Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2291/2022 26.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X1, üçüncü şəxs X2 vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (üçüncü şəxs X4) qərarın qismən ləğv edilməsi və torpaq sahəsinin plan və ölçü haqqında sənədinin qismən etibarsız sayılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 31 nömrəli qərarının mərhum əri X7 məxsus olan 0.30 ha hissədə ləğv edilməsinə və həmin qərar əsasında tərtib edilmiş A № 095716 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin həmin hissədə etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o əri ilə 1984-cü ildən 2019-cu ilədək Rusiya Federasiyasında yaşamışdır. İddiaçının vəkili X3 iddianı müdafiə etmişdir. Üçüncü şəxs X2 vəkili X8 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının hazırki tələb üzrə subyektiv hüququ yoxdur, həmçinin həmin torpaq sahəsində iddaiçıya məxsus ev olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 31 nömrəli qərarı ilə 7410.17 kv.m torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, həmçinin xx.xx.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli reyestrdan çıxarış verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli 31 nömrəli qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Məhkəmə tələbin “torpaq sahəsinin planı və ölçüsü sənədinin qismən etibarsız sayılması” ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədi Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edildiyindən və həmin qərarın ləğvi üçün hüquqi əsaslar olmadığından, eyni zamanda plan və ölçü sənədi yalnız torpaq sahəsinin koordinatlarını müəyyən etdiyindən hüquqmüəyyənedici sənəd hesab edilmir və bu sənədin ləğvi inzibati məhkəmə icraatının predmeti deyil. Həmçinin tələbin bu hissəsi hazırki cavabdehə qarşı yönələn tələb deyil və iddiaçı sözügedən sənədin ləğv edilməsi və ya etibarsız sayılması ilə bağlı səlahiyyətli inzibati orqana müraciət etməmiş, bununla da öhdəliyin icrası haqqında iddia növü üzrə xüsusi mümkünlük şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi və torpaq sahəsinin plan və ölçüsü haqqında sənədinin qismən etibarsız sayılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2291/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2291/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver