Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2297/2025 15.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı onun pensiya hüququnun yarandığı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) – Rentgen şöbəsi,rentgen-labarant, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 22 il 7 ay 14 gün təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19.4-cü bəndinə/(yarımbəndinə) və ya 12300000-24577 vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Şəmkir Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-73/3-1830/2025 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2010-cu il tarixinə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında rentgen-labarant vəzifəsində işləmişdir. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024cü il tarixli, 3-17-1/2-Ş-267946/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz 10 noyabr 1984-cü il tarixli AT-İV ******* nömrəli əmək kitabçanızda və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının sizə dair arayışında xx.xx.1987xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində rentgen şöbəsində rentgen lobarant vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəssisədə işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 16 iyul 1986-cı tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986-2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan 1 aprel 2010-cu il tarixində sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyini bildirilib. Eyni zamanda, müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində xx.xx.1987-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, ona dair sənədlərdə uyğunsuzluqlar mövcuddur. Göstərilən səbəblərdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun uzun müddət zərəli iş şəraitində işləməyilə bağlı olaraq, güzəştli şərtlərlə ona pensiya təyin olunmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1962-ci ildə Şəmkir şəhərində anadan olmuş və qeyd olunan ünvanda ailə üzvülərilə birlikdə yaşayır. Hərbi xidmət keçmiş, təhsil almışdır. Eyni zamanda xx.xx.1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildən 1986-cı ilə kimi tibbi təhsil almışdır. xx.xx.1987-ci ildən 161 saylı əmrlə Şamxor rayon Mərkəzi Xəstəxanası üzrə 1.0 ştat vahidi ilə mərkəzi xətəxananın poliklinika şöbəsinə rentgen-labarant vəzifəsinə təyin olunmuş,xx.xx.2010-cu ildən 43/K saylə əmrlə X3 şöbəsinin Rentgen Labarantı islahatla əlaqədar tutduğu vəzifədən azad olunmuş və köçürmə yolu ilə Mərkəzi Xəstəxananın X1 vəzifəsinə təyin olunmuşdur və hazırda da işləyir. Hesab edir ki, onun güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarıınbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirmokdir Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 noyabr 1984-cü il tarixli AT-İV ******* nömrəli əmək kitabçasında və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının iddiaçıya dair arayışında xx.xx.1987-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində rentgen şöbəsində laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq 16 iyul 1986-cı il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986-2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan 01 aprel 2010-cu il tarixdə sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyi bildirilmişdir. Eyni zamanda müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində xx.xx.1987-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıya dair sənədlərdə uyğunsuzluq mövcuddur. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və onun pensiya hüququnun yarandığı 1 iyul 2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin həmin tarixli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş- 267946/2024 nömrəli imtinası, arayışlar, cavabdehin xx.xx.2025-ci il tarixli etirazı , Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Şəmkir şəhər Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin xx.xx.2025-cü il tarixli məktubu və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Cavabdeh orqan etirazında iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 noyabr 1984cü il tarixli AT-İV ******* nömrəli əmək kitabçasında və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının iddiaçıya dair arayışında xx.xx.1987-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində rentgen şöbəsində laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq 16 iyul 1986-cı il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986- 2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan 01 aprel 2010-cu il tarixdə sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyi bildirilmişdir. Eyni zamanda müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində xx.xx.1987-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıya dair sənədlərdə uyğunsuzluq mövcud olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmənin sorğusu əsasənda əldə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Şəmkir Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2010-cu il tarixinə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında rentgen-labarant vəzifəsində işləmişdir. Həmçinin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı Rentgen şöbəsi,rentgen-labarant, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 22 il 7 ay 14 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19.4-cü bəndinə/(yarımbəndinə) və ya 12300000-24577 vəzifə koduna uyğundur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan öz imtinasında iddiaçının 16 iyul 1986-cı il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986-2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan 01 aprel 2010-cu il tarixdə sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyi bildiildiyini ,eyni zamanda müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində xx.xx.1987-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyinin qeyd olunduğunu , bu səbəbdəndə iddiaçıya dair sənədlərdə uyğunsuzluq mövcud olduğunu qeyd etsə də, iddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmiş,iş materiallarındakı Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış ilə İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) – Rentgen şöbəsi,rentgen-labarant, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 22 il 7 ay 14 gün təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19.4-cü bəndinə/(yarımbəndinə) və ya 12300000-24577 vəzifə koduna uyğun olması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Şəmkir Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-73/3-1830/2025 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2010-cu il tarixinə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında rentgen-labarant vəzifəsində işləmiş olması faktı öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunuun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutulmaqla İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2297/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2297/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver