edilmədiyi bildirilmiş və bu əsasla iddiaçının müraciətindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədi ilə ayrılan 0,50 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkündür, 1993-cü il tarixdən ailəsiiləbirlikdəBərdə rayonu, Ərəblər kəndində məskunlaşmışlar. Cəyirli kənd bələdiyyəsinin mülkiyyətində olan 0,50 ha torpaq sahəsini həmin ildən istifadəyə götürərək heyvandarlıqla məşğul olub ailəsini saxlamışdır. Bələdiyyələr yaradıldıqdan sonra, 2001-ci il tarixdən başlayaraq Cəyirli kənd bələdiyyəsi ilə müqavilə bağlayaraq, istifadələrində olan həmin 0,50 ha torpaq sahəsinin uzun müddətə onlara icarəyə verilməsini rəsmiləşdirmişlər. 1993-cü ildən onun istifadəsində olan həmin 0,50 ha torpaq sahəsinin üzərində yaşayış evi və mal-qara saxlamaq üçün isə tövlə inşa etdirmişdir. Ailələri dədə-babadan heyvandarlıqla məşğul olub yaşayan bir ailədir. İstifadələrində olan 0,50 ha torpaq sahəsinin icarələrinə verilməsi barədə Cəyirli bələdiyyəsi ilə hər 5 ildən bir müqaviləni yeniləmişlər, lakin 2010-cu ildən sonra bələdiyyə müqaviləni yeniləməyib, onlardan tələb etmişlər ki, icarə müqaviləsini dövlət reyestrindən qeydiyyatdan keçirsinlər. Onların həmin Cəyirli bələdiyyəsinin mülkiyyətində olan 0.50 ha torpaq sahəsinin icarələrinə verilməsi barədə müqavilənin sənədlərinin əsas hissəsi bələdiyyədə olmağına baxmayaraq, bələdiyyə həmin sənədləri onlara verməkdən imtina etmişdir. Onda olan icarə müqaviləsi sənədlərini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 təqdim edərək, 1993-cü ildən hal-hazıradək istifadəsində olan, islahatdan sonra Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədi ilə ayrılan 0,50 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və beləliklə də ona qarşı qanunsuzluq edilərək, torpaq sahəsinə hüquqları dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, sözügedən 0,50 ha torpaq sahəsi üzərində Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş eskiz-planı, DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyi və plan və ölçü sənədi də təqdim olunmamış, qərar ilə ayrılmış torpaq sahəsinin yeri müəyyən edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X2 əvvəlki məhkmə iclasında iddia tələbinə dair etiraz etmiş və tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: -Bərdə rayonu Cəyirli bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 04 nömrəli iclas protokolunun surətindən görünür ki, Cəyirli bələdiyyəsinin mülkiyyətində olan köhnə mal ferması ərazisində olan əkinə qismən yararlı torpaqdan 0,50 ha torpaq ayrılaraq heyvandarlığı inkişaf etdirmək məqsədilə İddiaçı uzunmüddətli (99 il) icarəyə verilməsi qərara alınmışdır. -Bərdə rayonu Cəyirli bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 37 nömrəli məktubunun surətindən görünür ki, bələdiyyənin mülkiyyətində olan köhnə mal fermasının ərazisindən İddiaçı icarəsinə verilmiş 0,50 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin hazırlanmasına müvafiq göstəriş verilməsi DT və XK-nın Bərdə rayon şöbəsindən xahiş olunmuşdur. -xx xxxxx 2006-cı il tarixli, 12 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, icarəyə verən – Bərdə rayonu Cəyirli bələdiyyəsi xx xxxxx 2006-cı il tarixli qərar əsasında mal ferması ərazisində olan 0,50 ha torpaq sahəsini sahibkarlıq (heyvandarlıq) məqsədilə 99 il müddətinə icarəçiyə verməyi, icarəçi – İddiaçı isə icarə haqqını ödəməyi öz öhdələrinə götürmüşlər. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X3 xx xxxxxx 2020-ci il tarixli, **********83 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7 tərəfindən sözügedən torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət, icarə və ya digər hüquqlar qeydə alınmamışdır. -Bərdə rayonu Cəyirli bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli, 2 nömrəli məktubundan görünür ki, Bərdə rayonu Cəyirli bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlığın inkişafı məqsədilə ayrılan 0,50 ha torpaq sahəsinə dair sahəseçmə aktının, torpaq sahəsinin təsdiq olunmuş eskiz planının, DT və XK-nın Bərdə rayon şöbəsinin müvafiq rəyinin və “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin arxivləri (kötükləri) bələdiyyədə mövcud olmadığı üçün həmin sənədlərin məhkəməyə göndərilməsinin mümkün deyildir.Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyükimi Bərdə rayonu Cəyirli bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 04 nömrəli iclas protokolu-qərarıilə Cəyirli bələdiyyəsinin mülkiyyətində olan köhnə mal ferması ərazisində olan əkinə qismən yararlı torpaqdan 0,50 ha torpaq sahəsiayrılaraq heyvandarlığı inkişaf etdirmək məqsədilə İddiaçı uzunmüddətli (99 il) icarəyə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə rayonu Cəyirli bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilərkən həmindövrdəqüvvədəolan torpaq qanunvericiliyinin və digər qanunların tələbləri pozulmuşdur. Beləki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Azərbaycan Respublikası Konstitusiyasının 144.1.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll olunan məsələlərə aid olunmuşdur. Konstitusiyanın 145.1 və 145.2-ci maddələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən); 2.1. maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0.1 və 4.0.2. maddələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. 6.2. maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.5. maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvaıiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. maddəsinə əsasən bələdiyyələr 10 gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 9.1. maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən):
1. bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
5. bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
4. bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
7. bəndinə əsasən, ...Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayrıma qaydasında həyata keçirilir.
17. bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
18. bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
21. bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
22. bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamənin təsdiq edilməsi barədə» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlər, Əsasnamənin 17, 18, 19, 21, 22-ci bəndlərində nəzərdə tutulmuş ―müvafıq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə rəy alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra icarəyə ayrılması barədə bələdiyyə tərəfindən qərar qəbul olunmalı idi. Lakin iş materiallarından da göründüyü kimi, Bərdə rayon Cəyirli Bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsi icarəyə verilərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə sonuncu tərəfindən əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamış, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək məsələsi bələdiyyə iclasında həll olunmaqla kollegial qaydada qərar qəbul olunmalı olduğu halda, bələdiyyə sədrinin təkbaşına qərarı əsasında iş üzrə iddiaçıya torpaq sahəsi ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.9. maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.2. maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən torpaq sahəsinin ayrılması (satılması) barədə qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqda və ya məhkəmədə iddia qaldırmaqda haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanunidir və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 (üçüncü şəxs Bərdə rayonu Cəyirli bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova