Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2293/2022 17.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X3 və X6) pasport qeydiyyatından çıxarılma tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X3 və X2 ona məxsus Göygöl şəhəri, Heydər Əliyev prospekti, 104 nömrəli evin, 1 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri, Heydər Əliyev prospekti, 104 nömrəli evin, 1 saylı mənzili mərhum anası X4 adınadır. Uzun müddətdir ki, həmin mənzildə yaşayır. Üçüncü şəxslər uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. Üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olmaları əlavə kommunal xərclər ödəməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Üçüncü şəxslər X3 və X1 Eleonora Səməd qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı iddia tələbinin rədd edilməsini, onların habelə X10 və X7 Göygöl şəhəri, Heydər Əliyev prospekti, 104 nömrəli evin, 1 saylı mənzilinə köçürülmələrinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mənzilə dair anası Yazgülün adına order yoxdur. Özü həmin mənzildə yaşayır, üçüncü şəxslər isə orada yaşamırlar. Cavabdehə işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş:- - Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 150 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı 2017-ci il tarixdən sözügedən mənzildə qeydiyyata düşmüş və həmin ünvanda yaşayır, X3 və X6 həmin məzildə qeydiyyatda olsalar da müvafiq olaraq 2015 və 2010-cu il tarixdən həmin ünvanda yaşamırlar. Göygöl şəhəri, Heydər Əliyev prospekti, 104 nömrəli evin, 1 saylı mənzili X4 adınadır və dövlət mənzilidir. - Cavabdeh xx.xx.2022-ci il tarixli, 163-17638M-3222 məktubdan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli, 29 nömrəli məktubun məzmunundan görünür ki, sözügedən mənzildə 1979-1980-cı illərdə kirayəçi kimi X8 qeydiyyatda olmuşdur. Göründüyü kimi sözügedən mənzil iddiaçının mülkiyyətində deyil. Bu səbəbdən də iddiaçının həmin evdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üzrə tələb hüququ yoxdur. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi məhkəmələr tərəfindən baxıldığından, iddiaçı hazırki tələblə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə İddiaçı iddiasını subyektiv hüququnun olmaması, qarşılıqlı iddianı isə mübahisənin ümumi məhkəməyə aid olması əsası ilə mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia mümkün sayılmasın. Üçüncü şəxslər X3 və X2 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiaları mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2293/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2293/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver