Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2299/2025 14.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları Ambulator,stasionar xəstənin Tibbi kartasından 0174№li çıxarışa əsasən İddiaçı tam diaqnozu: “Bronxial astma, infeksion allgik forma, tez-tez boğulma tutmaları ilə,Hormonlardan asılı vəziyyət.Xroniki bronxit,şəkərli diabet İİ-tip.Xroniki T.Ç-İİ dərəcə” kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən etibarən Ümumi xəstəlik səbəbi ilə “Hormondan asılı infeksion -allergik forma bronxila astma xəs. tez-tez boğulma tutmaları ilə Xr obstruktiv diffuz bronxit TÇ İİ dər.L4 -L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz.” diaqnozu ilə ilkin olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-ci il tarixdən etibarən Ümumi xəstəlik səbəbi ilə “İnfeksion allergik forma bronxial astma xəs. Hormondan asılı tez-tez boğulma mətni: tutmaları ilə Hipertoniya xəs. İİ B dər. Şəkərli diabet İİ tip orta ağır forma” diaqnozu ilə təkrar olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən Ümumi xəstəlik səbəbi ilə “İnfeksion allergik forma bronxial astma xəs. Hormondan asılı tez-tez boğulma mətni: tutmaları ilə Hipertoniya xəs. İİ B dər. Şəkərli diabet İİ tip orta ağır forma” diaqnozu ilə təkrar olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-ci il tarixdən etibarən Ümumi xəstəlik səbəbi ilə “İnfeksion allergik forma bronxial astma xəs. Hormondan asılı tez-tez boğulma mətni: tutmaları ilə Hipertoniya xəs. İİ B dər. Şəkərli diabet İİ tip orta ağır forma” diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən Ümumi xəstəlik səbəbi ilə “Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi. Ağırlaşma J96.0 Kəskin respirator çatmamazlıq, Əhəmiyyətli ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər J31.2 Xroniki faringit, . Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya mətni: ilə, L2-L3, L3-L4, L4-L5, L5-S1 disklərində protruziya. Yanaşı xəstəliklər İ15.9 Dəqiqləşdirilməmiş ikincili hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, İİ tip. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu.” diaqnozu ilə təkrar olaraq müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən Ümumi xəstəlik səbəbi ilə “Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi. Ağırlaşma J96.0 Kəskin respirator çatmamazlıq, Əhəmiyyətli ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər J31.2 Xroniki faringit, . Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya mətni: ilə, L2-L3, L3-L4, L4-L5, L5-S1 disklərində protruziya. Yanaşı xəstəliklər İ15.9 Dəqiqləşdirilməmiş ikincili hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, İİ tip. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu” diaqnozu ilə təkrar olaraq müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xəstəliyilə əlaqədar ona ilkin müayinə əsasında xx.xx.2008-ci il tarixindən 2-ci dərəcə əlillik müəyyən edilmişdir. O, ağır dərəcəli astma xəstəsi olmaqla şəkər xəstəliyindən və təzyiqdən də əziyyət çəkir. Yuxarıda da qeyd edildiyi kimi ona əlillik dərəcəsi təyin edildikdən sonra xx.xx.2008-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq ödəniş xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. 17 oktyabr 2024-cü il tarixdə İddiaçı əlilliyinin dayandırılması barədə qəbul edilmiş qərarın ləğv edilməsini və İddiaçı müddətsiz ikinci dərəcə əlilliyini bərpa edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsək də orqan tərəfindən bugünədək heç bir cavab verilməmişdir. O, müayinə olunduqdan sonra ona təyin edilmiş əlillik dərəcəsinin 2-ci qrupdan 3-cü qrupa keçirilməsi qeyri-qanuni olmaqla bu barədə ona heç bir məlumat verilməmiş və onun hüquqları pozulmuşdur. Ona 2024-cü ilin yanvar və fevral aylarına görə pensiya verilmədikdə etdiyi müraciətlərdən sonra onu Bakı şəhərinə göndərilmişdir ki, yenidən müayinədən keçsin, təkrar müayinədən sonra isə ona diaqnozunun 2-ci qrup əlilliyi təsdiq etmədiyi bildirilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Həmçinin onun xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək pensiyası üzrə artıq ödəmə aşkar edilməsi də qeyriqanunidir. Əvvəlki müayinələr zamanı ona əlillik “müddətsiz” olaraq verilmiş və onun səhhəti olduqca ağır vəziyyətdədir, astma elə səviyyəyə çatmışdır ki, o, hər 4 saatdan (bəzən daha tez) bir nəfəs dərmanı və digər dərmanlar qəbul etməli olmuşdur. Şəkər və təzyiq xəstəliyi isə ən yüksək dərəcədədir və daimi olaraq dərman qəbul edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ona verilmiş əlillik dərəcəsi müddətsiz verildiyi halda heç bir əsas olmadan o təkrar müayinədən keçirilmiş və səhhətində heç bir yaxşılaşma olmadığı halda, əksinə vəziyyəti daha da pisləşərək əlillik təyin edilməsinə əsas olmuş xəstəlikləri daha da ağırlaşdığı halda təkrar müayinə nəticəsi olaraq ona 3-cü qrup əlillik təyin edilmişdir və nəticədə hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinə zamanı “X2 İnstitutu”na göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “J45.8-bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi, J96.1-obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, Ell-şəkərli diabet İİ tip, J18.8-ikitərəfli pnevmoniya” diaqnozu qoyulmuşdur. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2023 -cü il tarixdə qiymətləndirilmiş və ona müddətsiz üçüncü dərəcə əlillik barədə qərar qəbul edilmişdir. Eyni zamanda iş materialları ilə aydın olur ki, həmin qərar iddiaçıya SMS və ya digər vasitələrlə göndərilməmişdir. Buna görədə iddiaçı tərəfindən prosessual müddət buraxılmamamış hesab edilir İddiaçı məhkəməyə xx.xx.2024-ci il tarixində müraciət etmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasına gəlmişdir. Cavabdeh orqanın iddiaya qarşı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0495003AAPYJ nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir . Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ş-24173/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 18778/2023 nömrəli qərar əsasında xx.xx.2022-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qəradan narazı olan vətəndaşın müraciəti əsasında yenidən 3-17-4/2-H-33612/2023-nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən uzun illərdir bronxial astma xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, bəzi tozlar, iylər, rütubətli havalardan sonra yaranan boğulma tutmaları barədə məlumat vermiş, vaxtaşırı xəstəliyinin daha də kəskinləşdiyini, daim ambulator və vaxtaşırı stasionar müalicələr aldığını söyləmiş, bunu təsdiq edən bəzi stasionar müalicə sənədləri təqdim etmişdir. Təqdim etdiyi 2021-ci , 2022-ci , 2023-cü illərə aid stasionar və ambularor müalicə sənədləri, spirometriya müayinə nəticələri, xəstəliyin vaxtaşırı kəskinləşmələri barədə məlumat vermiş, İxtisaslaşmış tibb müəssisəsi olan ET-X3 xx.xx.2021 -ci il tarixli 12908 nömrəli Ambulator kitabçasından çıxarışında diaqnoz “Bronxial astma. Qarışıq forma. Nəzarət olunmayan kəskinləşmə mərhələsi. Əhəmiyyətli ventilyasiya pozuntusu.” olmuşdur. Obyektiv müayinə zamanı düzgün bədən quruluşuna malik olmuş, döş qəfəsi emfizematoz izlənmiş, Tənəffüs hərəkətlərinin sayı bir dəqiqədə 19-20 olmuş, Auskultasiyada sərtləşmiş tənəffüs eşidilmiş, patoloji xırıltılar eşidilməsə də, tənəffüs ötürücülüyü zəifləmişdir. DTSERA-da xx.xx.2023-cü il tarixli 973 nömrəli Spirometriya müayinə nəticəsi FVC-82%, FEV1-68%, FEV1/FVC-89%, PEF-48%...”Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur.” kimi göstərilmidir. Anamnetik məlumatlar, obyektiv, instrumental müayinə və təqdim edilmiş sənədlərə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 1.1.2.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz (yaş faktoru, əlillik müddəti 10 ildən artıq olduğundan) orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da üçüncü dərəcə əlilliyə ekvivalent olmuş, və xəstənin müraciəti əsasında yeni qanunvericiliyə müvafiq göndərişin rəsmiləşdirilmədiyi nəzərə alınaraq Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-18778/2023 nömrəli qərara əsasən təyin edilmiş “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2023-cü il tarixindən etibarən 2.5.23 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilsin. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olub-olmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı 2-ci dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-ci il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri və digər sənələr təşkil etmişdir. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş “Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi. Ağırlaşma J96.0 Kəskin respirator çatmamazlıq, Əhəmiyyətli ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər J31.2 Xroniki faringit. Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya mətni: ilə, L2-L3, L3-L4, L4-L5, L5-S1 disklərində protruziya. Yanaşı xəstəliklər İ15.9 Dəqiqləşdirilməmiş ikincili hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, İİ tip. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu” diaqnozu ilə Ümumi xəstəlik səbəbi ilə təkrar olaraq müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bütün təyinatlar zamanı iddiaçının diaqnozu eyni (İnfeksion allergik forma bronxial astma xəs. Hormondan asılı tez-tez boğulma mətni: tutmaları ilə Hipertoniya xəs. İİ B dər. Şəkərli diabet İİ tip orta ağır forma) olmuş və həmin xəstəliklə əlaqədar iddiaçıya 15 il davamlı və fasiləsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir.Sonuncu dəfə iddiaçıya xx.xx.2022-ci il tarixində Ümumi xəstəlik səbəbi ilə“Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi. Ağırlaşma J96.0 Kəskin respirator çatmamazlıq, Əhəmiyyətli ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər J31.2 Xroniki faringit, . Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya mətni: ilə, L2-L3, L3-L4, L4-L5, L5-S1 disklərində protruziya. Yanaşı xəstəliklər İ15.9 Dəqiqləşdirilməmiş ikincili hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, İİ tip. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu.” diaqnozu ilə təkrar olaraq müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu J45.8 Qarışıq astma diaqnozu ilə xx.xx.2022-xx.xx.2022, xx.xx.2021xx.xx.2021,xx.xx.2021, xx.xx.2008-xx.xx.2008, xx.xx.2009-xx.xx.2009, xx.xx.2022xx.xx.2022, xx.xx.2013-xx.xx.2013-cü il tarixlərində stasionar müalicə almışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ş-24173/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-18778/2023 nömrəli qərar əsasında xx.xx.2022-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qəradan narazı olan vətəndaşın müraciəti əsasında yenidən 3-17-4/2-H- 33612/2023-nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən uzun illərdir bronxial astma xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, bəzi tozlar, iylər, rütubətli havalardan sonra yaranan boğulma tutmaları barədə məlumat vermiş, vaxtaşırı xəstəliyinin daha də kəskinləşdiyini, daim ambulator və vaxtaşırı stasionar müalicələr aldığını söyləmiş, bunu təsdiq edən bəzi stasionar müalicə sənədləri təqdim etmişdir. Təqdim etdiyi 2021-ci , 2022-ci , 2023-cü illərə aid stasionar və ambularor müalicə sənədləri, spirometriya müayinə nəticələri, xəstəliyin vaxtaşırı kəskinləşmələri barədə məlumat vermiş, İxtisaslaşmış tibb müəssisəsi olan ET-X3 xx.xx.2021 -ci il tarixli 12908 nömrəli Ambulator kitabçasından çıxarışında diaqnoz “Bronxial astma. Qarışıq forma. Nəzarət olunmayan kəskinləşmə mərhələsi. Əhəmiyyətli ventilyasiya pozuntusu” olmuşdur. xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 1.1.2.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz (yaş faktoru, əlillik müddəti 10 ildən artıq olduğundan) orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da üçüncü dərəcə əlilliyə ekvivalent olmuş, və xəstənin müraciəti əsasında yeni qanunvericiliyə müvafiq göndərişin rəsmiləşdirilmədiyi nəzərə alınaraq Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-18778/2023 nömrəli qərara əsasən təyin edilmiş “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2023-cü il tarixindən etibarən 2.5.23 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının daha əvvəl müddətsiz ikinci dərəcə əlilliyi olmasına baxmayaraq cavabdeh orqan iddiaçının əlilliyinin növbəti dəfə müayinəyə çağırmış,lakin bu müayinə üçün əsaslı şübhənin nədən ibarət olmasını əsaslandırmamışdır. Hansı ki, sonuncu göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar əvvəllər ona İİ dərəcə əlillik təyinatı zamanı mövcud olmuş və hətta sonuncu dəfə iddiaçıya xx.xx.2022-ci il tarixində müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə köhnə “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.4-cü bəndinə əsasən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir İnzibati icraat haqqında hüquq normalarının (prosessual normaların) düzgün tətbiqinə baxmayaraq, həmin qərar bununla yanaşı, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz inzibati akt sayılır. Məhkəmə hesab edir ki, prinsipcə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit,monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin bu zaman həmin təhlil məhz iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən əlilliyi olan şəxslərin təhlilinin aparılması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılmasına istinad edə bilməz, həmin təhlilin nəticəsi barədə qərarda iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş cavabdehin 22 dekabr 2023-cü il tarixli qərarının əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, həmin qərar cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanunun tələblərinə riayət edilmədən qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı 2-ci dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 2-ci dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2299/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2299/2025
14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver